Öz ehtiraslarının əsiri olan adam heç vaxt azad ola bilməz. AZ | ENG

Məqalələr

Demokratiya Haqqında [2]
Liberalizm [1]
Demokratiya Haqqında hər şey [9]

Sorğu

Azərbaycanda demokratiya olacağına inanırsınızmı?
Bütün cavablar: 410

Dərsliklər

Baş səhifə » 2009 » Aprel » 27 » Xalq hökuməti
Xalq hökuməti
20:01

Demokratiya çoxlarına tanış bir söz ola bilər, lakin demokratiya hələ də düzgün dərk olunmayan bir anlayışdır, və o, zaman-zaman öz müvafiq məqamında istifadə edilmir. Bu, totalitar rejimlər və eyni zamanda, hərbi diktatorluqlar özlərinə demokratiya damğası vuraraq, xalq kütləsinin onları müdafiə etməsi tələbini irəli sürərkən baş verir. Bununla belə, demokratik ideyanın gücü, eyni zamanda, qədim Afinada Perikldən tutmuş bugünkü Çexoslovakiyada Vatslav havelə qədər, 1776-cı ildə Tomas Cefersonun İstiqlaliyyət Bəyannaməsindən Andrey Saxarovun 1989-cu ildəki son çıxışlarınadək insan əqlinin və arzusunun ən dərin və hərəkətverici ifadəsini əks etdirmişdir.

Lüğətdə verilən tərifdən göstərilir ki, demokratiya “xalq tərəfindən idarə olunan elə hökümətdir ki, orada ali hakimiyyət xalqa həvalə olunur və müstəqil şəkildə xalq tərəfindən və ya azad seçki sistemi əsasında xalqın seçdiyi nümayədələr tərəfindən idarə olunur.” Abraham Linkolun ifadəsi ilə desək, demokratiya “xalqa məxsus, xalqın idarə etdiyi və xalq üçün” hökumətdir.

            Azadlıq və demokratiya tez-tez bir-birinin əvəzində işlədilir, lakin bu iki söz sinonim deyilş Əlbəttə, demokratiya azadlıq haqqında ideyalar və əqidələr məcnusudur, lakin demokratiya, eyni zamanda, uzun və bir çox hallarda kəşməkəşli tarix boyu yaranmış təcrübələrin və proseslərin məcmusunu da ehtiva edirş Bir sözlə, demokratiay azaslığın qurumlaşdırılmasıdır. Bu səbəb görə, qanun qarşısında konstitusion hökumətin, insan hüquqları və bərabərliyin tarixin sınaqlarından çıxmış elə əsaslarının müəyyənləşdirmək mümükündür ki, hər bir cəmiyyət demokratik cəmiyyət adını daşıya bilsin. Demokratiya iki əsas kateqoriyaya bölünür – müstəqim və səlahiyyətli nümayədəlik demokratiyasış Müstəqim demokratiyada seçilən və ya təyin olunan rəsmi məmurlarin vasitəçiliyi olmadan, ictimai qərarların çıxarılmasında bütün vətəndaşlar iştirak edə bilərlərş Aydındır ki, belə bir sistem təcrübədə ancaq adamların nisbətən az olduğu şəraitdə mümkündür. Məsələn, bu, icma təşkilatında və ya qəbilə şurasında və ya üzvlərin müvafiq məsələləri müzakirə edərək yekdil və ya səs çoxluğu ilə qərarlar çıxarılmaları üçün eyni bir otaqda görüşmələri mümkün olduğu şəraitdə yerli həmkarlar birliyində həyata keçirilə bilər. Dünyada ilk demokratik qurum olan qədim Afina 5000 nəfərdən 6000 nəfərə qədər üzvü olan təşkilatla müstəqim demokratiyani təcürbədə sınaqdan keçirə bilmişdir. Güman ki, bu, adamların fiziki cəhətdən bir yerə toplaşaraq, müstəqim demokratiyanı təcrübədən keçirməsi üçün maksimum saydır.

            Öz miqyası və quruluşunun mürəkkəblinə görə, müasir cəmiyyətdə mustəqim demokratiyanın tətbiq edilməsi imkanları çox məhduddur. Hətta Birləşmiş Ştatların Şimal-Şərqində şəhər görüşləri ənənəsinə müqəddəs gözlə baxan Yerli İngiltərədə kollektivlərin sayı o qədər artmışdır ki, onların üzvlərinin hamısının eyni bir yerə toplaşaraq, həyat şəraitinə təsir edə biləcək məsəslələrlə bağlı müstəqim səs vermək imaknları yoxdur.

