İcma Əlaqələri Proqramı nədir?
İcma Əlaqələri Proqramının tarixçəsi
İcma Əlaqələri Birləşmiş Ştatlar və keçmiş Sovetlər Birliyi
ölkələri arasında uzun müddət fəaliyyət göstərən ən böyük mübadilə və
təlim proqramlarından biridir. Hal-hazırda 11 ölkədə fəaliyyət göstərir
və təkcə Rusiyada proqramın 5000-dən çox məzunu vardır. · 1994-cü
il. Proqram Dövlət Departamentində "Rusiya üçün iş" kimi başlayır.
Proqramın ilk iki ili ərzində 1300 Rusiya sahibkarı səfərbər edilir. · 1996-cı il. Proqramın adı dəyişib İcma Birlikləri oldu, buraya peşəkar qruplar, Moldova və Ukrayna əlavə edildi. · 1997-ci il. Belarus, Gürcüstan, Ermənistan proqrama qoşuldu. · 2005-ci il. Artıq bu proqramda 10.000- dən çox məzun iştirak edirdi və bunun da yarısından çoxu Rusiyadan olanlar idi. · 2005-ci il. Proqram Dövlət Departamentindən USAID rəhbərliyinə verildi və Avrasiyadan yeni ölkələr əlavə olundu. · 2005-ci il. World Learning və Project Harmony-nin subpodratçıları, ACIE və CSED proqramı mükafatlandırdılar. Project Harmony ilk USAID İcma Əlaqələri qrupunu toplamağı başa çatdırır: · 28 fevral 2006-cı il. Rusiya qrupu Filadelfiya, Pensilvaniyaya səfər edir. · 14 mart 2006-cı il. Gürcüstan qrupu Çikaqoya, İllinoysa səfər edir. · 19 aprel 2006-cı il. Azərbaycan qrupu Detroyta, Miçiqana səfər edir. · 25 aprel 2006-cı il. Ermənistan qrupu Kembricə, Massaçusetsə səfər edir. · 12 iyul 2006-cı il. Ukrayna qrupu Şarlott, Şimali Karolinaya səfər edir.
Proqram icmalı və məqsədləri
İcma Əlaqələri Proqramı 2005-ci ildə başlayıb, USAİD tərəfindən 5
ildir ki, maliyyələşdirilən və keçmiş Sovetlər Birliyindən olan
sahibkarlar, yerli dövlət məmurları, hüquq mütəxəssisləri,
qeyri-hökumət təşkilatları rəhbərləri və digər mütəxəssislər üçün
ABŞ-da ev şəraitində qalmaqla 3-5 həftəlik praktik təlim imkanları
təklif edən proqramdır. Əvvəllər Təhsil və Mədəni Əlaqələr üzrə
Dövlət Departamenti Bürosu tərəfindən idarə edilən və indi USAİD-də
Avropa və Avrasiya üzrə Büro vasitəsilə maliyyələşdirilən İcma
Əlaqələri Proqramı iştirakçılar, ABŞ-dan olan ailələr, yerli icmanı
qəbul edən təşkilatlar arasında mədəni fikirlər və dəyərlərin
mübadiləsi vasitəsilə ictimai diplomatiyanı irəlilətmək üçün
hazırlanmışdır. İcma Əlaqələri proqramının məqsədi: · İştirakçıları professional təlim ilə təmin etmək və azad bazar sisteminin gündəlik fəaliyyətinə təsir; · Özəl
sektoru və dövlət iştirakçılarını ABŞ səfərlərinə daxil etməklə Avropa
/Avrasiyada ictimai-özəl tərəfdaşlığa təkan vermək; · ABŞ və Avropa /Avrasiya regionları və icmaları arasında əlaqə yaratmaq . Peşəkarlar
müəyyən mövzular ilə Azərbaycandan seçilirlər. Bu seçimin arxasında
duran məqsəd öz sahəsinə görə ekspert olan və öz sahələrində edilən işi
təkmilləşdirmək üçün sektorlarda birgə çalışa bilənlərin komandasını
yığmaqdır. İcma Əlaqələri səciyyəvi olaraq qeyri-kommersiya inkişafı,
qadın hüquqları, yoxsulluğun aradan qaldırılması, əlil hüquqları, digər
sosial və inkişaf sektorlarında seçim aparır. Hər bir İcma
Əlaqələri qrupu əhəmiyyətli sabitlik üçün çalışarkən problem həllinə
daha effektiv yanaşa bilən yerli komandanı formalaşdıran özəl, dövlət,
qeyri-kommersiya sektorunun üzvlərindən, o cümlədən mediadan ibarətdir.
Əvvəlki təlimlərdə olmuş məzunlar qeyri-hökumət təşkilatlarının əsasını
qoymaqda, təlim proqramlarını genişləndirməkdə, sosial layihələr üçün
təqaüdlər almaqda və digər böyük müvəffəqiyyətlərə davam edirlər.
Seçim Mərhələləri Proqram
iştirakçıları açıq və şəffaf müsabiqə yolu ilə seçililər. Proqramın
başlanğıcında İcma Əlaqələrinin əməkdaşları, seçimin aparılacağı
regionlarda maraqlanan şəxslər üçün təqdimat mərasimləri və
məsləhətləşmələr keçirəcəklər. Təqdimatlar və məsləhətləşmələrin
keçirləcəyi dəqiq yer və vaxt haqqında ətraflı məlumatı Proqramın daim
yeniləşən saytından ala bilərsiniz. Müraciət formaları da həmçinin
göstərilən internet saytından əldə oluna bilər. Doldurulmuş müraciət
formalarını və zəmanət məktublarını Procekt Harmoni Təşkilatının
Bakıdakı ofisinə birbaşa və ya poçt vasitəsilə çatdırılmalıdır. İcma
Əlaqələri Proqramının iştirakçıları müəyyən mövzular ilə müsabiqə
əsasında seçilirlər. Mübadilədə iştirak üçün müraciət edən şəxs: · Yeni bilik və ideyalarla maraqlanmalı; · Yolayovuq və həvəskar olmalı; · Açıq zehnli və ünsiyyətcil olmalı; · Proqramda iştirak üçün niyyətini nümayiş etdirməli. Qeyd: Biznes qrupunda iştirak edəcək şəxslər mütləq ingilis dilini bilməlidirlər
Əsas Tələblər:
· Azərbaycan vətəndaşı olmalı; · Qərarverici, idarəedici vəzifə sahibi olmalı (müdir, baş mütəxəssis, şöbə müdiri); · Ən azı iki il iş təcrübəsi olmalı.
Müraciət formalarına baxış və müsahibələr:
Seçim Şurası Procekt Harmoni Təşkilatının Bakı Ofisinə poçt
vasitəsilə və ya birbaşa daxil olmuş bütün müraciət formalarına və
zəmanət formalarına baxış keçirir. Biznes qrupları üçün ingilis
dilindən testdə ən yaxşı nəticələr nümayiş etdirən iştirakçılar növbəti
mərhələyə keçid alırlar. Yalnız yarım-finalistlər müsahibələrə dəvət
olunurlar.
|