Öz ehtiraslarının əsiri olan adam heç vaxt azad ola bilməz. AZ | ENG

Məqalələr

Demokratiya Haqqında [2]
Liberalizm [1]
Demokratiya Haqqında hər şey [9]

Sorğu

Azərbaycanda demokratiya olacağına inanırsınızmı?
Bütün cavablar: 396

Dərsliklər

Baş səhifə » 2009 » Aprel » 27 » Hüquqlar
Hüquqlar
20:04

Biz sübuta ehtiyaci olmayan bu həqiqətlərə inanırıq ki, insanların hamısı bərabər xalq olunmuşdur və Yaradan onlara əllərindən alınması mümkün olmayan müəyyən hüquqlar vermişdir ki, bu hüquqlar arasında yaşamaq, azadlıq və səadətə can atmaq arzusu da var. Və bu hüquqları müdafiə etmək üçün insanlar arasında idarəolunanların razılığı əsasında öz səlahiyyətlərini məhz onlardan əxz edən hökumətlər qurulmuşdur.

 

Əldənalınmaz hüquqlar

Amerika İstiqaliyyət Bəyannaməsinin yaddaşlar həkk olunmuş bu kəlamlarında Tomas Ceferson demokratik hökumətin qurulması üçün əsas prinsipləri müəyyənləşdirmişdir. Cefersonun sadaladığı əsas azadlıqları hökümətlər əta etmir; hökumətlər hər bir fərdin həyatda mövcud olduğu üçün sahib olduğu əzəli azadlıqları mühafizə etməkdən ötrü yaradılır.

17-ci və 18-ci əsrlər Maarifçilik filosoflarının fikirlərinə görə, əldənalınmaz hüquqlar Allah verdiyi təbii hüquqlardır. Mülki cəmiyyət, nə də hökumət onları aradan qaldıra və ya “özgələşdirə” bilər.

Əldənalınmaz hüquqlara söz və fikri ifadə azadlığı,din və vicdan azadlığı, toplantı və qanun qarşısında bərabər mühafizə hüququ azadlığı daxildir. Bu, heç də vətəndaşların demokratik sistemdə bəhrələndikləri azadlıqların tam siyahsı deyil – demokratik cəmiyyətlər, eyni zamanda, ədalətli məhkəmə hüququ kimi mülki hüquqlarda verir – lakin bu, hər bir demokratik hökümətin təqdir etməli olduğu ümdə hüquqların canını və qanını təşkil edir. Onlar hökumətdən asılı olmayaraq mövcud olduqları üçün, bu qanunlar qanunvericilik əsasında kənarlaşdırıla bilməz, onlar seçilmiş çoxluğun şıltaqlığının mövzusu da deyil. Məsələn, Birləşmiş Ştatlar Konstitusiyasında Birinci Düzəliş insanlara din və ya mətbuat azadlığı vermir; o, söz, din və sakit yığıncaq azadlıqları işinə qarışan qanun verməyi Konqresə qadağan edir. Tarixçi Levi demişdir: “Fərdlər onların hökuməti azad olmadığı şəraitdə azad ola bilərlər.”

Əsas insan hüquqları ilə bağlı olan qanunların müfəssəl şəkildə formaıaşdırılması və icra olması zəruri olaraq, cəmiyyətdən cəmiyyətə dəyişəcək, lakin hər bir demokratiya onların müdafiəsini təmin edən konstitusion, qanuni və ictimai qurumlar yaratmaq vəzifəsini öz qarşısına qoymalıdır.

 

Söz azadlığı

Söz və fikri ifadə azadlığı hər bir demokratiyanın şah damarıdır. Müzakirə aparmaq və səs vermək, toplaşmaq və etiraz etmək, ibadət etmək və hamı üçün ədalət təmin etmək – bunların hamısı nitqin və məlumatın hədsiz-hüdüdsuz axınına əsaslanır. “Demokratiya uğurunda mübarizə” başlıqlı televiziya verilişləri seriyasının yaradıcısı Patrik Uilson qeyd edir: “Demokratiya ünsiyyətdir: öz ümumi problemləri haqqında söhbət edən və öz ümumi taleləri düşünən adamlardır. Özünüidarə ilə məşğul ola bilmək üçün, insanlar öz fikirlərini ifadə etməkdə azad olmalıdırlar.”

