Öz ehtiraslarının əsiri olan adam heç vaxt azad ola bilməz. AZ | ENG

Məqalələr

Demokratiya Haqqında [2]
Liberalizm [1]
Demokratiya Haqqında hər şey [9]

Sorğu

Azərbaycanda demokratiya olacağına inanırsınızmı?
Bütün cavablar: 410

Dərsliklər

Baş səhifə » 2009 » Aprel » 27 » Seçkilər
Seçkilər
20:10

Seçkilərin əsas səviyyəsi

Seçkilər demokratik nümayəndəlik nhökumətlərinin mərkəzi qurumudur. Niyə? Çünki demokratiyada hökumətin səlahiyyəti müstəsna olaraq, idarəolunanların razılığından yaranır. Bu razılığı hakimiyyət səlahiyyətinə çevirmək üçün əsas mexanizm azad və ədalətli seçkilər aparmaqdır.

            Müasir demokratiyaların hamısı seçki keçirir, lakin seçkilərin heç də hamısı demokratik deyil. Sağ cinah diktatorluqları, marksist rejimləri və birpartiyalı hökumətlər də öz hakimiyyətlərinə qanunilik görkəmi vermək üçün seçkilər səhnələşdirirlər. Belə seçkilərdə ancaq ya bir namizəd ola bilər, ya da alternativ seçimlər olmadan namizədlər siyahısı ola bilər. Belə seçkilər hər bir idarə üçün bir namizəd təklif edə bilər, lakin təhdid və saxtakarlıq yolu ilə təminat verilir ki, ancaq hökumət bəyəndiyi namizəd seçiləcəkdir. Digər seçkilər həqiqi seçmələr təklif edə bilər, lakin bu ancaq hakim partiya daxilində olmalıdır. Belə seçkilər demokratik seçkilər deyil.

 

Demokratik seçkilər nədir?

            Alim və Birləşmiş Millətlər Təşkilatında Birləşmiş Ştatların sabiq səfiri Cine Kirkpatirk belə bir tərif təklif etmişdir: “Demokratik seçkilər, sadəcə olaraq, simvoli deyil... Onlar rəqabət səciyyəli, vaxtaşırı, əlavəetmə, fərqləndirmə seçkiləridir ki, bu seçkilərdə hökumətin baş qanun yaradanlarını hökuməti geniş və azad şəkildə tənqid etmək, bu tənqidi çap etdirmək və alternativlər təqdim etmək haqqı olan vətəndaşlar seçirlər.”

            Kirkpatrikin meyarları nə deməkdir? Demokratik seçkilər rəqabət səciyyəlidir. Müxalifətdə olan partiyalar və namizədlər söz azadlığı, toplantı və hərəkat azadlığından zəruri şəkildə istifadə edə bilməlidirlər ki, özlərinin hökumətə tənqidi münasibətlərini açıq şəkildə ifadə edərək, alternativ siyasət yürüdüb, seçicilərə namizədlər irəli sürsünlər. Müxalifətə, sadəcə olaraq, seçki bülletenlərinə yaxınlaşmaq icazəsi kifayət deyil. Müxalifətin radio və televiziya hava dalğalarından kənar edildiyi, onun kütləvi mitinqlərinin qarşısı alındığı, qəzetlərinə senzura qoyulduğu seçkilər demokratik deyil.Hakimiyyətdə olan partiya öz vəzifə imkanı üstünlüklərindən istifadə edə bilər, lakin səsvermə mübarizəsi qaydaları və onun aparılması ədalətli olmalıdır.

