AZ | ENG

Demokratiya humanitar yardım deyil! Andreas Qross

Sorğu

Azərbaycanda demokratiya olacağına inanırsınızmı?
Bütün cavablar: 410

Demokratiya haqqında məqalələr


Videolarımız

Dalğa Gənclər Hərəkatı - 3 illik hesabat

                             

IFRLY-nin rehberi xanım Paola Silvanın Dalğa Gənclər Hərəkatına salamları

                             

Digər videolar >>>

Haqqımızda

Layihənin məqsəd və vəzifələri

“Demokratiiya məktəbi” layihəsinin Azərbaycanın aktiv gənclər hərəkatılarından biri olan Dalğa Gənclər Hərəkatı həyata keçirir. Layihə çərçivəsində “Demokratiya məktəbi”nin təsis olunması, bu məktəbin tərkibində demokratiyanın tədris edilməsi, demokratik vətəndaşlıq mövzularında kursların təşkil olunması, kurs iştirakçıları üçün dərs vəsaitləri hazırlanması nəzərdə tutulur. Eləcə də, kurs iştirakçılarının şəbəkəsinin yaradılması da layihədə əksini tapır. Gənclər arasında demokratiya haqqında kütləvi maarifləndirməni həyata keçirmək üçün qəzet əlavəsinin və web-saytın yaradılması planlaşdırılır. 12 ay müddətində davam edəcək layihə Bakı şəhərində reallaşacaq. Layihəni ABŞ-ın “Demokratiyaya Yardım Fondu” (NED) maliyyəıləşdirir. Ümumilikdə layihənin məqsədi Azərbaycan gəncliyinə demokratiya konsepsiyasını izah etmək, onun dəyərlərini yaymaq və demokratik vətəndaşlıq üzrə maarifləndirməni həyata keçirməkdir. Xüsusi məqsədlər aşağıdakılardır: 1. Gəncləri demokratiya və demokratik vətəndaşlıq üzrə maarifləndirmək və məlumatlandırmaq üçün tədris və təşviqat fəaliyyətləri həyata keçirmək; 2. Tədrisin sistemli həyata keçirilməsi üçün xüsusi kitabın çap olunması ilə yanaşı, digər tədris vəsaitlərinin də toplanması; 3. Demokratiya və demokratik vətəndaşlıq mövzusunda maarifləndirmənin aparılması üçün hər qrupda 25 nəfər olmaqla, 100 gəncin seçilməsi; 4. Layihənin davamlılığını təmin etmək üçün insan haqları və demokratiya ixtisasları üzrə xüsusi aktiv gənclər qruplarını formalaşdırmaq; 5. Gənclər arasında demokratiya mövzusunda bilikləri yaymaq üçün yaradılacaq forumda və “yahoogroup”da mütəmadi müzakirələr aparmaq. Layihə 2 əsas və 4 alt mərhələdən ibarət olub, aşağıdakı fəaliyyətlərin icrasını əhatə edir; • Gənclər və “multiplier” üçün kurs, seminar və internaların təşkili; • Kitab, qəzet, məqalə və posterlərin hazırlanması; • Web-saytın hazırlanması; • Aktivist qrupları, şəbəkə və debat klubunun təsis edilməsi;

Fəxri müəllimlər

Demokratiya məktəbinin fəxri müəllimləri

1. Enn Dersi - ABŞ-ım Azərbaycanda səfiri

2. Erkin Qədirli - hüquqşünas

3. Hikmət Hacızadə - politoloq

4. Rasim Musabəyov - politoloq

5. Zərdüşt Əlizadə - politoloq

6. Leyla Yunus - Sülh və Demokratiya İnstitutunun rəhbəri

7. Novella Cəfəroğlu - Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri

8. Arzu Abdullayeva - Helsinki Vətəndaş Assambleyasının rəhbəri

9. Eldar Namazov - Azərbaycan Naminə İctimai Formun rəhbəri

10. Jack Jones - İRİ Azərbaycan üzrə direktoru

11. Ülvi İsmayıl - İctimai siyasət üzrə analitik

12. Asim Mollazadə - millət vəkili

13. Nəsib Nəsibli - millət vəkili

14. İsa Qənbər - Müsavat Partiyasının başqanı

15. Şahvələd Cobanoğlu - “Gündəlik Azərbaycan” qəzetini şef redaktoru

16. İsaxan Aşurov - vəkil

17. Gülər Əhmədova - millət vəkili

18. İnnqrid Angela Qössinger - Avropa evinin Azərbaycan koordinatoru

19. Elcan Məmmədov - kino ssenarist

20. Sərdar Mahmudlu - sosioloq

21. Ağalar Məmmədov - filosof

22. Nəriman Qasımoğlu - teoloq

23. Xəqani Həsənov - filosof

24. Səməd Seyidov - millət vəkili

25. Kamal Abdulla - Azərbaycan Slavyan Universitetinin rekotoru

26. Əvəz Həsənov - hüquq müdafiəçisi

27. Firudin Allahverdi - bəstəkar

28. Qubad İbadoğlu - İqtisadisatçı

29. Zahir Əzəmət - “Alma” qəzetinin şef redaktoru

30. Emin Milli - politoloq

31. Pənah Hüseyn - millət vəkili

32. İlqar Məmmədov - politoloq

33. Mətanət Əzizova - Qadın Krizis Mərkəzinin rəhbəri

34. Aynur Camalqızı - millət vəkili

35. Ramazan Taşdurmaz - İstanbul Universitetinin keçmiş rektoru

36. Xaləddin İbrahimli - Azərbaycan Universitetnin prorektoru

Üstünlüklər
Demokratiya məktəbinin dərsləri Baloniya sisteminə uyğun olacaq. Tələbələr seçdiyi dərslər üzrə bilik əldə edəcəklər. Onlara verilən diplomun üzərində onların keçdiyi dərslər və dərsləri vermiş müəllimlərin adları öz əksini tapacaq. Həmcinin diplomun üzərində ABŞ səfirliyi, İRİ, NED, NDİ, USAİD, Dalğa Gənclər Hərəkatı, Avropa Evi, Avropa Şurası, ATƏT, NATO, Far Centre, SOROS, Avrasiya Fondu, Norveç səfirliyi, Links, Sülh və Demokratiya İnstitutu, Helsinki Vətəndaş Assambleyası, Transparency İnternational və Böyük Britaniya səfirliyinin rəyi öz əksini tapacaq.

   Qaynar Xəbərlər

Təqvim

«  Noyabr 2024  »
BeÇaÇCaCŞB
    123
45678910
11121314151617
18192021222324
252627282930

Axtarış

Dost saytlar

Statistika


Onlayn: 2
Qonaq: 2
İştirakçılar: 0
Azerinter.net - Saytlar Reytinqi Sistemi