Demokratik sistem vətəndaşları belə bir əqidə ilə yaşayırlar ki, fikir və rəylərin açıq mübadıləsi yolu ilə həqiqətən son nəticədə saxtakarlıq üzərində zəfər çalacaqdır, başqalarının dəyərləri daha yaxşı dərk ediləcəkdir, kompromis sahələri daha aydın müəyyənləşdiriəcəkdir və tərəqqiyə yol açılacaqdır. Belə mübadilərin nüfuz dairəsi nə qədər geniş olsa, o qədər yaxşıdır. Amerika yazışısı E.B. Uayt bunu belə izah edir: “Bizim azad ölkəmizdə mətbuat öz səciyyəsi ilə yaxşı olduğuna görə deyil, onun böyük özünəməxsusluğu ilə etibarlı və faydalıdır. Nə qədər ki, hər birinin öz xüsusi həqiqət meyarı olan çoxsayli mətbuat sahibləri var, biz adamların da həqiqətə nail olmaq və işıqlı dünyada yaşamaq imkanları var... Təhlükəsizlik saydadır.”

Avtoritar dövlətlərdən fərqli olaraq, demokratik hökumətlər yazılı və şifahi nitqin məzmununa nə nəzarət edir, onu nə diktə edir, nə də mühakimə edir. Demokratiya savadlı və bilikli vətəndaşlıqdan asılıdır ki, onların geniş şəkildə məlumat əldə etmək imkanları onlara öz cəmiyyətinin ictimai həyatında, imkan daxilində, tam iştirak etməyə şərait yaradır. Cəhalət biganəliyə səbəb olur. Demokratiya heç bir maneəyə rast gəlməyən fikirlərin, məlumatların, rəylərin və düşüncələrin axınına söykənən vətəndaşların enerjisi əsasında çiçəklənir.

Bəs kütləvi məlumat vasitələri və başqa təşkilatlar söz azadlığından sui-istifadə edərək, çoxlarının fikirnə göya, sadəcə olaraq, ürəkbulandırıcı olduğu haqqında şayiələr yaydığı hallarda hökumət nə etməlidir? Ümumiyyətlə, bu sualın cavabı yoxdur. Sadəcə olaraq, belə məsələr haqqında fikur söyləmək hökumətin işi deyil. Əsasən, söz azadlığı qayğısı söz azadlığından geniş anlayışdır. Qəribə görünsə də, demokratiya bir sıra hallarda, söz azadlığına təsir göstərən qeyri-demokratik siyasəti özləri müdafiə edən fərdlərin və qrupların hüquqlarını qorumalıdır. Demokratik cəmiyyətdə vətəndaşlar bu hüququ belə bir əqidəyə görə müdafiə edirlər ki, sözü və fikir ayrılığını boğmaqdansa, açıq müzakirələr, nəhayət, daha böyük həqiqətlərə və daha müdrik ictimai fəaliyyətə aparıb çıxara bilər.

Bundan əlavə, söz azadlığı müdafiəçisi təsdiq edir ki, onun bu gün təhqiramiz hesab etdiyi fikrin ifadəsinə görə göstərilən təzyiq, ola bilər ki, sabah onun söz azadlığından istifadəsi üçün potensial təhlükə törətsin; bunu isə siz və ya başqa biri təhqiramiz hesab edə bilər. Bu fikrin klassik müdafiəçilərindən biri ingilis filosofu Con Stüart Milldir. 1859-cu ildə o, özünü “Azadlıq haqqında” adlı əsərində əsaslandırırdı ki, sözə təzyiq göstərildikdə, bütün insanlara zərər dəyir. Mill yazırı: “Əgər rəy doğrudursa, onda o, həqiqəti səhv ilə əvəz etmək imkanını aradan qaldırır. Əgər rəy səhvdirsə, onda o, daha aydın təsəvvürdən və onun nöqsan ilə toqquşmasının doğurduğu daha həyati təsirdən məhrum olur...”

