AZ | ENG

Sorğuh2>

Azərbaycanda demokratiya olacağına inanırsınızmı?
Bütün cavablar: 410
Baş səhifə » 2009 » Aprel » 26 » Dalğaçılar Enn Dörsi ilə görüşdü
Dalğaçılar Enn Dörsi ilə görüşdü
21:02
ABŞ səfiri önəmli açıqlamalar verdi; «Amerika və Avropa ölkələri demokratiyanı qutuya qoyub Azərbaycana təqdim edə bilməz» dedi

Dünən Dalğa Gənclər Hərəkatının Demokratiya Məktəbinin təşəbbüsü ilə ABŞ səfirliyi və ictimaiyyət nümayəndələri arasında görüş təşkil olunub. Görüşdə Dalğa GH-nin üzvləri, Demokratiya Məktəbinin tələbələri, jurnalistlər və digər təşkilatların təmsilçiləri iştirak edib.
Görüşün əsas məqsədi insanları çoxdan düşündürən bir suala aydınlıq gətirmək olub: «Demokratiyanı biz ozümüz qazanmalıyıq, yoxsa onu kimsə bizə verməlidir?» Xüsusən Avropa Şurasının Azərbaycanla bağlı keçmiş həmməruzəçisi Andreas Qrossun bu yaxınlarda verdiyi və geniş müzakirə mövzusuna çevrilən “Demokratiya humanitar yardım deyil” tezisi sözügedən görüşün keçirilməsini xeyli aktuallaşdırmışdı.
Görüşü giriş sözü ilə Dalğa GH-nin sədri Vəfa Cəfərova açıb. Xanım Cəfərova tədbir haqqında ümümi məlumat verdikdən sonra Demokratiya Akademiyasının prezidenti Ramin Hacılı rəhbəri olduğu bu yeni layihə və Lənkəran Dövlət Universitetindən (LDU) qanunsuz xaric edilən Pərviz Əzimovun işi ilə bağlı qonaqları məlumatlandırıb.
Daha sonra söz ABŞ-ın ölkəmizdəki səfiri Enn Dörsiyə verilib. Xanım səfir öncə çox əsrlik tarixə malik ABŞ demokratiyası barədə iştirakçılara ətraflı məlumat verib: “Bizim ölkədə demokratiya insanlara hələ baxçaya gedərkən öyrədilir. Bu səbəbdən də ABŞ-da demokratik prinsiplər hər kəs tərəfindən qorunub-saxlanılır. Əgər Azərbaycanla ABŞ-ı müqayisə etsək və sizin ölkənizdə demokratiyanın nədən hələ də olmaması barədə danışsaq, mən bir amili mütləq diqqətinizə çatdırmalıyam ki, Amerikada konqres xalqın səsidir. Hər il konqres adminstrasiyadan insan haqlarına dair hesabat tələb edir. Bu isə dövlətin demokratik prinsiplərə riayət məsələsində məsuliyyətini artırır”.
Demokratiyanın heç bir ölkənin daxili işi olmadığını, insan haqları məsələsinin sərhəd tanımadığını qeyd edən xanım səfir deyib ki, buna görə də hansısa dövlətin öz ölkəsində yaranan demokratik problemlərə görə başqalarının tənqidinə biganə yanaşmağa, «mən bilərəm, öz vətəndaşımla necə rəftar edirəm» prinsipi ilə hərəkət etməyə ixtiyarı yoxdur: “Beynəlxalq hüquqi sənədlərə imza atan istənilən dövlət bununla qəbul etmiş olur ki, öz ərazisində insan haqları ilə bağlı yaranan problem artıq yalnız onun daxili işi olmaqdan çıxır və qlobal məsələyə çevrilir. ABŞ hökuməti belə düşünür, çünki demokratiya və insan haqları bütövlükdə ABŞ-ın milli dəyərlərini təşkil edir.”
Andreas Qrossun məlum tezisi ətrafında danışan Enni Dörsi keçmiş həmməruzəçiylə qismən razılaşdığını deyib: “ABŞ və Avropa ölkələri demokratiyanı qutuya qoyub, Azərbaycana verə bilməz. Demokratiya prinsiplərinin reallaşması hər bir ölkənin öz daxilindən başlanmalıdır. Demokratiya elə bir məsələdir ki, onunla gündəlik ilgilənməlisən, bunu bir yaşayış və düşüncə tərzinə çevirməlisən. Baxmayaraq ki, ABŞ günümüzdə demokratiya sahəsində lider dövlətdir, amma demokratiya məsələləri bizdə gündəlik prioritetini təşkil edir, çünki hesab edir ki, ABŞ-da hələ də demokratiyanın tam təkmilləşdirilməsinə ehtiyac var”
Enn Dörsi, “biz birmənalı olaraq qəbul etmirik ki, guya Azərbaycan xalqı demokratiyaya hazır deyil. Bu tamam yalnış fikirdir» deyərək, əlavə edib ki, Qərbdə gerçəkləşdirilən demokratiya modellərinin Şərq üçün uyğun olmaması barədə səslənən iddiaları da doğru saymır.
Qeyd edək ki, görüş zamanı Lənkəran Dövlət Universitetindən qanunsuz şəkildə uzaqlaşdırılan tələbə Pərviz Əzimovun məsələsinə də toxunan xanım səfir, bu barədə məlumatlı olduğunu deyib: “Biz bilirik ki, Pərviz Əzimov jurnalist fəaliyyətinə görə həmin universitetdən qovulub. Buradan bəyan edirk ki, biz onu sona qədər müdafiə edəcəyik, o vaxtadək ki, Pərvizin tapdanmış haqları bərpa edilsin”
Dalğa GH-nin üzvü Anar Əsgərin «bu yöndə konkret hansı köməklikləri edə bilərsiniz» sualına isə xanım səfir belə cavab verib: “Öncə qeyd etməliyəm ki, sizin öz dostunuzu müdafiə etməyiniz məni çox sevindirir. Bizim köməkliklərə gəldikdə isə, bu məsələ ilə bağlı yaxın vaxtlarda biz sizin təhsil naziriniz ilə görüşəcək və problemin həlli üçün bütün digər qanuni yollardan istifadə edəcəyik”.
Tədbirin sonrakı hissəsi qarşılıqlı diskussiya şəklində davam edib.










Daha cox şəkilə baxmaq üçün aşağıdakı linkə basın!

Baxılıb: 1012 | Əlavə etdi: Penah8482 | Reytiniq: 0.0/0 |

Təqvim

«  Aprel 2009  »
BeÇaÇCaCŞB
  12345
6789101112
13141516171819
20212223242526
27282930

Axtarış

Dost saytlar

Statistika


Onlayn: 1
Qonaq: 1
İştirakçılar: 0