AZ | ENG


Məqalələr

Beynəlxalq və yerli təşkilat [13]

Sorğu

Azərbaycanda demokratiya olacağına inanırsınızmı?
Bütün cavablar: 410

Beynəlxalq və yerli təşkilatlar

Baş səhifə » Məqalələr

Kataloqda olan məqalələr: 13
Baxılan məqalələr: 1-10
Səhifələr: 1 2 »

Milli Demokratiya İnstitutu

Beynəlxalq əlaqələri olan Milli Demokratiya İnstitutu (MDI) qeyri-kommersiya təşkilatıdır. Bütün dünyada demokratiyanın genişlənməsi və güclənməsi üçün çalıır. Öz qlobal ekspert könüllüləri vasitəsilə MDI) demokratik dəyərlərə önəm verən vətəndaşlara və siyasi liderlərə yardım edir. NDI həmçinin siyasi təşkilatlara qrantlar ayırır ki, vətəndaşlara öz hüquqlarıyla bağlı bilgilər versin və vətəndaş cəmiyyətinin qurulmasında iştiraklarını təmin etmək üçün layihələr həyata keçirsinlər.


Beynəlxalq təşkilatlar | Baxılıb: 692 | Endirilib: 0 | Əlavə etdi: Penah | Vaxt: 03.12.2008

USAİD

Amerika Birləşmiş Ştatları (ABŞ) uzun illər boyu xarici ölkələrdə daha yaxşı həyat sürməyə, fəlakətin nəticələrini aradan qaldırmağa, azad və demokratik ölkədə yaşamağa can atan insanlara yardım əli uzadıb.
ABŞ-ın xarici ölkələrə yardımı daim onun xarici siyasət maraqlarına xidmət edib. Bu maraqlar həm demokratiyanı və azad bazarları genişləndirmək, həm də inkişaf etməkdə olan ölkələrin vətəndaşlarının həyat səviyyəsini yaxşılaşdırmaqdan ibarətdir. USAİD bu məqsədlərə nail olmaq üçün bütün dünyada fəaliyyət göstərir.


Beynəlxalq təşkilatlar | Baxılıb: 670 | Endirilib: 0 | Əlavə etdi: Penah | Vaxt: 03.12.2008

Avrasiya Fondu

«Biz inanırıq ki, vətəndaşların və səlahiyyətli təşkilatların cəlb edilməsiylə insanlar vətəndaşlıq hüquqlarının və iqtisadiyyatın inkişafı üçün özlərində nəsuliyyət daşıyırlar. Qarşılıqlı hörmətə əsaslanaraq bizim proqramımızı vətəndaşlar təchiz edir və bunun nəticəsində onlar öz cəmiyyətlərindəki mövqelərini təyin etməyə müvəffəq olurlar». Bu tezisin müəllifi Avrasiya Fondudur (AF). Fond öz fəaliyyətində məhz bu prinsiplərə söykənir.
Avrasiya Fondu - məxfi idarə olunan qeyri - kommersiya təşkilatıdır. Beynəlxalq əlaqələrin inkişafı üçün Birləşmiş Ştatlar və başqa ictimai təşkilatlar tərəfindən dəstəklənir.
1992-ci ildən Fond Əfqanıstanda, Ermənistanda, Azərbaycanda, Belarusda, Gürcüstanda, Qazaxıstanda, Moldovada, Rusiyada, Tacikistanda, Türkmənistnda, Ukraynada və Özbəkistanda ümumi dəyəri 360 milyon dollardan çox olan 8000 qrant layihəsi həyata keçirib.

Beynəlxalq təşkilatlar | Baxılıb: 670 | Endirilib: 0 | Əlavə etdi: Penah | Vaxt: 03.12.2008

Korrupsiyaya qarşı Transparensy İnternational var!

Dünyada qlobal vətəndaş institutu kimi fəaliyyət göstərən Beynəlxalq Şəffaflıq Təşkilatı (Transparensy İnternational) korrupsiyaya qarşı mübarizə aparır və bütün dünyada korrupsiyanın insanların üzərində olan dağıdıcı təsirinə son qoymağa çalışır.
Dünyanı korrupsiyadan azad edərək dəyişdirmək Transparensy İnternationalın başlıca vəzifəsidir.
1993-cü ildə təsis edilən Transparensy İnternational fəaliyyətə başladığı vaxtdan antikorrupsiya hərəkatına təkan verərək milyonlarla insanın hayatının yaxşılaşdırılmasında mühüm rol oynayıb.


Beynəlxalq təşkilatlar | Baxılıb: 669 | Endirilib: 0 | Əlavə etdi: Penah | Vaxt: 03.12.2008

Dünyanın hər yerində ABACEELI

Amerika Hüquqşunaslar Assosiasiyası dünən və bu gün…                                          

ABACEELİ (Amerika Hüquqşunaslar Assosiyasiyası) öz hüquqi norma proqramlarını Azərbaycanda 1999 - cu ildən həyata keçirməyə başlayıb və 2003-cü ildə Mülki Hüquq İslahatları proqramını yaradıb. Nəticədə Azərbaycanda müxtəlif hüquqi islahatlar başladı və səriştəli, bacarıqlı vəkillərin daha da təkmilləşməsinə start verildi. ABACEELİ-nin Azərbaycandakı fəaliyyətinə nəzər salarkən aydın olur ki, o, cəmiyyətin öz hüquqlarını dərk etməsi, bilməsi üçün hüquqi təhsilin, maarifləndirmənin keyfiyyətini yüksəldir, məhkəmə üzvlərinin fəaliyyətində şəffaflığı və məsuliyyəti gücləndirmək üçün maarifləndirmə işləri aparır.


