Öz ehtiraslarının əsiri olan adam heç vaxt azad ola bilməz. AZ | ENG

Məqalələr

Demokratiya Haqqında [2]
Liberalizm [1]
Demokratiya Haqqında hər şey [9]

Sorğu

Azərbaycanda demokratiya olacağına inanırsınızmı?
Bütün cavablar: 394

Dərsliklər

Baş səhifə » 2009 » Aprel » 27 » Demokratiya mədəniyyəti
Demokratiya mədəniyyəti
20:11

Mülki mədəniyyət

            Demokratiya öz qurumlarının məcmusundan daha geniş anlayışdır. Sağlam demokratiya, əsas etibarilə, demokratik mülki mədəniyyətin inkişafından asılıdır. Dayənə Raviç göstərir ki, bu mənadamədəniyyət incəsənətə, ədəbiyyata və ya musiqiyə aid edilmir, lakin “davranışlara, təcrübələrə və normalara aid edilir ki, bunlar da adamların özlərinin özlərini idarə etmək qabiliyyətini müəyyənləşdirir.”

            Raviç yazır: “Totalitar siyasi sistem qeyri-fəallıq və süstlük mədəniyyətini təqdir edir. Rejim müti və itaətkar vətəndaşlıq formalaşdırmağa can atır. Bunun əksinə olaraq, demokratik cəmiyyətin mülki mədəniyyəti fərdlərin azad şəkildə seçdikləri fəaliyyəti ilə formalaşır. Azad cəmiyyətdə vətəndaşlar öz mənafelərini güdürlər, öz hüquqlarını sınaqdan keçirir və öz həyatları üçün məsuliyyət daşıyırlar. Onlar harada işləyəcəkləri haqqında, hansı işi görəcəkləri, harada yaşayacaqları, siyasi partiyalara qoşulub-qoşulmayacaqları, nə oxuyacaqları və başqa müvafiq hallar özləri qərar çıxarırlar. Bunlar siyasi qərarlar deyil, şəxsi qərarlardır.”

            Cəmiyyət mədəniyyətinin bədii ifadəsi kimi, ədəbiyyat, incəsənət, dram əsərləri və filmlər də hökumətdən asılı olmayaraq mövcuddur. Demokratik cəmiyyət rəssamlara və yazışılara yardım edə bilər və ya onları başqa yolla rəğbətləndirə bilər, lakin o, nə bədii standartlar təsis edir, bədii istedadın dəyəri haqqında mühakimə yürüdür, nə də bədii ifadəyə senzura qoyur. İncəsənət işçiləri dövlətin nə fəhlələri, nə də xidmətçiləridir. Demokratiyanın incəsənətə ilkin təkanı azadlıqdır – yaratmaq, sınaqdan keçirmək, insan əqlinin və ruhunun dünyasını dərk etmək azadlığıdır.

           

Demokratiya və təhsil

            Təhsil hər bir cəmiyyətin, xüsusən, demokratiyanın həyati komponentidir. Tomas Cefersonun yazdığı kimi, “Əgər hər hansı bir xalq sivilizasiya şəraitində cahil və azad olmağı güman edirsə, o, heç olmamış və olmayacaq şeyin baş verəcəyini güman edir.”

            Qeyri-fəal şəkildə təqdiretmə mövqeyini təlqin edən avtoritar cəmiyyətlərdən fərqli olaraq, demokratik təhsilin əsas qayəsi asılı olmayan, öyrənməyə maraq göstərən və analitik dünyagörüşlü, eyni zamanda, demokratik qanun-qaydalara və təcrübələrə dərindən bələd olan vətəndaşlar hazırlamaqdır. Vanderbilt universiteti professoru Çester Eş Fin Nikaraquada xalq maarifi işçiləri qarşısında bir çıxışında demişdir: “İnsanlar şəxsi azadlıq üçün iştaha ilə doğula bilərlər, lakin onlar və onların uşaqları üçün azadlığa zaman keçdikcə yol açan ictimai və siyasi tədbirlər haqqında biliklə doğulmurlar... Belə şeylərə nail olmaq lazımdır. Onlar öyrənilməlidir.”