            Demokratik seçkilər vaxtasırıdır. Demokratiyalar diktatorları və ya prezidentləri ömürlük seçmir. Seçilmiş rəsmi dövlət xadimləri xalq qarşısında məsulyyət daşımalıdırlar və müəyyən edilmiş müddətdən sonra onlar seçiçilərə üz tutmalı və dövlət idarəsində öz vəzifələrini davam etdirmək üçün onların mandatlarını almağa çalışmalıdırlar. Bu o deməkdir ki, demokratiyada rəsmi seçilmiş şəxslər onlara səs verilməklə tutduqları vəzifəsən kənar olunmaq riskini də göz önünə gətirməlidirlər. Yeganə istisnanı məhkəmələr təşkil edir ki, onlar xalqın təzyiqindən təcrid olunmaq və onların bitərəfolduqları faktına kömək üçün ömürlük təyin edilə bilərlər və ancaq özlərini ciddi şəkildə yaramaz apardıqları halda, vəzifələrindən kənar edilə bilərlər.

            Demokratik seçkilər əlavəetmə səciyyəlidir. Yaşlı adamların geniş qismini əlavə etmək üçün vətəndaşın və seçicinin tərifi kifayət qədər geniş olmalıdır. Kiçik, müstəsna qrupun seçdiyi hökumət onun daxili fəaliyyətinin demokratik şəkildə necə təzahür etməsindən asılı olmayaraq, demokratik deyil. Demokratiyanın tarix boyu böyük dramlarından biri irqi, etnik və dini azlıqlar və ya qadınlar olub-olmamağından asılı olmayaraq, kənarlaşdırılmış qrupların tam vətəndaşlıq hüququ qazanmaq və beləliklə, sesvermək hüququ və hakimiyyətdə iştirak edə bilmək hüququ qazanmaq üçün mübarizə olub. Məsələn, Birləşmiş Ştatlarda 1787-ci ildə Konstitusiya imzalanarkən, ancaq mülkiyyət sahibi olan ağdərili kişilər seçib-seçilmək hüququna malik idilər. Mülkiyyətin əsas götürülməsi 19-cu əsrin əvvəlləərindən aradan qaldırıldı, qadınlar isə ancaq 1920-ci ildə səsvermə hüququ qazandılar. Bununla belə, Birləşmiş Ştatların Cənubunda 1960-ci ilərin mülki hüquqlar hərəkatına qədər qaradərili amerikalıların tam səsvermə hüquqları yox idi. Və, nəhayət 1971-ci ildə Birləşmiş Ştatlar səsvermə yaşını 21-dən 18 yaşa qədər endirdikdə. Nisbətən gənc vətəndaşlar da səsvermə hüququ qazandılar.

            Demokratik seçkilər fərqləndirmə səciyyəlidir. Hökumətin rəhbərlikedici funksiyasını seçkilər müəyyənləşdirir. Qanunlara və konstitusiyaya tabe olan və xalqın seçdiyi nümayəndələr hakimiyyəti öz əllərinə alırlar. Onlar, sadecə olaraq, ancaq kağız üzərindəki başçı və simvolik rəhbərlər deyillər.

            Nəhayət, demokratik seçkilər namizdlərin seçimələri ilə məhdudlaşmır. Seçıcılər qarşısında da referendum və ya səsvermə bülletinində yerləşdirilmiş qanunvericilik vəsatəti ilə müstəqim şəkildə siyasi məsələləri həll etmək tələbi qoyula bilər. Məsələn, Birləşmiş Ştatlarda ştat qanunvericilik orqanları qərara gələ bilər ki, hər hansı bir məsələ haqqında seçicilərdən məlumat alsın və ya həmin məsələni bilavasitə seçicilər qarşısında qoysun. Vəsatət hallarında seçicilərin özləri yazılı şəkildə müəyyən edilmiş sayda imzalar toplaya bilərlər (adətən, həmin ştatda qeydə alınmış seçicilərin sayına nisbət əsasında) və hətta ştat qanunvericilik orqanı və qubernator etiraz etsə belə, tələb edə bilərlər ki, məsələ növbəti bülletenə salınsın. Kaliforniya kimi ştatda seçicilər hər dəfə səs verərkən, ətraf mühitin zibillənməsindən tutmuş avtomobil sığorta qiymətlərinə qədər, onlarla qanunvericilik vəsatət məsələrləri irəli sürülər.