Nəticə etibarilə, söz azadlığı adamların bir yerə toplaşması və sakit şəkildə hökumətin onların şikayətlərini eşitməsi tələbi ilə bağlı hüquqdur. Bir yerə toplaşmaq və dinlənilmək hüququ olmadan, söz azadlığı öz siqlətini itirə bilər. Bu səbəb görə də, belə hesab edilər ki, söz adadlığı ayrılmaz şəkildə bir yerə toplaşmaq, narazılıq ifadə etmək və dəyişiklik tələb etmək hüququndan törəmiş olmasa da, onlarla yaxından bağlıdır. Demokratik hökumətlər əmin-amanlığı mühafizə üçün siyasi mitinqlərin və nümayişlərin vaxtını və yerini qanuni şəkildə tənzimləyə bilər, lakin onlar bu səlahiyyətdən etiraza təzyiq göstərmək və başqa tərzdə düşünən qrupların səslərinin eşidilməsinin qar.ısnı almaq üçün  istifadə edə bilməz.

 

Azadlıq və inam

Din azadlığı və ya, daha geniş şəkildə, vicdan azadlığı hər hansı bir şəxsin arzu və istəyinin xilafına olaraq, onun hər hansı başqa bir dinə və başqa əqidəyə tapınması tələbini qoymamaq deməkdir. Bundan əlavə, hər hansı bir kişi və ya qadın bir dini başqasından üstün tutaraq, onu seçirsə, və ya, əlbəttə, əsla heç bir dinə tapınmırsa, belə hallara görə heç kəs cəzalandırıla və ya cərimə oluna bilməz. Demokratik dövlət hər hansı bir kəsin dini  inamının onun öz şəxsi işi olduğunu etiraf edir.

            Bununla bağlı olaraq, din azadlığı o deməkdir ki, hökumət heç bir kəsi rəsmi bir kilsəyə və ya inama tapınmağa məcbur edə bilməz. Uşaqları xüsusi dini məktəblərə getməyə məcbur etmək olmaz, heç bir kişi və ya qadından onların arzularının xilafına olaraq, dini xidmətlərdə iştirak etmək, ibadət etmək və dini fəaliyyətlə bağlı iş görməyi tələb etmək olmaz. Uzun tarixi və ənənəvi səbəblərlə bağlı olaraq, bir çox demokratik dövlətlər rəsmi şəkildə kilsələr və dinlər təsis etmişlər ki, bunlar dövlətdən yardım alır. Bununla, belə bu fakt rəsmi şəkildə təsis olunmuş dindən başqa bir dini əqidəyə tapınan şəxslərin azadlığını müdafiə üçün hökumətin məsuliyyətini azaltmır.

 

Vətəndaşlıq: Hüquqlar və vəzifələr

Demokratiya belə birprinsipə əsaslanır ki, xalq hökumətə xidmət etmək üçün deyil, hökumət xalqa xidmət etmək üçündür. Başqa sözlə desək, xalq demokratik dövlətin subyekti deyil, onun vətəndaşlarıdır. Nə qədər ki, dövlət öz vətəndaşlarının hüquqlarını müdafiə edir, vətəndaşlar dövlətət sədaqət nümayiş etdirirlər. Digər tərəfdən, avtoritar sistemdə dövlət cəmiyyətdən əlahiddə mövcud olan bir qurum kimi, öz hərəkətləri üçün xalqın razılığı təmin etməkdən ötrü öhdəsinə heç bir qarşılıqlı vəzifə götürmədən, vətəndaşlardan sədaqət və xidmət tələb edir.

Məsələn, demokratik sistemdə vətəndaşlar səs vererkən, onların adından hakimiyyətə kimin gələcəyini müəyyən etmək üçün öz hüquqlarını və vəzifələrini sınaqdan keçirirlər. Avtoritar dövlətdə isə, əksinə, səsvermə aktı mövcud rejimin artıq seçmiş olduğu adamları ancaq qanunniləşdirməyə xidmət edir. Belə bir cəmiyyətdə səsvermə vətəndaşların nə hüquqlarını, nə də vəzifələrini sınaqdan keçirməyi nəzərəalır, o, ancaq hökumətin guya xalq tərəfindən müdafiə olunduğunu göstərmək üçün şoudur.

Buna müvafiq olaraq, demokratik sistemdə vətəndaşlar hökumətdən asılı olmayan və onların özləri seçib-bəyəndikləri təşkilatlara birləşmək və öz cəmiyyətlərinin ictimai həyatında azad iştirak etmək hüququndan bəhrələnirlər. Eyni zamanda, vətəndaşlar bir vəzifə kimi qəbul etməlidirlər ki, belə iştirak məhdudiyyətlər də qoyur: müvafiq məsəslərlə bağlı özlərini tərbiyə etmək, etiraz rəyi ilə çıxış edənlərə münasibətdə dözümlülük nümayiş etdirmək və razılığa gəlmək zəruri olduqda, kompromisə girməyi bacaqmaq.