            Bu gün istər 50000 sakini olan bir şəhər, istər 50 milyon  əhalisi olan dövlətlərdə demokratiyanın ən ümümi forması səlahiyyətli nümayəndəlik formasıdır. Səlahiyyətli nümayəndəlik demokratiyası şəraitində siyasi qərarlar qəbul etmək, qanunlar yaratmaq üçün ictimai mənafe ilə bağlı proqramlar hazırlamaq üçün rəsmi məmurları vətəndaşlar seçirlər. Xalq adından çıxış edən bu rəsmi məmurlar adətən ayrı-ayrı  vətəndaşların böyük əksəriyyəti üçün təcrübədə mümkün ictimai məsələri ölçülüb-biçilmiş və sistemli şəkildə götür-qoy edə bilərlər.

            Bu cür rəsmi məmurlar hədsiz dərəcədə müxtəlif yollarla seçilə bilərlərş Məsələn, dövlət səviyyəsində qanunvericilərin hər biri yeganə bir səlahiyyətli nümayəndəyə səs verən bölgələrdən seçilə bilərlərş Alternativ şəkildə tənasüb nümayəndəliyi sistemində hər bir siyasi partiya qanunvericilikdə ölkə daxilində ümumi səslərin faizinə uyğun olaraq təmsilş edilirş Əyalət seçkiləri və yerli seçkilər də bu düvlət modelini əks etdirir və ya öz nümayəndələrini daha qeyri-rəsmi yolla – seçkilər əvəzinə qrupların razılığı əsasında seçə bilər. Hansı üsuldan istifadə edilir-edilsin, səlahiyyətli nümayəndəlik demokratiyasında rəsmi xalq nümayəndələri dövləti xalqın adından idarə edirlər və öz hərəkətləri üçün qarşısında məsuliyyət daşıyırlar.

 

Çoxluq hakimiyyəti və azlıq hüquqları

Bütün demokratiyalar elə sistemlərdir ki, orada vətəndaşlar çoxluğun hakimiyyəti əsasında azada şəkildə siyasi qərarlar qəbul edirlər. Lakin çoxluğun hakimiyyətinin demokratik olması zəruri deyilI məsələn heç kəs çoxluq naminə əhalinin 51 faizinin qalan 49 faizinə təzyiq göstərməsinə ədalətli və qanuni sistem adlandıra bilməzş Demokratik cəmiyyətdə çoxluğun hakimiyyəti fərdi insan hüquqları zəmanəti iıə qoşalaşmalıdır ki, o da öz növbəsində, etnik, dini, siyasi və ya, sadəcə olaraq, mubahisə doğuran qanunvericilik aktının hər hansı bir bəndinin müzakirəsində uduzanların azlığın hüqüqlarını müdafiəyə xidmət edir. Azlığın hüquqları çoxluğun xoşməramlı arzularından asılı deyil və çoxluğun səsi ilə ləğv edilə bilməzş Azlıqların hüquqları ona görə müdafiə olunur ki, demokratik qanunlar və qurumlar vətəndaşların hamısının hüquqlarını müdafiə edir.

            Alim, müəllim və Birləşmiş Ştatlar maarif katibinin hazırki köməkçisi Dayənə Raviç Polşada keçirilən təhsil seminarındakı məruzəsində yazmışdır: “Səlahiyyətli nümayəndəlik demokratiyası hökumətin səlahiyyərlərini məhdudlaşdıran konstitusiya müvafiq olaraq fəaliuyyət göstərirsə və vətəndaşların hamısına əsas hüquqlar zəmanəti verirsə, onda belə hökumət forması konstitusion demokratiya formasıdır. Belə cəmiyyətdə çoxluğun hakimiyyətini və azlığın hüquqlarını qanunun qurumlaşdırılması yolu il qanun müdafiə edir.”

            Bu ünsürlər tarixdə, mədəniyyətdə və iqtisadiyyatda nə qədər rəngarəng olmasına baxmayaraq, bütün müasir demokratiyaların əsas ünsürlərini müəyyənləşdirir. Dövlətlər və cəmiyyətlər kimi çox böyük fərqləri olduğuna baxmayaraq, konstitusion hökumətin əsas ünüsürləri – fərdi və azlığın hüquqları və hüquq norması ilə çoxluğun hakimiyyətinin ümumi dil tapması – Kanadada və Kosta Rikadada, Fransada və Botsvanada, Yaponiyada və Hindistanda tapıla bilər.