Beynəlxalq təşkilatlar | Baxılıb: 917 | Endirilib: 0 | Əlavə etdi: Penah | Vaxt: 03.12.2008

Tanış olun: bu, İFES-dir!
        
İFES  (Beynəlxalq Seçki Sistemləri Fondu) dünyanın müxtəlif ölkələrində demokratiyanın inkişafı üçün çalışan qeyri-kommersiya təşkilatıdır. Bu beynəlxalq təşkilat fəaliyyət göstərdiyi ölkələrdə seçkilər zamanı aktiv şəkildə iştirak edir, seçkilərin demokratik keçməsi üçün həmin ölkələrə məsləhətlər verir, saxtalaşdırılma hallarının qarşısını almaq üçün texniki yardım göstərir.
Öz fəaliyyətində bitərəf mövqeyi ilə seçilən İFES müxtəlif layihələr həyat keçirir.


Beynəlxalq təşkilatlar | Baxılıb: 643 | Endirilib: 0 | Əlavə etdi: Penah | Vaxt: 03.12.2008

Internews

Internews Network bütün dünyada açıq kütləvi informasiya vasitələrinin inkişafına yardım edən beynəlxalq humanitar təşkilatdır. Bu təşkilat demokratiyanın yenicə meydana gəldiyi ölkələrdə müstəqil kütləvi informasiya vasitələrinə dəstək məqsədi ilə yenilikçi radio və televiziya proqramları hazırlayır, mətbuata yardım göstərir, habelə ölkə daxilində və ölkələrarası münaqişələrin azaldılması üçün açıq internet sistemini xüsusi vasitə kimi inkişaf etdirir. Təşkilat, baş qərargahı ABŞ-ın Kaliforniya ştatının Arkata şəhərində yerləşməklə, dünyanın 30 ölkəsində fəaliyyət göstərməkdədir.


Beynəlxalq təşkilatlar | Baxılıb: 740 | Endirilib: 0 | Əlavə etdi: Penah | Vaxt: 03.12.2008

Tanış olun: bu  IREX-dir!

IREX dünyanın bir çox  ölkəsində fəaliyyət göstərən qeyri-kommersiya təşkilatı olub, liderlik və innovasiya proqramlarının əsas təminatçılarından biri sayılır. Təşkilat həmçinin təhsilin keyfiyyətinin yaxşılaşdırılması, müstəqil mətbuatın inkişaf etdirilməsi, vətəndaş cəmiyyətində plüralizmin inkişafı istiqamətində fəaliyyət göstərir.
1968-ci ildə yaradılan IREX illik 50 milyon dollarlıq büdcəyə və bütün dünyada fəaliyyət göstərən 400-dən artıq peşəkar işçiyə malikdir.


Beynəlxalq təşkilatlar | Baxılıb: 1140 | Endirilib: 0 | Əlavə etdi: Penah | Vaxt: 03.12.2008

Beynəlxalq Böhran Qrupu

Beynəlxalq Böhran Qrupu (BBQ) müstəqil və heç bir kommersiya marağı olmayan beynəlxalq təşkilatdır. BBQ öz professional kollektivi ilə dünyanın 5 qitəsində fəaliyyət göstərir. Təşkilatın əsas məqsədi konfliktlər barəsində əvvəlcədən proqnozlar hazırlamaq və onların qarşısının alınması üçün tövsiyələr vermək, fəaliyyət göstərməkdir.

Beynəlxalq təşkilatlar | Baxılıb: 678 | Endirilib: 0 | Əlavə etdi: Penah | Vaxt: 03.12.2008

Açıq Cəmiyyət İnstitutu (Soros Fondu)

Milli Soros fondları 1984-cü ildən başlayaraq, xeyriyyə təşkilatları kimi fəaliyyət göstərir. Açıq Cəmiyyət İnstitutu (ACİ) şəbəkəsi isə 1993-cü ildə yaradılıb. Bu şəbəkə Mərkəzi və Şərqi Avropa ölkələrinə, eləcə də yeni müstəqillik qazanmış postsovet dövlətlərinə sosializm sistemindən yeni sistemə keçid prosesində yardım göstərmək məqsədilə qurulub. Bundan başqa, ACİ şəbəkəsi Afrikanın, Latın Amerikasının, Asiya və Amerikanın bəzi ölkələrində də milli fondlara malikdir. Hazırda bu quruluş dünyanın 50-dən çox ölkəsində fəaliyyət göstərir.

Beynəlxalq təşkilatlar | Baxılıb: 777 | Endirilib: 0 | Əlavə etdi: Penah | Vaxt: 03.12.2008

1-10 11-13

Axtarış

Dost saytlar

Statistika


Onlayn: 1
Qonaq: 1
İştirakçılar: 0