            Bu baxımdan, demokratiyada təhsilin vəzifəsinin, sadəcə olaraq, avtoritar rejimlərin əsas doktrinnalarından uzaq olmaq və siyasi dəyərlərə neytral münasibət bəsləyən tədrisi təmin etmək olduğu demək kifayət deyil. Bu qeyr-mümkündür: nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq, təhsilin hamısı dəyər təqdim edir. Əlbəttə, tələbələrə demokratiyanın əsaslarını açıq məlumatalma ruhunda da tədris etmək olar ki, bunun özü də vacib  demokratik dəyərdir. Eyni zamanda, tələbələrə adi düşünmə tərzinə şübhə ilə yanaşmağı təlqin etmişlər. Onlara əsaslı dəlil və ciddi araşdırma lazımdır. Ciddi mübahisələr ola bilər, lakin demokratik dərsliklər, sadəcə olaraq, ürəyəyatmayan və ya mübahisəli görünən hadisə və faktlara etinasızlıq göstərməməlidir.

            Fin yazır: “Təhsil azad cəmiyyətlərdə fövqəladə mühüm rol oynayır. Başqa rejimlərin təhsil sistemi həmin rejimlərin alətləri rolunu oynadığı halda, demokratiyada təhsil o insanlara xidmət edir ki, onların həmin rejimi yaratmaq, ona təkan vermək, onu yaxşılaşdırmaq bacarığı, geniş mənada, onların aldığı təhsilin keyfiyyətindən və təsir gücündən asılı olur. Ədalətlə demək olar ki, demokratiyada təhsil zaman keçdikcə, azadlığın özünün çıçəklənməsi üçün imkan yaradır.”

 

Ziddiyyət, kompromis və razılıq

            İnsan övladı bəzən bir-birinə zidd olan müxtəlif şeylər arzusuna düşür. Adamlar sakit həyat istəyir, bununla belə, macəradan da zövq alırlar; onlar fərdi azadlığa can atırlar, bununla belə, ictimai bərabərlik tələb edirlər.

            Demokratiya fərqli deyil və etiraf etmək vacibdir ki, bu gərginlik hallarının çoxu, hətta paradokslar belə, hər bir demokratik cəmiyətdə mövcuddur. “Journal of Democracy”nin (Demokratiya jurnalı) şərikli redaktoru və Huver İnstitunun elmi işçisi Lari Dayamend-ə görə, mərkəzi paradoks ziddiyyət və razılıq arasında mövcuddur. Demokratiya bir çox hallarda ziddiyyəti yoluna qoymaq üçün qaydalar şəbəkəsindən başqa bir şey deyil. Eyni zamanda, bu ziddiyyət müəyyən kompromislərin və razılıqların nəticəsi kimi yoluna qoyulmalıdır. Bərabərliyin bir cəhətinə üstünlük vermək bütov bir tədbirin həyata keçirilməsi üçün təhlükə törədə bilər. Əgər qruplar demokratiyanı ancaq onların tələblərini təmin etməli olan bir forum kimi dərk edirlərsə, onda cəmiyyət daxildən sarsiya bilər. Əgər hökümət razılığa nail olmaq üçün xalqın səsini kəsmək kimi müstəsna təzyiqlərə can atarsa, onda demokratiya yuxarıdan darmadağın edilə bilər.

            Cavab budur ki, bunun yeganə və asan cavabı yoxdur. Demokratiya xüsusi prinsipləri və qanun-qaydaları yoluna qoyulduqdan sonra öz-özünə hərəkət edən maşın deyil. Demokratik cəmiyətin ziddiyyətlərin mütləq olacağını, eyni zamanda, dözümlülüyün zəruriyyətini qəbul edən adamlara ehtiyacı var.

            Etiraf etmək zəruridir ki, demokratik cəmiyyətdə ziddiyyətin çoxu aydın şəkildə “düz” və “səhv” hüquqlar və prioritetlər arasında deyil, ancaq onların fərqli şəkildə izah edilməsi arasında olur. Birləşmiş Ştatlarda bu sahədə müzakirələr çox olur. Məsələn, ənənəvi şəkildə ayrı-seçkilik üzündən azlıqda olan əzab çəkmiş qruplar üçün işlərin müəyyən faizin ayrılması qanunidirmi? Yolun  yaramazlığı ucundan dövlətin kiminsə evini müsadirə etmək hüququ varmı? Əgər cəmiyyət ağac istehsalı ilə bağlı olan kiçik kollektivlərin işlərinin itirlməsi və onların iqtisadi qarəti hesabına təbiətin bakirəliyi hifz etmək naminə meşələri qırmağı və ağac istehsalını qadağan edirsə, kimlərin hüquqları daha çox müdafiə olunmalıdır? Əgər polis narkotik maddələr ticarətinin almaq üçün təsadüfi adamları tutub saxlayırsa, vətəndaşların hüquqlarımı pozulur, yoxsa icmadakılarını müdafiə olunur?