 

Demokratik etika və loyal müxalifət

            Demokratiya çox vacib bir müstəsna hal ilə səmimiyyət və məsuliyyət əsasında çiçəklənir; bu müstəsna hal isə onun özünün səsvermə aktıdır. Azad bülletini qutuya atmaq və təhdid imkanlarını minimuma endirmək üçün demokratiyada seçicilərə icazə verilməlidir ki, onlar öz bülletenlərini qutuya gizli şəkildə atsınlar. Eniya zamanda bütün bülleten qutulularının saxlanılması və səslərin sayılması imkan olduğu qədər açıq olmalıdır ki, vətəndaşlar, həqiqətən, nəticənin səliqəli çıxarıldığına və hökumətin, həqiqətən, onların “razılığına” əsaslandığına əmin olsunlar.

            Qəbul edilməsi ən çətin olan ideyaların biri, xüsusən, hakimiyyətin əvəz olunması silah gücünə baş verən dövlətlərdə, “loyal müxalifətdir.” Bununla belə, bu ideya həyati ideyadır. Mahiyyət etibarı ilə bu o deməkdir ki, demokratiyada bütün sahələr onun əsas dəyərinə münasibətdə vəzifələrin hamısını bölüşdürür. Siyasi rəqiblərin bir-birinə müsbət münasibət bəsləməsi zəruri deyil, lakin onların hər biri digərinə dözməlidir. Və etiraf etməlidir ki, onlardan hər birini qanuni və vacib olduğu rol oynamaq hüquqi var. Bundan əlavə cəmiyyətin əsas hakimiyyət normaları ictimai müzakirədə dözümlüyü və nəzakəti təqdir etməlidir. Seçkilər qurtardıqdan sonra uduzanlar seçicilərin hökmünü qəbul edirlər.  Əgər iqtidarda olan partiya uduzursa onda o hakimiyyətdən könüllü şəkildə imtina edir. Kimin qalib gəldiyindən asılı olmayaraq, cəmiyyətin ümumi problemlərini həll etməkdə hər iki tərəf əməkdaşlıq etməyə razılaşır. Belə bir şəraitdə seçkilərdə uduzduqları üçün artıq siyasi müxalifətdə olanlar bilirlər ki, onlar öz həyatlarından məhrum edilmirlər və həbs olunmurlar. Əksinə bir və ya bir neçə partiyadan ibarət olan müxalifət ictimai həyatda fəaliyyətini davam etdirə bilər. Belə halda, o dərk edir ki, hər bir demokratiyada onun oynadığı rol onun öz adına layiq olmalıdır. Onların hökümətin özünə məxsus siyasətinə qarşı royal deyil, dövlərin əsas qanuniliyinə və demokratik prosesin özünün -özünə qarşı loyal olurlar. Növbəti seçkilər başlayan kimi müxalifətdə olan partiyalar, hakimiyyət uğurunda rəqabət üçün yeni imkan əldə edirlər. Əlavə olaraq hökumətə layiq olaraq məhdud olduğu, lakin plüralizmə sadiq bir cəmiyyət seçkilərdə uduzanlara hökumətdən kənarda ictimai xidmət üçün alternativlər təqdim edir. Səs vermənin nəticələri əsasında məğlubiyyətə uğrayanlar formal müxalifət partiyası kimi fəaliyyətini davam etdirməyi seçə bilər, lakin onlar, eyni zamanda, qərar qəbul edərlər ki, ictimai-siyasət məsələləri ilə bağlı olan bir çox özəl təşkilatlardan birinə birləşmək, öyrətmək və yazmaq yolu ilə daha geniş siyasi proiseslərdə iştirtal etsinlər. Hər-halda, demokratik seçkiklər ölməyib, sağ qalmaq uğurunda deyilı rəqabətə xidmət uğurunda mübarizədir.

Kateqoriya: Demokratiya Haqqında hər şey | Baxılıbв: 849 | Əlavə etdi: Penah8482

Təqvim

«  Aprel 2009  »
BeÇaÇCaCŞB
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Axtarış

Dost saytlar

Statistik


Onlayn: 1
Qonaq: 1
İştirakçılar: 0