Cavid Ramazanov
Bir qəsəbə düşünün. Dünyanın ən uzaq küncündə, demək olar ki, hər
şeydən təcrid olunmuş vəziyyətdə. Qəsəbəni quran insanlar gündəlik
həyatlarını xoşbəxt və hüzur içində keçirirlər. Öz-özlərini idarə
edirlər, gündəlik ehtiyaclarını qarşılamaq üçün zəhmətkeş həyat tərzi
sürürlər.
Kimsənin kimsəylə işi olmadığı bu qəsəbə o qədər
xoşbəxtdir ki, ölən insan yoxdur. Qəsəbənin insanları o qədər
ağıllıdırlar ki, özlərinə ağır bulaşıcı xəstəlik keçəndə bəzən qəsəbəyə
ticarət və başqa məqsədlər üçün gələn yabançılara belə bu xəstəliyi
yoluxdurmurlar. Sonradan hər kəs bu ağır xəstəlikdən qurtula bilir, heç
kimə də ziyan dəymir. Zaman keçdikcə qəsəbə inkişaf edir və getdikcə
yad adamlarla dolur. Yad təsirlərin çoxalması insanlar arasında
yavaş-yavaş uçurum yaradır. Hər şey özünün pik nöqtəsinə dövlətin
qəsəbəyə nüfuz etməsi ilə çatır - Makonda (qəsəbənin adı) sakinlərinin
dövlətin qanunlarına baş əyməsini tələb edir. Hökumət nümayəndəsi
qəsəbəyə gələr-gəlməz, milli müstəqilliyin ildönümü münasibəti ilə
qəsəbədəki evlərin hamısının maviyə boyanmasını istəyir. Sakinlər
soyuqqanlılığını itirmədən düz hökumət nümayəndəsinin üstünə gedirlər.
Nə haqla belə əmr verdiyini soruşurlar. Sakinlər,
\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\"Biz bu qəsəbədə yazılı əmrlər vermərik.
Bunu yaxşıca kəllənə sox ki, bizə qanun keşikçisi lazım deyil, çünki
heç vaxt qanunsuz iş görməmişik. Elə xoşbəxt yaşayırıq ki, hətta
ölmürük. Gördüyünüz kimi, məzarlığımız belə
yoxdur\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\" deyirlər. Amma bütün bunlara baxmayaraq, dövlət qəsəbədə öz hakimiyyətini qura bilir. Bir
müddət ötür. Hakimiyyət uğrunda iki siyasi qrup - mühafizəkarlar və
liberallar arasında müharibə başlayır. Qəsəbə sakinləri özlərinə heç
bir dəxli olmayan bu müharibəyə qoşulurlar. Buna səbəb hakimiyyətdə
olan siyasi qrupun - mühafizəkarların seçkiləri saxtalaşdırması və
liberallara qarşı haqsızlıq etməsi olur. Burada başqa bir səbəb -
Makondaya sonradan gələn yad adamların gəncləri qızışdırması da böyük
rol oynayır. Uzun müharibədən sonra liberallar öz mənafeyi naminə
onların uğrunda mübarizə aparan insanları satır. Müharibənin bir nəticə
verməyəcəyini, mübarizənin əhəmiyyətsiz olduğunu anlayan qəsəbə
sakinləri savaşdan əl çəkib qəsəbəyə çəkilirlər. Amma heç nə əvvəlki
kimi deyil. Qəsəbə də, onun sakinləri də məhvə doğru gedir. Cəmiyyət
və dövlət, kamil və cahil insanlar arasındakı fərqlər, fərdin
cəmiyyətdəki rolu, ailə münasibətləri, şan- şöhrət uğrunda mübarizə
aparan insanların taleyi və digər bəşəri məsələlər haqqında bəhs edən
bu hadisələr Qabriel Qarsia Markesin məşhur
\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\"Yüz il
tənhalıqda\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\" romanındandır. Göründüyü
kimi, əsərdə diqqəti cəlb edən əsas məqamlardan biri müəllifin romanın
başlanğıcında Nizami Gəncəvinin
