Öz ehtiraslarının əsiri olan adam heç vaxt azad ola bilməz. AZ | ENG

Məqalələr

Demokratiya Haqqında [2]
Liberalizm [1]
Demokratiya Haqqında hər şey [9]

Sorğu

Azərbaycanda demokratiya olacağına inanırsınızmı?
Bütün cavablar: 394

Dərsliklər

Baş səhifə » 2009 » Aprel » 27 » İlk Demokratlar
İlk Demokratlar
20:03

Demokratiya kimi mürəkkəb bir hadisə üçün onun ilk dəfə nə zaman meydana gəldiyini müəyyənləşdirmək fövqəladə asandır: Miladdan əvvəl beşinci əsrdə Afina şəhər dövlətində Perikl Afinası adlanan qurum daha sonrakı siyasi nəzəriyyəçilər və dövlət adamları nəslini ruhlandırmışdır. Bununla belə, Afina demokratiyasının bir çox sahələri ona müasir gözlə baxdıqda qəribə və qeyri-adi görünür.

      Miladdan əvvəl altincı və beşinci əsrlərdə Afinada mərkəzi siyasi qurum, adətən, açıq olan Assambleya idi. (Qadınlar, qullar və xaricilər istisna təşkil edirdilər) Adi səs çoxluğu ilə, heç bir məhdudiyyət olmadan, əslində, Assambleya hər cür yerli məsələni həll edə bilərdi. Məhkəmə proseslərini 501 nəfər münsiflər heyətindən ibarət olub-olmamasını da əksəriyyərin səs verməsi yolu ilə onlar müəyyən edirdilər.

      Ən maraqlı cəhət, çox güman, bu idi ki, Assambleyanın başçıları səsvermə yolu ilə seçilmir, püşk atmaqla təyin olunurdu, çünki afinalılar bu əqidə də idilər ki, hər bir vətəndaşın ictimai idarəyə rəhbərlik etmək istedadı var. Rəhbərlik etmək üçün idarələrin sayı çox deyildi: başcılar bir il müddətinə təyin olunurdular, çünki Perikl Afinasında nəzərə çarpa biləcək prezident, baş nazir, Kabinet və ya daimi mülki xidmət kimi icra qurumları yox idi. Istisnasız demək olar ki, qanunyaratma ağırlığı Assambleyanın vətəndaş-üzvlərinin üzərinə düşürdü -  bu, ictimai xidmətin elə bir yükü  idi ki, bu gün adamların əksəri belə yükün altına girməyin qəbuledilməz oldğunu güman edə bilər.

      Heç bi konustitusion məsuliyyət qoyulmadan güclü və məharətli oratorlar Periklin Afinasını fraksiyaçılıq və hiyləgərlik batqaqlığına yuvarlayırdılar. Bununla belə, bu, filosof Sokrata ölüm cəzası verən elə bir demokratik Afina idi ki, həmin səbəb üzündən Sokratın ən məşhur şagirdi və qızğın antıdemokrat Platonun ölməz düşmənçiliyini qazanmışdı.

      Düşmənlərinə və zəifliyinə baxmayaraq, Afina demokratiyası cılız bir çiçək deyildi. O təqribən 200 il mövcud oldu – hətta Milladdan öncə 404-cü ildə Peloponnes müharibəsində onun qəddar düşməni Spartann əlində məğlub olduğuna baxmayaraq, məqlubiyyətdən sonra belə mövcud oldu.

Kateqoriya: Demokratiya Haqqında hər şey | Baxılıbв: 564 | Əlavə etdi: Penah8482

Təqvim

«  Aprel 2009  »
BeÇaÇCaCŞB
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Axtarış

Dost saytlar

Statistik


Onlayn: 1
Qonaq: 1
İştirakçılar: 0