Demokratiya Məktəbi - Baş səhifə





AZ | ENG

Demokratiya humanitar yardım deyil! Andreas Qross

Sorğu

Azərbaycanda demokratiya olacağına inanırsınızmı?
Bütün cavablar: 375

Demokratiya haqqında məqalələr


Videolarımız

Dalğa Gənclər Hərəkatı - 3 illik hesabat

                             

IFRLY-nin rehberi xanım Paola Silvanın Dalğa Gənclər Hərəkatına salamları

                             

Digər videolar >>>


ABŞ səfiri önəmli açıqlamalar verdi; «Amerika və Avropa ölkələri demokratiyanı qutuya qoyub Azərbaycana təqdim edə bilməz» dedi

Dünən Dalğa Gənclər Hərəkatının Demokratiya Məktəbinin təşəbbüsü ilə ABŞ səfirliyi və ictimaiyyət nümayəndələri arasında görüş təşkil olunub. Görüşdə Dalğa GH-nin üzvləri, Demokratiya Məktəbinin tələbələri, jurnalistlər və digər təşkilatların təmsilçiləri iştirak edib.
Baxılıb: 554 | Vaxt: 26.04.2009 | Reytiniq: 0.0/0

ABŞ Azərbaycanda Demokratiyanın inkişafına necə dəstək verməlidir?

ƏZİZ GƏNCLƏR!

DALĞA Gənclər Hərəkatı, Demokratiya Məktəbinin təşkilatçılığı ilə

25 APREL, SAAT 15:00'da

ABŞ Azərbaycanda Demokratiyanın necə dəstək verməlidir?

MÜHAZİRƏÇİ: ABŞ-ın Azərbaycandakı səfiri xanım Enn Dersi

UNVAN: Azərbaycan Media Mərkəzi (Dilarə Əliyeva küçəsi, 218)

TEL: (050) 526 13 13 (Rövşən) (055) 739 79 38 (Pənah)


QEYD: Tanımayanlar 14:30-dan 14:50-ə qədər 28 may metrosu yaxınlığında, Cəfər Cabbarlı heykəlinin qarşısına gələ bilərlər. Əlavə məlumat üçün göstərilmiş telefonlarla və/və ya email ilə əlaqə saxlaya bilərsiniz.

Baxılıb: 489 | Vaxt: 23.04.2009 | Reytiniq: 0.0/0





5 aprel 2009-cu il tarixində “Demokratiya Məktəbi”nin tələbələrinə diplomların təqdim etmə mərasimi təşkil olunub. Mərasim zamanı məktəbin direktoru Ramin Hacılı məktəbi uğurla başa vurmuş tələbələri təbrik edib və onlara diplomlarını təqdim edib.Müəyyən səbəblərdən mərasimə gələ bilməyən tələbələr Dalğa Gənclər Hərəkatının mərəkəzi ofisi ilə əlaqə saxlayıb diplomlarını  əldə edə bilərlər.
Qeyd edek ki, “Demokratiya məktəbi” layihəsini Azərbaycanın aktiv gənclər hərəkatılarından biri olan Dalğa Gənclər Hərəkatı həyata keçirir. Layihə çərçivəsində “Demokratiya məktəbi”nin təsis olunub, bu məktəbin tərkibində demokratiyanın tədris edilib, hemcinin demokratik vətəndaşlıq mövzularında kursların təşkil olunub, Kurs iştirakçıları üçün dərs vəsaitləri hazırlanıb. Eləcə də, kurs iştirakçılarının şəbəkəsinin yaradılması da həyata kecirilib.
Baxılıb: 643 | Vaxt: 09.04.2009 | Reytiniq: 5.0/1


Dalğa Gənclər Hərəkatının 1 il boyunca həyata keçirdiyi Demokratiya Məktəbi layihəsi artıq başa çatıb. Bu layihə ABŞ-ın Demokratiya üçün Yardım Fondu - NED tərəfindən maliyyələşdirilib. Amma layihə müddətinin başa çatması hələ Demokratiya Məktəbinin bağlanması deyil. Artıq Hərəkat öz imkanları hesabına Demokratiya Məktəbini davam etdirməkdədir. Daha bir dəyişiklik: məktəbin direktoru bundan sonra Ramin Hacılı deyil, Pənah Əlisoy olacaq.
Məktəbin formatında isə ciddi dəyişikliklər olmayacaq, əksinə, Demokratiya Məktəbi bundan sonra öz hədəflərinə yetişmək üçün daha da parlaq fəaliyyət göstərəcək.
Qeyd edək ki, Dalğa Gənclər Hərəkatı NED fondu ilə növbəti bir il ərzində Demokratiya Akademiyası layihəsini həyata keçirir. Layihənin ümumi məbləği 23. 172 ABŞ dolları nəzərdə tutulub. Layihə çərçivəsində aşağıdakı işlərin həyata keçirilməsi planlaşdırılır:
 - Akademiyaya müraciət edən 24 tələbə üçün araşdırma mövzu təqdim olunacaq və tələbələr seçəcəkləri mövzu ilə bağlı araşdırmalar aparacaq. Araşdırmanın nəticələri ictimaiyyətə təqdim olunmaqla yanaşı, bütün araşdırmaların müəllifləri Akademiyanın xüsusi diplomi ilə təltif olunacaq;
- Layihə çərçivəsində regionlarda Demokratiya Məktəbləri yaradılacaq;
- Ayda bir dəfə demokratik dəyərlər ətrafında tanınmış ziyalıların iştirakı ilə ictimai müzakirələr təşkil olunacaq;
- «Alma» qəzetində ayda bir dəfə olmaqla, “Demokratiya» əlavəsi çap ediləcək.
Qeyd edək ki, Demokratiya Akademiyasının prezidenti Ramin Hacılıdır. Artıq Akademiyanın komissiya heyəti formalaşmaqdadır və yaxın günlərdə Akedemiyanın iş fəaliyyəti ilə bağlı, həmçinin komissiya üzvləri cəmiyyətə təqdim olunacaq.

Baxılıb: 557 | Vaxt: 06.04.2009 | Reytiniq: 0.0/0

1 2 »

   Qaynar Xəbərlər

Təqvim

«  Avqust 2016  »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031

Axtarış

Dost saytlar

Statistika


Onlayn: 1
Qonaq: 1
İştirakçılar: 0
Azerinter.net - Saytlar Reytinqi Sistemi