Bununla belə, avtoritar dövlətdə özəl könüllü qruplar azdır və ya heç mövcud deyil. Onlar məsələlərin müzakirələrində iştirak edən və ya öz işlərini irəli sürən fərdlərə vasirə xidməti etmir, ancaq öz subyektlərini tabeçilik vəziyyətində saxlayan dövlətin başqa bir silahı kimi xidmət edir.

Demokratik və qeyri-demokratik cəmiyyətlərdə hərbi xidmət hüquqların və vəzifələrin müxtəlif, lakin bərabər şəkildə daban-dabana  zidd nümunəsini təmin edir. İki müxtəlif dövlətin hər ikisi əmin-amanlıq dövründə öz gənc vətəndaşlarını hərbi xidmətə çağıra bilər. Avtoritar dövlətdə bu vəzifə borcu şərksiz-şübhəsiz həyata keçirilir. Demokratik dövlətdə isə hərbi xidmətin bu dövrü elə bir vəzifədir ki, cəmiyyətin vətəndaşları özləri seçdikləri hökumətin vediyi qanunlar əsasında həmin vəzifəni öz öhdələrinə götürmüşlər. Əmin-amanlıq zamanı hərbi xidmət hər bir cəmiyətdə vətəndaşların ürəyindən olamaya da bilər. Lakin demokratik sistemdə əsgər-vətəndaş belə bir inamla xidmət edir ki, o. Onun öz cəmiyyətinin azad şəkildə qəbul etdiyi vəzifə borcunu yerinə yetiri. Bundan əlavə, demokratik cəmiyyətin üzvləri kollektiv şəkildə hərəkət etmək və bu vəzifə borcunu dəyişdirmək səlahiyyətləri olduğunu bilirlər. Birləşmiş Ştatlar və bir sıra ölkələr etdikləri kimi, icbari hərbi xidməti ləğv edətək, ümumi-könüllü ordu yaratmaq; bir qədər əvvəl Almaniyada baş verdiyi kimi, Hərbi xidmət dövrünü dəyişdirmək; yaxud İsveçrədə oldğu kimi, vətəndaşlığın əsas hissəsi olaraq, kişilər üçün hərbi xidmət ehtiyatı saxlamaq.

Bu nümunələrdə vətəndaşlıq eyni məsələnin müxtəlif tərəflərini təşkil edən hüquqların və vəzifələrin geniş şərhini ehtiva edir. Fərdin öz hüquqlarını sınaqdan keçirməsi də o hüquqları özü üçün və başqaları üçün qorumaq və gücləndirmək vəzifəsidir. Hətta yaxşı təsis edilmiş dmokratiyada belə, vətəndaşlar bir sıra hallarda bu bərabərliyi düzgün başa, bir çox hallardan istifadə edirlər. Siyasi məsələlərlə məşğul olan alim Benyəmin Barber qeyd etdiyi kimi, “demokratiya bəzi hallarda çoxluğun hakimiyyəti kimi başa düşülür, hüquqlar isə daha çox fərdlərin mənsub olduqları özəl mülkiyyət və beləliklə, ziddiyyət kimi başa düşülür. Lakin bu həm hüquqların, həm də demokratiyanın düzgün anlaşılmaması deməkdir.”

Əlbəttə, doğrudur ki, fərdlər söz azadlığı, toplantı azadlığı və din azadlığı sınaqdan keçirirlər, buna görə də həmin qanunlar hər cür demokratik bünövrə əsasında qurulmuş hökumətə məhdudiyyətlər qoyur. Bu mənada, fərdi hüquqlar hökumətin və ya ömrü o qədər də uzun olmayan çoxluq səlahiyyətinin təhqirinə qarşı ədalətli bir istehkamdır.