\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\"xoşbəxtlər
ölkəsi\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\"nə bənzəyən toplumu
göstərməsidir. Dövlətin mövcud olmadığı, hər kəsin bir-biriylə rahat
şəkildə yola getdiyi, əmin-amanlığın, xoşbəxtliyin hökm sürdüyü belə
cəmiyyət mövcud ola bilərmi? Markes əsərin başlanğıcında belə bir
cəmiyyət yaradır, amma Nizamidən fərqli olaraq, onu uzun zaman yaşatmaq
fikrindən uzaqdır. Ən sonda belə cəmiyyət modelinin məhvə məhkum
olduğunu göstərir. Artıq neçə əsrlərdir ki, filosoflar cəmiyyət və
dövlət arasındakı münasibətləri təhlil edirlər. Bəzi filosoflar iddia
edir ki, insan təbiətcə eqoistdir, o, öz tələbatlarını ödəmək və
insanların bir-biriylə zorakı mübarizəsinin qarşısını almaq üçün öz
azadlıqlarını məhdudlaşdırmaq üçün ictimai müqavilə bağlayır və dövləti
yaradırlar. Bəziləri isə insanı xeyrin daha sərfəli olduğunu anlayan
varlıq hesab edir. Onların fikrincə, insanları qorxu deyil, ağıl
dövlətdə birləşməyə vadar edir. İnsanın öz qeyri-məhdud azadlığından
imtina edərək ümumi razılıqla dövlətə verdiyi haqq öz vətəndaşlarını
cəzalandırmaq haqqıdır. İnsanların iradəsi ümumi razılıqla qəbul
olunmuş qanunlardan başqa heç nə ilə məhdudlaşdırıla bilməz. Dövlət
insanların həyatı, azadlığı və mülkiyyətini qorumalı, onları xarici
təcavüzdən müdafiə etməlidir. Dövlət hakimiyyəti mütləq deyil, insan
haqları ilə məhdudlaşdırılmalıdır. Əlbəttə dövlət və cəmiyyət
haqqında bir çox filosofların başqa iddiaları da var, amma ən geniş
yayılanı yuxarıda sadalananlardır. Çox az adam iddia edə bilər ki, cəmiyyət dövlət tərəfindən idarə olunmayıb, öz-özünü idarə edə və inkişaf edə bilər. Əksəriyyət
isə dövlətin mövcud olmasını labüd və danılmaz həqiqət sayır. Səbəb çox
sadədir. Cəmiyyətin bütün üzvlərinin kamil olması mümkün deyil, belə
olduqda isə problemlərin və digər neqativ halların olması normal qəbul
edilməlidir. Belədə cəmiyyətin dövlət tərəfindən idarə olunması
labüdləşir. Əgər bu danılmaz həqiqətdirsə, onda imkan verilməlidir ki,
insanlar özlərini idarə edəcək dövləti özləri seçsinlər. Bunun da adı -
demokratiyadır! Cəmiyyətin üzvləri nə qədər ağıllı, kamil olarsa,
orada demokratik dəyərlər də mövcud olar. Mütərəqqi cəmiyyətin despot,
zalım dövləti ola bilməz. Olsa belə, belə dövlət sistemi uzun müddət
yaşaya bilməz. Ən sonda yenə ağıllı cəmiyyət belə dövlət sistemini
dəyişər və öz mütərəqqi dövlətini qurar. \\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\"Nə
qədər ki, xalq itaət etməyə məcburdur və itaət edir, deməli, o, yaxşı
hərəkət edir, amma boyunduruğunu öz üzərindən atmaq imkanı qazanan kimi
onu atırsa, o, əvvəlkindən də yaxşı hərəkət edir. Azadlıq ondan hansı
hüquqla oğurlanmışdısa, elə həmin hüququn əsasında da azadlığı özünə
qaytarmaqla göstərir ki, onun buna haqqı var, ya da azadlığı ondan
almaq üçün qətiyyən heç bir əsas olmadığını təsdiq etmiş
