26 mart saat 14:30-da Dalğa Gənclər
Hərəkatının (Dalğa GH) üzvləri Amerikanın Demokratiya üçün Yardım Fondunun
(National Endowment for
Democracy)
Mərkəzi Asiya və Qafqaz üzrə koordinatoru Martha Beard ilə görüş keçirib. Görüş
zamanı Dalğa Gənclər Hərəkatının adı çəkilən fondun maliyyə dəstəyi ilə həyata
keçirdiyi “Demokratiya Məktəbi”nin cəmiyyətdə mövqeyi, fikirlər və proqram
çərçivəsində “Demokratiya Akademiyası” layihəsində nəzərdə tutulan işlər
müzakirə olunub.
Xanım Martha Beard Dalğa Gənclər Hərəkatının
həyata keçirdiyi digər layihələrlə də maraqlanıb. Hərəkatın nümayəndələri
qonağa ölkədəki ictimai-siyasi vəziyyətlə də bağlı məlumat vermişlər. Bütün
bunlarla yanaşı Dalğa Gənclər Hərəkatının bundan sonrakı fəaliyyətində DYF
(NED) ilə əməkdaşlığın daha da artırılması qərara alınmışdır.
Dalğa Gənclər Hərəkatının ABŞ-ın NED
(Demokratiya üçün Yardım Fondu) fondu
ilə birgə keçirdiyi “Demokratiya Məktəbi” layihəsi başa çatmışdır.Layihənin uğurlu olması və “Demokratiya Məktəbi”nin
tələbəsi olmaq üçün müraciət edənlərin çoxlu olması, məktəbin bundan sonrada
davam etməsi üçün qərar verməmizə səbəb oldu. Dalğa Gənclər Hərəkatı layihəni
öz hesabına davam etdirmək qərarına gəlmişdir. Həmçinin Hərəkatın İdarə
Heyətində qərara almışdır ki, bundan sonra hər üç aydan bir 25 tələbənin
iştirakı ilə məktəb davam etdirilsin. Buna uyğun olaraq dekabr ayından etibarən
beşinçi qrupun dərsləri başlamışdır. Dekabr, yanvarç fevral aylarında daha 25
tələbə “Demokratiya Məktəbi”ni uğurla başa vurmuşdur. Yaxın zamanlarda
onlarında diplomları təqdim olunacaq.
Mart
ayının 1-i “Demokratiya Məktəbi”nin növbəti dərsinə, tələbələrinin seçimi ilə
“Libertarianizm” mövzusunda Rəşad Şirin mühazirəçi qismində dəvət olunmuşdur.
Dərs diskussiya şəklində keçmişdir. Rəşad bəy tələbələrə libertarianizmin
incəliklərindən, yaranma tarixindən, liberalizmlə oxşar və fərqli
cəhətlərindən, həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə hansı
ölkələrin tətbiq etdiyindən danışmışdır. Geniş informasiyalı mühazirədən sonra,
Rəşad Şirin mövzu ilə bağlı tələbələrin suallarını cavablandırmışdır. Dərs
təqribən 2 saat davam etmişdir. Mühazirədən sonra tələbələr növbəti dərsin
mövzusunu və mühazirəçini müəyyənləşdirmişlər. Növbəti dərsin mövzusu
“Beynəlxalq Ədalət Tezisi”, mühazirəçi isə gənc politoloq Ramin Hacılı
olacaqdır. “Demokratiya Məktəbi”nin növbəti dərsi 8 mart, saat 13:00-da Dalğa Gənclər
Hərəkatının mərkəzi ofisində olacaqdır.