           

Demokratik cəmiyyət

Demokratiya, hökümətin necə fəaliyyət göstərdiyini müəyyən etmək üçün, konstitusion qaydalar və qanunların məcmusundan daha geniş anlayışdır. Demokratiyada çoxsayli və rəngarəng qurumların, siyasi partiyaların, təşkilatların və assosiasiyaların ictimai quqrluşunda hökumət ancaq müştərək şəkildə mövcud olan bir ünsürdür. Bu müxtəliflik pluralizm adlanır və nəzərdən tutulur ki, demokratik cəmiyyətdə bir çox mütəşəkkil qruplar və qurumlar özlərinin fəaliyyətində, qanuniliyində və səlahiyyətində hökumətdən asılı deyil.

Demokratik cemiyyətdə bəzisi məhəlli, bəzisi dövlət səviyyəsində minlərlə özəl təşkilatlar fəaliyyət göstərir. Onların çoxu tərkib hissəsi olduqları mürəkkəb ictimai və dövlət qurumları ilə fərdlər arasında vasitəçilik rolu oynamaqla, hökumətə həvalə edilmımiş funksiyanı yerinə yetirir və fərdlərə demokratik cəmiyyət vətəndaşları kimi, öz hüquqlaından və vəzifələrindən istifadə etmək imkanı verir.

Bu qruplar ictmia hökumət idarələrinə namizədləri müdafiə etmək, məsələlərin müzakirəsində iştirak etmək və qəbul olunan siyasi qərarlara təsir göstərmək vasitəsi kimi cürbəcür vasitələrlə öz üzvlərinin mənafelərini təmsil edir. Belə qruplar vasitəsilə ayrı-ayrı fərdlər həm hölumətdə, həm də onların öz kollektivlərində iştirak etmək imkanı əldə edirlər. Nümunələr çox və rəngarəngdir: xeyriyyəçilik təşkilatları və kilsələr, ətraf mühiti mühafizə və səmimi qonşuluq, biznes assosiasiyaları və əmək birlikləri.

Avtoritar bir cəmiyyətdə bütün belə təşkilatlar əslində nəzarət altında olmalı, hüquqi səciyyə daşımalı, diqqət mərkəzində olmalı və başqa hokümət qarşısında məsuliyyət daşımalıdır. Demokratiyada hökumətin səlahiyyətləri, qanun əsasında, aydın müəyyən edilmiş və ciddi şəkildə məhdudlaşdırılmışdır. Nəticə olaraq, özəl təşkilatlar hökümət nəzarətindən azaddırlar; əksinə, onların çoxu hökumətə təsir göstərməyə can atır və çalışır ki, onu öz hərəkətlərinə görə məsuliyyət daşımağa vadar etsin. İncəsənətlə dini  inam təcrübəsi, elmi araşdırma və başqa bu kimi mənafelərə aid qrupların hökumətlə əlaqəsi ya çox az və ya heç olmaya da bilər.

Demokratik cəmiyyətin bu məşğul özəl səltənətində hökumətin ağır əlinin potensial təzyiqüi olmadan, vətəndaşlar azadlıq imkanlarını və özünüidarə məsuliyyətlərini müəyyənləşdirə bilərlər.

 

Demokratiyanın dayaq nöqtələri

 

  • Xalqın suverenliyi
  • İdarəolunanların ümumi razılığına əsaslanan hökumət
  • Çoxluq hakimiyyəti
  • Azlıq hüquqları
  • Əsas insan hüquqları zəmanəti
  • Azad və ədalətli seçkilər
  • Qanun qarşısında bərbərlik
  • Qanuni nizam-intizam
  • Hökumət qarşısında qoyulan konstitusion məhdudiyyətlər
  • İctimai, iqtisadi və siyasi pluralizm
  • Dözümlülük, praqmatizm, qarşılıqlı və kompromis dəyərləri
Kateqoriya: Demokratiya Haqqında hər şey | Baxılıbв: 827 | Əlavə etdi: Penah8482

Təqvim

«  Aprel 2009  »
BeÇaÇCaCŞB
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Axtarış

Dost saytlar

Statistik


Onlayn: 1
Qonaq: 1
İştirakçılar: 0