olur\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\". Bunu Russo yazıb və o, bunu
yazarkən məhz mütərəqqi cəmiyyətləri nəzərdə tutub. Bir xalqın
demokratiyaya hazır olmadığını söyləmək o cəmiyyətin mütərəqqi, ağıllı,
yetərincə güclü olmadığını söyləməkdir və bir xalq üçün bundan böyük
təhqir ola bilməz. Bəzi idealist intellektuallar dövlətin insanlıq
tarixinin ən rəzil kəşfi olduğu fikrindədir. Əgər insanlar öz-özlərini
idarə edə bilmirsə və onların başqaları tərəfindən idarə edilməsinə
ehtiyac varsa, bu, insan ağlına, onun mütərəqqiliyinə şübhə oyadır. Bəs
əgər bir cəmiyyətin öz-özünü idarə etməsi bir kənara qalsın, özünü
idarə edə biləcək hökuməti belə seçə bilməməsi necə qiymətləndirilə
bilər? Bir xalq durmadan itaət edərsə, zülmə, haqsızlığa baş əyərsə,
onun məhvi labüddür. Demokratiyanın olmadığı cəmiyyət tənəzzülə
məhkumdur. Demokratiyanın, azadlığın olmadığı yerdə elm, mədəniyyət,
humanizm və digər bəşəri dəyərlər mövcud ola bilməz. Bir cəmiyyət nə qədər ağıllı olarsa, öz haqqını qoruyarsa onun gələcəyi də parlaq olar! Hər
bir fərdin cəmiyyətdə müəyyən rolu olmalıdır. O, istər mütərəqqi
cəmiyyətdə yaşasın, istərsə də demokratiyanın mövcud olmadığı geri
qalmış bir toplumda. Hər bir fərdin cəmiyyətə verdiyi ən böyük xeyir öz
hüquqlarını bilməsi, haqqını müdafiə etməsi və yaxşı təhsil əldə edib
cəmiyyətdə öz bacarıqlarını tətbiq edə bilməsidir. Bu gün
yaşadığımız cəmiyyət mütərəqqi olmaya, öz haqqını müdafiə etməyi
bacarmaya bilər. Amma burada məsuliyyəti hər bir fərd daşıyır.
Əl-qolunu sallayıb, \\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\"mübarizə boşunadır,
onsuz da qələbə çalmayacağıq, hər şey mənasızdır, bu cəmiyyətin axırı
yoxdur\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\" deməklə əlbəttə ki, heç nəyə
nail olmaq mümkün deyil. Cəmiyyətin gücü onun fərdlərinin gücündədir. Qədim
yunan cəmiyyətinin əsasını adi vətəndaşlar, böyük hissəsini isə kölələr
təşkil edirdi. Cəmiyyətin müqayisə edilməyəcək dərəcədə cüzi hissəsi
ağıllı insanlar idi. Yunanıstanı işğal etmək istəyən Makedoniyalı Filip
yunanlara rişxəndlə deyirdi: \\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\"Bu millət
deyil, dahilərdən və kölələrdən təşkil edilmiş fərdlərin
güruhudur\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\". Amma onun Yunanıstanı
işğal edən oğlu Böyük İsgəndər yunan mədəniyyətini bütün dünyaya yaydı.
Yunanıstanın, onun mədəniyyətinin inkişaf etməsində ən böyük işi elə
fərdlər görmüşdü, hansı ki, müasir dünya hələ də onların fikirlərindən
bəhrələnməkdə davam edir. Azərbaycan cəmiyyəti hələ yeni-yeni
formalaşmağa başlayıb. Cəmiyyətin bir hissəsi özünü dünyanın ən
mütərəqqi adət-ənənəsinə, ən qədim tarixinə, mədəniyyətinə malik olan
ən qabaqcıl cəmiyyət hesab edir. Bir hissəsi isə bunun tam əksini
düşünür və ruh düşkünlüyünə qapılıb. Görünən odur ki, hələlik heç nə yaxşı deyil, cəmiyyəti bu durumdan xilas etmək isə ağıllı fərdlərin üzərinə düşür.
|