Öz ehtiraslarının əsiri olan adam heç vaxt azad ola bilməz. AZ | ENG

Məqalələr

Demokratiya Haqqında [2]
Liberalizm [1]
Demokratiya Haqqında hər şey [9]

Sorğu

Azərbaycanda demokratiya olacağına inanırsınızmı?
Bütün cavablar: 394

Dərsliklər

Baş səhifə » 2009 » Aprel » 27 » Qanun Norması
Qanun Norması
20:08

Bərabərlik və qanun

Qanun qarşısında bərabərlik və ya bir sıra hallarda deyildiyi kimi, qanun əsasında bərabər müdafiə, hər bir ədalətli və demokratik cəmiyyət üçün əsasdır. İstər varlı olsun, istərsə də yoxsul, istər etnik çoxluğa mənsub olsun, istər dini azlığa, istər dövlətin siyasi mütəffiqi olsun, istər onun əleyhinə çıxsın – hamının qanun əsasında və qanuni müdafiə hüququ var.

            Demokratik cəmiyyət zəmanət verə bilməz ki, həyat hamıya bərabər münasibət bəsləyəcək və həyatın heç belə etmək vəzifəsi də yoxdur. Bununla belə, konstitusion qanun mütəxəssisi Con Pş Frank yazır: “Hökumət heç bir şəraitdə əlavə bərabərsizlik qoya bilməz, ondan özünün bütün adamları ilə eyni çəkildə və bərabər rəftar etməsi tələb olunmalıdır.”

            Qanun adamların boynuna qoyulmuş bir şey deyil, onu adamlar yaratmış olsalar da, heç kəs qanunun föqündə dura bilməz. Demokrati dövlət vətəndaşları qanuna ona görə tabe olurlar ki, bilavasitə yolla olsa da, onlar qanunun yaradıcıları kimi, özlərinə tabe olsunlar. Qanunları təsis etdikdən sonra, adamlar onlara riayət etməli olduqda, həm qanuna, həm də demokratiyaya xidmət edilir.

 

 

 

Hüquqi norma

Frank göstərir ki, tarix boyu hər bir cəmiyyətəd cinayət ədliyyə sistemini idarə edənlər hakimiyyəti potensial şəkildə sui-istifadə və zülm etmək üçün saxlayırlar. Ayrı-ayrı fərdlər dövlət adından həbs olunmuş, onların malları müsadirə edilmiş, özlərinə əzab verilmiş, sürgün olunmuş və heç bir qanuni əsas olmadan, edam edilmilər. Bu hallar tez-tez heç bir formal ittiham olmadan həyata keçirilir. Heç bir demokratik cəmiyyət bu sui-istifadə hallarına dözə bilməz.

            Hər bir dövlətin qayda-qanununu qorumaq və cinayət əməllərinə görə cəza vermək səlahiyyəti olmalıdır, lakin dövlətin hüquqi şəkildə həyata keçirdiyi qanunların normaları və onlardan istifadə üsulları kütləvi və aydın olmalı, məxfi və əsassız və ya dövlətin siyasi hiyləgərlik törətməsi üçün bəhanə olmamalıdır.

            Demokatiyada hüquqi normalara riayət əsasında işə baxılmasının konstitusion prinsiplərinin əsas tələbləri hansılardır?

            Evin axtarılması üçün belə bir axtarışın vacib olduğu haqqında müvafiq order olmadan polis kiminsə evinə zorla soxularaq, orada axtarış apara bilməz. Gecə yarısı xəfiyyə polisinin kiminsə qapısını döyməsinə demokratik cəmiyyətdə imkan verilmir.

            Bəyan edilən qanun pozuntusu haqqında aydın və yazılı ittiham olmadan, heç bir şəxs həbs oluna bilməz. Şəxslərin onların əleyhinə qaldırılan ittihamın dəqiq təbiətini nəinki bilmək hüquqları var, onlar, eyni zamanda, “habeas corpus” (həbs olunmuş şəxsin həbs edilməsinin qanuni olub-olmadığını yoxlamaq üçün məhkəməyə təqdim edilməsi) doktrinasına əsasən, məhkəmə ittihamın əsasız olduğu və ya həbsin hüquqi baxımdan düzgün olmadığı fikirnə gəldikdə, onlar dərhal azad edilməlidir.

