AZ | ENG


Məqalələr

Beynəlxalq təşkilatlar [13]
Yerli teşkilatlar [0]

Sorğu

Azərbaycanda demokratiya olacağına inanırsınızmı?
Bütün cavablar: 410

Beynəlxalq və yerli təşkilatlar

Baş səhifə » Məqalə » Beynəlxalq və yerli təşkilat » Beynəlxalq təşkilatlar

Fridrix Nauman Fondu

03.12.2008, 15:10
Fridrix Nauman Fondu

Fridrix Nauman Fondu müstəqil, qeyri-kommersiya və dövlətin yuxarı dairələrərinə aidiyyatı olmayan təşkilatdır. Fond öz fəaliyyətini demokratiyanın, liberal dəyərlərin və siyasətin inkişafına həsr edib.
Sözügedən fond Almaniyada və dünyada insan azadlıqları və hüquqlarını dəstəkləyən, müdafiə edən ən böyük təşkilatlardan biri kimi tanınır.
Fond hesab edir ki, liberal dəyərlər demokratiyanın əsas göstəricilərindən biridir. Bu, zaman keçdikcə sübut olunur və liberal dəyərlər insanların öz həyatlarına dəyər vermələrinə gətirib çıxarır.
Fond çalışır ki, bir sıra qürurverici ənənələri bütün azad insanlar arasında yaysın və cəmiyyətin inkişafına dəstək olsun.
Dünyanın 50-dən çox ölkəsi ilə yanaşı, Afrikada da müxtəlif layihələr reallaşdıran Fridrix Nauman Fondu hər zaman liberal dəyərlərə sadiqliyi ilə seçilib. Azadlıq və məsuliyyət - bu, Fridrix Nauman Fondunun əsas prinsiplərindən, bütün dünyaya çatdırmaq istədiyi başlıca dəyərlərdəndir. Fond azadlığa dair hər cür yeni ideyaları dəstəkləməyi ilə seçilir.
İnsanlardan istənilən bir şey var - cəmiyyətdə azadlıqlarını və ləyaqətlərinə hörmət etsinlər ki, vətəndaş cəmiyyətində rahat və birgə yaşaya bilsinlər. Azadlıq olmayan yerdə digər insani dəyərlər də var ola bilməz.
Hər bir insanın azadlığa ehtiyacı var. Bu, onların istedadlarının və digər müsbət keyfiyyətlərinin də üzə çıxmasına təkan verir.
Azadlıq olmayan yerdə insan ruhu inkişaf etmir və qaranlıqlara qərq olur. Mədəniyyət və elm geriləməyə başlayır, həmçinin iqtisadiyyat tənəzzülə doğru gedir. İnsanların rahat nəfəs alması üçün başlıca şərtlərdən biri onun azadlığıdır.
Bu tezisləri daim önə çəkən Fond hesab edir ki, azad olmaq insanın öz arzusu olmalıdır. Eyni zamanda kütləyə insan haqları və azadlıqları barədə intensiv məlumatlar çatdırmalıdır. Azadlıq və məsuliyyətin bir - birindən ayrılmaz  olduğunu əsas götürən Fond, bundan sonra da fəaliyyəti dövründə azadlıq istəyənlərə dəstək olacağını bəyan edir.
Fridrix Nauman Fondunun fəaliyyəti təkcə insan hüquqları və demokratiya uğrunda çalışmaqla bitmir. Onun fəaliyyəti çoxşaxəlidir, sosial həyatın digər sahələrini də əhatə edir. Fond öz fəaliyyətində təhsilin inkişafına xüsusi əhəmiyyət verir və mütəmadi olaraq, bu sahədə yeni-yeni layihələr həyata keçirir. Fond, ali təhsil almaq istəyənlərə təqaüdlər verir. Eyni zamanda diplomlu peşəkarlar öz təhsillərini daha da təkmilləşdirmək üçün 2 illlik təqaüd də ala bilərlər. Bundan başqa kim ki, Almaniya universitetlərində dissertasiya yazmaq və müdafiə etmək istəyir, ona da yüksək təqaüd imkanı yaradılır, amma bir şərtlə ki, mövzu elmi və ictimai-siyasi baxımdan olsun. Cəmiyyətdə siyasi - ictimai fəallığı ilə seçilənlər və demokratik dəyərlərə üstünlük verənlərə Fond tərəfindən təqaüd almaq şansı daha çoxdur. Fond öz təqaüdçülərindən əsasən onu tələb edir ki, onlar Almaniyadan qayıtdıqdan sonra əldə etdikləri bilikləri və praktikanı öz vətənlərində həyata keçirməklə məşğul olsunlar.
Fridrix Nauman Fondu Azərbaycanda müntəzəm layihələr həyata keçirən və öz fəallığı ilə seçilən təşkilatlardan biri kimi tanınır.

Категория: Beynəlxalq təşkilatlar | Əlavə etdi: Penah | Yazar: Cavid Ramazanov
Baxılıb: 757 | Загрузок: 0

Axtarış

Dost saytlar

Statistika


Onlayn: 1
Qonaq: 1
İştirakçılar: 0