Lakin başqa mənada, hüquqlar da fərdlər kimi təcrid olunmuş şəkildə fəaliyyət göstərmir. Hüquqlar fərdlərin özəl malı deyil, lakin hüquqlar cəmiyyətin başqa vətəndaşları həmin hüquqların mövcudluğunu qəbul edənə qədərfəaliyyət göstərir. Amerika filosofu Sidney Huuk ifadə etdiyi kimi, seçici “öz azadlığının əsas hamisidir.” Bu baxımdan, vətəndaşların səs verək seçdikləri və onlar qarşısında məsuliyyət daşıyan hökumət fərdi hüquqların himayəçisi olur. Demokratik cəmiyyətdə vətəndaşlar mülki vəzifə borclarını və məsuliyyətləri öhdələrinə öz hüquqlarının gücünü artırmaq naminə götürürlər.

Daha geniş şəkildə desək, bu vəzifələr demokratik prosesin fəaliyyətinə zəmanət vermək üçün həmin demokratik prosesdə iştirakı məhdudlaşdırır. Ən azı, əgər ancaq yüksək vəzifəyə irəli sürülən namizədə düşünüb-daşınaraq səs vermək gərəkdirsə, vətəndaşlar onların cəmiyyətinə qarşı duran tənqidi məsələləri özləri öyrənməlidirlər. Mülki və cinayət işlərinə baxılan məhkəmələrdə münsiflər heyətinin tərkibində iclasçı şəklində iştirak kimi başqa vəzifə borcları qanun üzrə tələb oluna bilər, lakin bunların əksəri könüllüdür.

Demokratik hərəkətin özəyini cəmiyyət və dövlət ictimai həyaında onunvətəndaşlarının fəal və azad şəkildə seçilmiş iştirakı təşkil edir. Bu cür geniş və təkanverici iştirak olmadan demokratiya gücdən düşməyə baçlayacaq və kiçik, azsaylı dəstələrin və təşkilatların mühafizinə çevriləcəkdir. Lakin fərdlərin cəmiyyətin spektri boyu fəal işi nəticəsində, demokratiya müdafiə edəcəyinə and içdiyi azadlıqları və hüquqları qurban vermədən hər bir cəmiyyəti süpürüb atan mütləq iqtisadi və siyasi böhran tufanının qarşısını ala bilər.

İctimai həyata fəal qoşulmaq bir sıra hallarda siyasi mövqe üçün mübarizə kimi izah edilir. Lakin demokratik cəmiyyətdə vətəndaş iştirakı ancaq səsvermə yarışlarında iştirak etməkdən daha genişdir. Qonşuluqda və ya munisipal səviyyədə vətəndaşlar məktəb komitələrində xidmət edə və yaxud icma dəstələri yarada bilərlər, eyni zamanda, yerli idarəyə seçilmək üçün namizəd göstərilə bilərlər. Ştat, əyalət və ya dövlət səviyyəsində vətəndaşlar öz səslərini və qələmlərini ictimai məsələlərlə bağlı davam edən müzakirələrə əlavə edə bilərlər və ya siyasi partiyalara, əmək birliklərinə yaxud könüllü təşkilatlara qoşula bilərlər. Vətəndaşların əməkdaşlığı hansı səviyyədə olur-olsun, sağlam demokratiya onun vətəndaşlarının geniş şəkildə sürəkli və şüurlu iştirakından asılıdır.

Dayənə Raviş yazır ki, demokratiya “prosesdir, birgə yaşamaq və işləmək tərzidir. O, təkamül edir, donub qalmır. O, bütün vətəndaşlar arasında birləşmə, kompromis və dözümlülük tələb edir. Onu fəaliyyət göstərməyə vadar etmək çətindir, asan deyil. Azadlıq məsuliyyətdən azadlıq demək deyil, məsuliyyət deməkdir.”

Demokratiya azadlıq ideallarını və özünüifadə təmsil edir, lakin, eyni zamanda, insan təbiəti haqqında onun uzzaqgörən gözü də var. O tələb etmir ki, vətəndaşlar hər sahədə xeyirxah olsunlar, o, ancaq vətəndaşların məsuliyyətli olmalarını tələb edir. Amerika teoloqu Raynhold Nibuur dediyi kimi, “ədalət üçün demokratiyanı insan istedadı mümkün edir, insanın ədalətsizliyə olan meyli isə demokratiyanı zəruriləşdirir.”

Kateqoriya: Demokratiya Haqqında hər şey | Baxılıbв: 562 | Əlavə etdi: Penah8482

Təqvim

«  Aprel 2009  »
BeÇaÇCaCŞB
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Axtarış

Dost saytlar

Statistik


Onlayn: 1
Qonaq: 1
İştirakçılar: 0