            Cinayətə görə ittiham edilmiş şəxslər həbsdə uzun müddət saxlanıla bilməz. Onların işlərinə təxirə salmadan baxılmalı və onların onları ittiham edənlərə üz-üzə dayanaraq, sonuncuları sörğu-suala tutmaq hüquqları var.

            Əgər məhkəmə məsuliyyətinə cəlb edilmiş şübhəli şəxsin qaçmaq və ya digər bir cinayət törədə biləcəyi gümanı azdırsa, onda hakimiyyt orqanlarından onları zaminə vermək və ya şərti olaraq, azad etmək tələb olunur. Cəmiyyətin ənənələri və qanunları əsasında müəyyən edildiyi kimi, “dözülməz və qeyri-adi cəza” qadağandır.

            Şəxsləri məcbur etmək olmaz ki, onlar özləri öz əleyhinə şahidlik etsinlər. Öz iradəsinin əleyhinə olaraq özünüittihamın belə qadağan edilməsi mütləq səciyyə daşıçalıdır. Nəticə olaraq, demək lazimdır ki, şübhə altına alınan şəxsə polis heç bir vəch ilə işgəncə verməməli və ya fiziki, yaxud psixoloji təsir göstərməməlidir. Zorla etirafı qadağan edən qanun sistemi melumat əldə etmək üçün polisin əzab vermək, təhdid etmək və ya başqa təzyiq formalarından istifadə etmək niyyətini dərhal puça çıxarır.

            Şəxslər eyni cinayətə görə iki dəfə məsuliyyətə alına bilməzlər. Bu o deməkdir ki, onlar eyni cinayət üçün iki dəfə ittiham oluna bilməzlər. Məhkəmədə işinə baxılan və müqəssir hesab edilmədiyi üçün bəraət alan hüç bir şəxs eyni ittiham üçün bir daha həbs oluna bilməz.

            Təzyiq göstərmək üçün potensial imkanlari olan hakimiyyət orqanlarına “ex pst facto” (geri qanuni gücü olan) qanunlar da qadağan edilir. Bu, fakt baş verdikdən sonra qəbul edilən qərarlardır və o deməkdir ki kimsə, hətta onun icra etdiyi dövrdə qeyri-qanuni hesab edilməyən hərəkətə görə həbsə alına bilməz.

            Müttəhimlərin dövlətin icra etdiyi zorakı hərəkətlərdən də əlavə müdafiə hüquqları var. Məsəslən, Birləşmiş Ştatlarda müttəhimlərin vəkil tutmaq hüququ var və həmin vəkil cinayət prosesinə baxıldığı bütün mərhələlərdə, ittiham edilənləri belə qanuni şəkildə təmsil edənkən, onun vəkil tutmaq hüququ və ya özünüittihamdan yaxa qurtatmaq üçün susub durmaq hüququ da daxil olmaqla, şübhələndiyi şəxsə onun hüquqları olduğu haqqında məlumat verməlidir.

            Tiraniyanın ümumi taktikası hökumətdə müxalifətdə olanları xəyanət ilə ittiham etməkdir. Bu səbəb üzündən vətənə xəyanət cinayəti tərifi çox ehtiyatla elə məhdud edilməlidir ki, ondan hökuməti tənqidin qarşısını almaq üçün silah kimi istifadə olunmasın.

Bu məhdudiyytlərin heç biri əsla o demək deyildir ki, dövlətin müəyyən qanunları həyata keçirmək və cinayətkara cəza vermək səlahiyyəti çatmır. Əksinə, cinayət mühakimə üsulu sistemi demokratik cəmiyyətdə o dərəcədə effektli olmalıdır ki, həmin cəmiyyəti idarə edənlər xalqın nəzərində ədalətli və həm vətəndaşların fərdi hüquqlarının, həm də ictimai mənafelərin keşiyində duran hamilər hesab edilsinlər.

Məhkəmə sədrləri idarəyə ya təyin olunur və ya seçilirlər və öz vəzifələrində ya müəyyən müddət ərzində, ya da ömür boyu işləyirlər. Onlar necə seşilirlərsə-seçilsinlər, ən vacibi budur ki, onlar siyasi hökumət dairələrindən asılı olmamalıdırlar və beləliklə, ozlərinin qərəzsiz və təmənnasız olduqlarını təmin etməlidirlər. Hakimlər hər hansı adi və ya, sadəcə olaraq, siyasi səbəblər üzündən işdən azad edilə bilməzlər. Onlar ciddi cinayətlər törətdikləri və ya qanunu pozduqları üçün ancaq impiçment  (ittiham irəli sürməklə) və qanuncericilik orqanında nəzərdə tutulan rəsmi mühakimə qaydası yolu ilə işdən kənar edilə bilərlər.

