Öz ehtiraslarının əsiri olan adam heç vaxt azad ola bilməz. AZ | ENG

Məqalələr

Demokratiya Haqqında [2]
Liberalizm [1]
Demokratiya Haqqında hər şey [9]

Sorğu

Azərbaycanda demokratiya olacağına inanırsınızmı?
Bütün cavablar: 394

Dərsliklər

Baş səhifə » 2009 » Aprel » 27 » Əsas İnsan Hüquqları
Əsas İnsan Hüquqları
20:06

Əsas İnsan Hüquqları

  • Söz, fikri ifadə və mətbuat azadlığı
  • Din azadlığı
  • Toplantı və birlik azadlığı
  • Qanun əsasında bərabər müdafiə
  • Qanuni qayda və ədalətli mühakimə hüququ

 

 

İnsan hüquqları və siyasi məqsədlər

Əsas prinsip kimi, əsas insan hüquqlarını qorumaq geniş şəkildə qəbul edilmişdir: o, öz ifadəsinin bütün dünyada yazılmış konstitusiyalarda, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində və Helsinki Son Aktı (Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Müşavirə - ATƏM) kimi beynəlxalq müşavirələrdə tapmışdır.

Hüquqların müxtəlif kateqoriyaları arasında fərqi müəyyənləşdirmək başqa bir məsələdir. Son vaxtlara qədər, xüsusən beynəlxalq təşkilatlar arasında, belə bir təmayül var idi ki, əsas insan hüquqlarının siyahısını genişləndirsinlər. Söz, qanun qarşısında bərabər müdafiə əsas azadlıqların bu qruplar məşğuliyyət, təhsil, hər hansı bir şəxsin öz mədəniyyətinə və ya milliyyətinə müvafiq həyat standartları hüquqlarını da əlavə etdilər.

Bunların hamısı dəyərli tədbirlərdir, lakin elə ki, bu sadalananlar hüquqlar kimi çoxalır, onlar əsas mülki və insan hüquqlarının mənasını qiymətdən salmağa meyl edir. Bundan əlavə, onlar bütün fərdlərə xas olan hüquqlar ilə fərdlərin, təşkilatların və hökumətlərin dərrakə ilə can atmağı gözlənilməli olan məqsədləri arasına duman pərdəsi çəkirlər.

Hökumətlər söz azalığı kimi əldənalınması mümkün olmayan hüquqları öz xüsusi hərəkətlərini məhdudlaşdıraraq, öz cilovunu çəkmək yolu ilə müdafiə edir. Təhsilə fond ayırmaqla, sağlamlığa qayğı göstərməklə və ya məşğuliyyətə zəmanət verməklə o, tamam başqa bir şey tələb edir: müvafiq siyasətə və proqramlara təkan vermək üçün hökumətin fəal şəkildə işə qarışmasını. Müvafiq sağlamlıq qayğısı və təhsil imkanları hər bir uşağın anadangəlmə hüququ olmalıdır. Təəssüf ediləcək faktdır ki, bunlar heç də belə deyil və bu məqsədlərə nailolma sahəsində cəmiyyətlərin imkanları ölkədən ölkəyə geniş şəkildə fərqlənir. Buna baxmayaraq insanın ürəkdən gələn hər bir arzusunu hüquqa çevirməklə, hökumətlər həyasızlığın artmasını dərk edirlər və bütün insan hüquqlarına etinasızlığa dəvət edirlər.

 

 

AZADLIQLARIN BÖYÜK XARTİYASI “MAGNA CARTA”

Kral Conun və ingilis baronlarının demokratlar olduqlarını təsdiq edən heç kəs səhv edə bilməz, çünki 1215-ci ildə onların Ranimede çölündə imzaladıqları sənəd konstitusion hökumətin inkişafında dönüş nöqtəsi olmuşdur.

            Baronlar monarxla münasibətlərində onlara əhəmiyyətli dərəcədə muxtariyyət vermək işində Kralın ənənəvi feodal qanununa yaxşı münasibət bəsləmədiyini güman edərək, Krala qanunu pozduğunu dedilər. Kral Con onların tələblərini yerinə yetirməkdən imtina etdikdə, onlar ordunu ayağa qaldırdılar və tələb etdilər ki, Kral Magna Carta-ya  (Böyük Xartiyaya) qol çəksin. Magna Carta 63 maddədən ibarətdir. Onların əksəri, əsasən torpaq sahibliyi zadəganlığına və kilsəyə faydalı olan hüquqların siyahsını ehtiva edir.

Buna baxmayaraq, onun bəzi şərtləri bir qədər sonra hamısına şamil edildi, qalanları isə ölkənin qanun sisteminin əsasını təşkil etdi. Məsələn, Böyük Azadlıqlar Xartiyası bəyan edir ki, vergilərin artırılması da daxil olmaqla, Kral ölkənin vacib işlərinin hamısının həllində baronlarla məsləhətləşməli və onların razlıqlarını almalıdır.Sonrakı əsrlərdə bu müddəalardan çıxış edərək bəyan etdilər ki, bütün xalqı təmsil edən qurumun – Parlamentin razılığı olmadan heç bir qanun qəbul edilməməli və vergi artıtılmamalıdır. (Amerika İnqilabında istiqlaliyyətə can atan kolonistlər bu ideyanı İngiltərəyə qarşı yönəldərək qışqırırdılar: “nümayəndəlik olmadan heç bir vergi olmamalıdır”.)

Hər hansı bir şəxsin işinə qanuni qayda və məhkəmədə iclasşı münsiflər tərəfindən baxılması zəmanəti də aparıb Böyük Azadlıqlar Xartiyasının müddəalarına çıxara bilər.

Böyük Azadlıqlar Xartiyasının feodal hüquqlarının adi adamların hüquqlarına bu təkamülü bir neçə əsr çəkdi, çünki xeyli vaxt keçdikdən sonra, ingilis kralları xartiyaya uğurla etniatsızlıq göstərdilər. Ancaq 1688-ci ildə Şərəfli İnqilabın dalınca, İngiltərə dövlətin  alı qanunverici qurumu olan Parlament ilə sürəkli konstitusion monarxiya təsis etməyə nail oldu. Parlamentin özünü isə geniş nümayəndəli, demokratik quruma çevirmək vəzifəsi bir əsrdən də bir qədər çox çəkdi.

Kateqoriya: Demokratiya Haqqında hər şey | Baxılıbв: 780 | Əlavə etdi: Penah8482

Təqvim

«  Aprel 2009  »
BeÇaÇCaCŞB
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Axtarış

Dost saytlar

Statistik


Onlayn: 1
Qonaq: 1
İştirakçılar: 0