            Bunlar asan suallar deyil və bu məsələlərə müraciət edərək, onları təhlil etmək üçün ancaq demokratiyanın geniş qayda-qanunları müvafiq göstərişlər təmin edir. Əlbəttə, zaman keçdikcə cavablar dəyişə bilər. Məhz bu səbəbə görə, demokratiya mədəniyyətinin inkişafı zəruridir. Ən azı, fərdlər və qruplar arzu etməlidirlər ki, bir-biriləri arasındakı fərqlərə dözsünlər, nəzərə alsınlar ki, müqabil tərəfin də müvafiq hüquqları və qanuni baxımdan öz fikri və rəyi var. Müzakirənin müxtəlif tərəfləri – istər yerli qonşuluqda, istər dövlət parlamentində olsun – belə olduğu halda ümumi diltapma və kompromislə qarşılana bilər və çoxluğun hakimiyyətinin, azlığın isə hüquqlarının ümumi prinsiplərinə əsaslanan özünəməxsus həllini tapa bilər. Bir sıra hallarda formal səsvermə də zəruri ola bilər, lakin əksər hallarda müzakirələr və kompromis yolu ilə qruplar qeyri-rəsmi şəkildə razılıq və dil birliyi əldə edə bilərlər. Bu proseslər gələcək promləmləri həll etmək üçün zəruri olan inamın yaradılmasına müsbət imtiyazlar verir.

            Dain Ravich göstərir: “Koalisiya yaradılması demokratik hərəkətin mayasıdır. O, müxətif mənafelər təmsil edən qruplar arasında danışıqlar aparmağı, ümumi dil tapmağı və konstitusion sistem çərçivəsində işləməyi öyrədir. Koalisiya yaratmaq üçün işləməklə, müxtəlif fikirlərdə olan qruplar səs-küy salmadan fikrini nəce əsaslandırmağı, öz məqsədlərinə demokratik üsulla necə can atmağı və nəhayət, bu müxtəliflik dünyasında necə yaşamağı öyrənir.”

            Demokratiya Allahın nazil etdiyi dəyişməz həqiqətlərin şəbəkəsi deyil, lakin o elə bir mexanizdir ki, onunla fərdlər və qurumlar, insanlar fikirlərin çarpazlaşması və kompromisi yolu ilə, nə qədər qeyri-kamil olsa da, həqiqətə nail ola bilərlər. Demokratiya praqmatikdir. İdeyalar və problemlərin həlli sabit ideologiyalara qarşı qoyularaq, sınaq keçirilmir, lakin həmin ideyalar və problemlərin həllinin başqa şəkildə əsaslandırıla və dəyişkən ola bildiyi, qəbul və ya rədd edilə bildiyi reəl dünyada sınaqdan keçirilir.

            Özünüidarə nöqsanlardan müdafiə edə bilməz, etnik müzakirələrə son qoya bilməz və ya iqtisadi çiçəkləmə zəmanəti verə bilməz. Buna baxmayaraq, özünüidarə nöqsanları müəyyənləşdirə bilən, qrupların görüşməsinə və fikir müztəlifiyini həll etməyə icazə bilən və iqtisadi inkişafda hərəkətvrici qüvvələr olan yeniliklər və kapital qoyuluşu üçün imkanlar təklif edə bilən müzakirələr və sınaqlar aparmağa icazə verir.

Kateqoriya: Demokratiya Haqqında hər şey | Baxılıbв: 606 | Əlavə etdi: Penah8482

Təqvim

«  Aprel 2009  »
BeÇaÇCaCŞB
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Axtarış

Dost saytlar

Statistik


Onlayn: 1
Qonaq: 1
İştirakçılar: 0