 

Konstitusiyalar

Demokratik hökumətin əsas dayaq nöqtəsi onun əsas vəzifə borclarının, məhdudiyyətlərinin, qanun-qaydalarının və qurumlarının rəsmi ifadəsi olan konstitusiyadır. Ölkənin konstitusiyası dövlətin ali qanunudur və baş nazirlərdən tutmuş kəndlilərə qədər, vətəndaşların hamısı onun müddəalarına tabedir. Bir qayda olaraq, yeganə yazılı sənəddə qanuniləşdirilmiş konstitusiya ən azı milli hökumətin hakimiyyət orqanlarını təsis edir, əsas insan hüquqları üçün zəmanət təmin edir və hökumətin əsas hüquqi gücü olan qanun-qaydaları müəyyənləşdirir.

Sürəkli olmasına və monumental keyfiyyətlərinə baxmayaraq, əgər qazinti zamanı tapılan valehedici daş-qaşdan daha qiymətlidirsə, kontitusiyalar dəyişməyə və adaptasiyaya qadir olmalıdır. Dünyanın ən qədim konstitutsiyası olan ABŞ Konstitusiyası 7 yığcam maddədən və 26 düzəlişdən ibarətdir. Bununla belə, bu yazılı sənəd məhkəmə qərarlarının, qanunların, prezidentlərin fəaliyyətlərinin və mənəvi təcrübənin geniş quruluşu üçün elə yeganə bünövrədir ki, keçmiş 200 il ərzində bina edilmiş və ABŞ Konstitusiyasını həyati saxlamışdır.

Konstitusion təkamülün bu nümunəsinə bütün demokratik sistemlərdə təsadüf edilir. Ümumiyyətlə, dövlət kontitusiyasına düzəliş vermək və ya onu dəyişdirmək prosesi haqqında iki fikir məktəbi var. Onlardan biri, bir çox addımlar və geniş çoxluqlar tələb edən çətin qayda-qanunların qəbuludur. Bunun nəticəsində, konstitusiya nadır halda dəyişilir və bu da ancaq ictimaiyyətin əsas müdafiəsinə arxalanan qarşısıalınmaz səbəblərlə bağlı baş verir. Bunun nümunəsi ABŞ Konstitusiyasıdır. ABŞ Konstitusiyası ümumi prinsiplərin, səlahiyyətlərin və hökumətin səlahiyyət müddətlərinin, qayda-qanunların əsas qayələrini sadalamaqla, Hüquqlar Bilində fərdi vətəndaşların əsas hüqularının qısa ifadəsidir.

Bir çox dövlətlərin istifadə etdikləri düzəlişin ən sadə üsulu mövcud qanunvericilik orqanın bəyənməsi ilə həmin düzəlişin qəbul oluna bilməsini və növbəti seçkilərdə səs verənlər tərəfindən onun təsdiq edilməsini təmin etməkdir. Bu yolla dəyişən konstitusiya çox uzunmüddətli ola bilər. Belə konstitusiyaların özünəməxsus müddəaları olur ki, onlar qanunvericiliyin ümumi qurumundan çox az fərqlənir.

Heç bir konstitusiya 20 il əvvək yazılmış Birləş Ştatlar Konstitusiyası kimi 20-ci əsrin sonlarına kimi dəyişmədən yaşaya bilməzdi. Buna müvafiq olaraq, bu gün qüvvədə olan heç bir konstitusiya fərdi hüquqlar prinsiplərinin, işə baxılmasının konstitusion prinsiplərini, hökumətin idarəolunanların razılığı əsasında qurulması qaydalarını gözləsə belə, üzümüzə gələn əsrdə dəyişikliyə qadir olmadan yaşaya bilməyəcək.

Kateqoriya: Demokratiya Haqqında hər şey | Baxılıbв: 645 | Əlavə etdi: Penah8482

Təqvim

«  Aprel 2009  »
BeÇaÇCaCŞB
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Axtarış

Dost saytlar

Statistik


Onlayn: 1
Qonaq: 1
İştirakçılar: 0