Öz ehtiraslarının əsiri olan adam heç vaxt azad ola bilməz. AZ | ENG

Məqalələr

Demokratiya Haqqında [2]
Liberalizm [1]
Demokratiya Haqqında hər şey [9]

Sorğu

Azərbaycanda demokratiya olacağına inanırsınızmı?
Bütün cavablar: 396

Dərsliklər

Baş səhifə » 2009 » Aprel » 27 » Hüquqlar Billi ve İnsan Hüquqları
Hüquqlar Billi ve İnsan Hüquqları
20:12

İnsan hüquqları haqqında iki tarixi bəyannamə, aralarında bir aydan da bir qədər az fərq olmaqla, 1789-cu ilin yayında və payızında qəbul edilmişdir – avqustun 26-da Fransada İnsan Hüquqları və Vətəndaş Bəyannaməsi və sentyabrın 25-də Amerika Hüquqlar Billi. Hər iki sənəd Frans və Amerika əlaqələrinin  yaxın və münasib olduğu bir dövrdə öz əsasını Maarifçiliyin təbii hüquqlar haqqında müddəalarından və başqa fəlsəfi qaynaqlarından götürürdü.

            Erkən Fransa-Amerika əlaqələri mürəkkəb olmuş və sabit olmamışdır. 1776-cı ildə Amerika İnqilabı zamanı Fransa həm Maarifçilik ideyasının mərkəzi olmuş, həm də təm-təraqlı iqamətgahı Versalda yerləşən və Avropada ən güclü monarxiya olan Burbonların vətəni olmuşdur. Buna baxmayaraq, ümumi düşmən olan Böyük Britaniyanı məğlub etmək üçün Fransa qiyam qaldırmış Amerika koloniyaları ilə hərbi ittifaqa qoşulmuşdu. Fransanın Köhnə Rejimi tənqid edən nümayəndələri üçün, dəqiq olub-olmasa da, Amerika fransızların senzuradan yaxa qurtarmış azadlıq Maarifçilik idealının, təbii hüquqlarının və hökümətin rasional reformasının təmsilçisinə çevrilmişdir.

            10 il sonra amerikalılar Fransa İnqilabının ən həlledici dövründə - Baş Ştatların çağrılmasında, Bastiliyanın alınmasında və Milli Müəssislər Məclisinin təsis edilməsində fransızları möhkəm müdafiə edirdi. Lakin bu müdafiə XYİ Lüdovikin edam edilməsi və Terror Hakimiyyətinin gəlişi ilə dayandırıldı. Vaşinqtonda mühafizəkar Federalist hökuməti zorakılıqdan dəhşətə gəldi. Birləşmiş Ştatların ikinci prezidenti Con Adams deyirdi: “Fransada nifaq və təfriqə salınır və dəhşətli hadisələr baş verir.”

            Bununla belə, Tomas Cefersonun rəhbərliyi ilə Birləşmiş Ştatlarda baş qaldıran siyasi müxalifət Fransa respublikaçılarını müdafiə etməkdə davam edirdi. Ceferson yazırdı: “Avropa azazdlığı tarixinin bir fəsli burada yazılır.” Fransız reformatorlarının və inqilabçılarının Amerikanı erkən idealizə etmələri 1790-cı illərdə Amerika respublikaçılarının Fransanı idealizə etmələri ilə əvəz olundu.

            Fransa Maarifçiliyi nümayəndəsi d’Udto xanım Cefersona məktubunda yazırdı “Sizin inqilabla bizim inqilabın səciyyəvi fərqi ondadır ki, sizin dağıtmaq üçün heç bir şeyiniz olmadığı kimi, zərər vurmaq üçün də heç bir şeyiniz yox idi.”Onların inqilabları dramatik şəkildə fərqlənə bilərdi, lakin Hüquqlar Billində və İnsan Hüquqları Bəyannaməsində Fransa və Amerika 1791-ci il mayın 3-də imzalanmış Polşa konstitusiyasından tutmuş layihəsi bu gün verilən dövlət konstitusiyalarında əks-sədası eşidilən fərdi hüquqların sürəkli təsdiqini həyata keçirmişdir.

Kateqoriya: Demokratiya Haqqında hər şey | Baxılıbв: 635 | Əlavə etdi: Penah8482

Təqvim

«  Aprel 2009  »
BeÇaÇCaCŞB
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Axtarış

Dost saytlar

Statistik


Onlayn: 1
Qonaq: 1
İştirakçılar: 0