AZ | ENG


Məqalələr

Beynəlxalq təşkilatlar [13]
Yerli teşkilatlar [0]

Sorğu

Azərbaycanda demokratiya olacağına inanırsınızmı?
Bütün cavablar: 410

Beynəlxalq və yerli təşkilatlar

Baş səhifə » Məqalə » Beynəlxalq və yerli təşkilat » Beynəlxalq təşkilatlar

Fridrix Ebert Fondu

03.12.2008, 15:14
Fridrix Ebert Fondu

Fridrix Ebert adına Fond sosial-demokratiya və mədəniyyət sahəsində fəaliyyət göstərən azad və qeyri - kommersiya təşkilatıdır. Almaniyanın bu məşhur təşkilatının  fəaliyyəti təkcə bu ölkəni deyil, bütün dünyanı əhatə edir.
Fridrix Ebert fondu 1925-ci ildə demokratik yolla seçilən ilk alman reyxs-prezidenti Fridrix Ebertin vəsiyyəti əsasında formalaşıb.
Fondun fəaliyyətinə daxildir:
- Demokratik prinsiplərə əsaslanan siyasi və ictimai təhsilə dəstək;
- Dünyanın müxtəlif ölkələri ilə ictimai-siyasi dialoqlara dəstək;
- İstedadı və cəmiyyətdə aktivliyi ilə seçilən tələbələrə və gənc alimlərə (həm Almaniyada, həm də xaricdə) təqaüdlər ayırmaq;
- Tarix, iqtisadiyyat, siyasi-iqtisadiyyat, əmək və digər sosial münasibətlər sferasında elmi axtarışlar edən şəxslərə və təşkilatlara dəstək.
Bu məqsədlərin reallaşması üçün fond öz imkanlarından istifadə etməklə yanaşı, sadalanan istiqamətlər üzrə fəaliyyət göstərən digər təşkilatlarla, həmkarlar ittifaqları, siyasi, iqtisadi və mədəniyyət dairələri ilə əməkdaşlıq edir.
Hazırda Fondun baş ofisləri Bonn və Berlin şəhərlərində yerləşir.
Bundan başqa, Fond federativ Almaniyada 6 mərkəzə, həmçinin regionlarda 12 ofisə sahibdir.
Fridrix Ebert Fondunun böyük şəxsi kitabxanası var. Burada 650 min cilddən çox kitab cəmlənib. Fondun “Sosial-demokratiya arxivi”  bütün dünyada Avropa fəhlə hərakatına aid ən böyük materiala malikdir.
Fridrix Ebert Fondunun illik büdcəsi 110 milyon avrodur ki, bu da müxtəlif layihələrə sərf olunur.
Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, təkcə Almaniyada 150 mindən çox insan Fondun təşkil etdiyi 3000 mindən çox maarifləndirici kurslarda təhsil alır. Hələ  2002-ci ildə Fridrix Ebert Fondunun dəstəyi ilə təxminən 1750 tələbə müxtəlif universitetlərdə təhsil almaq şansı əldə edib, onlardan 260-ı xarici universitetlərdə təhsil almağa göndərilib və Fond bu sahədəki fəaliyyətini bu gün də yüksək səviyyədə davam etdirir.
Beynəlxalq əlaqələrə gəldikdə isə Fond 100-dən çox ölkədə fəaliyyət planına malikdir. Bundan başqa, Fond dünyanın müxtəlif ölkələrində 33 ofisə malikdir. Bu sıraya qərbi, mərkəzi və şimal-şərqi Avropa, MDB ölkələri, həmçinin Amerika və Yaponiya da daxildir.
Fond ehtiyacı olan ölkələrdə dövlət imtahanlarının reallaşmasına dəstək olmaqla yanaşı, KİV-in inkişafına da çalışır.
Fondun partnyorları siyasət, biznes, çeşidli assosiasiyalar, həmkarlar ittifaqları, akademiyalar, kommunikativ və mədəniyyət sektorunda fəaliyyət göstərən müxtəlif qurumlardır. Bir çox ölkələrin Avropa İttifaqına üzvlük prosesinə dəstək verən Fond, dövlət qurumlarının və digər təşkilatların bu istiqamətdəki fəaliyyətinə hər cür köməyini təklif edir.
Bütün bunlarla yanaşı, Fridrix Ebert Fondu Almaniyada və  bütün dünyada müxtəlif debatların təşkilində maraqlıdır. Qurum daxili və xarici siyasət, Avropaya inteqrasiya, beynəlxalq iqtisadi və sosial siyasət sahəsini əhatə edən “Beynəlxalq siyasət və cəmiyyət” adlı jurnal nəşr edir və bu jurnal kifayət qədər məşhurdur. Fond Almaniyanın özündə də mühüm işlər görməkdədir. O, ölkənin daha da inkişafına dəstək verməklə yanaşı, digər dövlətləri Almaniya ilə əməkdaşlığa cəlb etməyə çalışır.

Категория: Beynəlxalq təşkilatlar | Əlavə etdi: Penah | Yazar: Cavid Ramazanov
Baxılıb: 791 | Загрузок: 0

Axtarış

Dost saytlar

Statistika


Onlayn: 1
Qonaq: 1
İştirakçılar: 0