Korrupsiyaya qarşı Transparensy İnternational var!
Dünyada qlobal vətəndaş institutu kimi fəaliyyət göstərən Beynəlxalq
Şəffaflıq Təşkilatı (Transparensy İnternational) korrupsiyaya qarşı
mübarizə aparır və bütün dünyada korrupsiyanın insanların üzərində olan
dağıdıcı təsirinə son qoymağa çalışır. Dünyanı korrupsiyadan azad edərək dəyişdirmək Transparensy İnternationalın başlıca vəzifəsidir. 1993-cü
ildə təsis edilən Transparensy İnternational fəaliyyətə başladığı
vaxtdan antikorrupsiya hərəkatına təkan verərək milyonlarla insanın
hayatının yaxşılaşdırılmasında mühüm rol oynayıb. Transparensy
İnternational qlobal şəbəkədir, hansı ki, dünyanın 90-dan çox ölkəsində
təsis edilib və milli əsaslarla təşəkkül tapıb. Bu özüllər seçkilərdə
şəffaflığı yaratmaq üçün yerli hakimiyyət dairələrində, vətəndaş
cəmiyyətlərində, biznesdə və s. sahələrdə sülh və barışdırıcı mövqedən
çıxış edirlər. Siyasi tərəfi olmayan, bitərəf Transparensy
İnternational güman edilən korrupsiyaya qarşı tez fəaliyyətə başlayır
və bunun üçün əlverişli vəziyyət gözləyir. Transparensy İnternational
qlobal və regional təşəbbüslə tam şəkildə korrupsiyayla mübarizə
aparmaq üçün lazımi səriştəyə, təcrübəyə, eksperzitaya və geniş
fəalliyyətə malikdir.
Korrupsiya nədir?
Korrupsiya hakim (səlahiyyətli) tərəfin şəxsi mənfəəti üçün
səlahiyyətlərindən sui-istifadə etməsidir. Bu, səlahiyyətli şəxsdən
asılı olan insanların həyatına və xoşbəxtliyinə zərər vuracaq qədər
ciddi problemdir. Korrupsiyayla mübarizənin əhəmiyyəti nədədir?
Məsələ burasındadır ki, korrupsiyanın mövcudluğu hər bir sıravi insanın
həyatını zərbə altında qoyur. Ata bəzən ayaqqabısız keçinməlidir, çünki
onun cuzi maaşı uşaqlarını oxutmaq üçün rüşvətə sərf olunur. Heç
nədən şübhələnməyən xəstə adam saxta, zərərli narkotik alaraq öz
sağlamlığını ciddi təhlükə altına qoyur. Kiçik mağaza sahibi hər həftə
yerli inspektora rüşvət verərək, öz gəlirini azaldır. Deməli,
korrupsiyaya qarşı mübarizə həm də insanların rifah halını
yaxşılaşdırmaq uğrunda mübarizədir! Zamanla korrupsiyanın başqa
qolları da üzə çıxır: inkişaf etmiş milli korporasiya qanunsuz
müqavilələr vasitəsilə qanuni yolla fəliyyət göstərən təşkilatların
hesabına gəlir əldə edir. Korrupsiya milyonlarla insanı kasıblığa və əzab - əziyyətə düçar edərək, sosial, iqtisadi və siyasi gərginlik yaradır. - Korrupsiya kasıblığa yol açan ən əsas səbəbdir; - Korrupsiya insanların yaşaması üçün sərf olunacaq gəlirləri mənimsəyərək rüşvətə çevirir; - Korrupsiyanın kök saldığı yerdə insanların hüquqları tapdalanır; - Korrupsiya milli və beynəlxalq biznesin inkişafına əngəllər yaradır; - Korrupsiya özəl sektoru təhlükə altına qoyur; - Korrupsiya təbii sərvətlərin daxili və xarici təhlükəsizliyinə mənfi təsir göstərir; - Korrupsiya gender bərabərsizliyinin sistematik şəkildə pozulmasına yol açır. Korrupsiyanın
siyasi tərəfi də var: hər hansı seçkidə səslər rüşvətlə alına bilər, bu
da cəmiyyətdə demokratik dəyərlərin pozulması, tapdanmasıdır. Məhz bu
problemləri aradan qaldırmaq üçün Transparensy İnternationl fəaliyyət
göstərir.
Transparensy Azərbaycan haqqında
Transparensy İnternational bir müddət əvvəl Azərbaycanda öz ofisini
açıb və fəaliyyətini bu gün də davam etdirir. Azərbaycan korrupsiyanın
ən çox yayıldığı ölkələrdən biridir. Ölkədəki bu problemin aradan
qaldırılmasında ən çox çalışan təşkilat Transparensy İnternationaldır.
Azərbaycanda korrupsiyanın aradan qaldırılmsı məqsədi ilə Transparensy
İnternational Milli Antikorrupsiya Resurs Mərkəzini (Transparensy
Azərbaycan) yaradıb. Milli Antikorrupsiya Resurs Mərkəzi Azərbaycanda
ictimaiyyəti korrupsiyanın yüksək səviyyəsi və onun fəlakətli
nəticələri barədə təlimatlandırır, geniş anti - korrupsiya koalisiyası
yaradır və Azərbaycan cəmiyyətinin bütün sahələrini vətəndaş qrupları,
işgüzar dairələri, ictimai sektoru və medianı korrupsiyaya qarşı
mübarizə aparmaq üçün birləşdirir. Onun əsas məqsədi korrupsiyanı
aşkarlamaq və buna qarşı mübarizə aparmaqdır. Transparensy Azərbaycan əsas 3 istiqamətdə ixtisaslaşıb:
1. İctimaiyyətin təlimatlandırılması (seminarların, dəyirmi
masaların və konfransların, məlumatların mətbuatda işıqlandırmasının
təşkili);
2. Antikorrupsiya qanunvericiliyində çatışmamazlıqların aşkarlanması və hökümət üçün rəylərin hazırlanması;
3. Yerli işgüzar dairələrə İşgüzar Etikanın təqdim edilməsi.
Transparensy Azərbaycan ölkədə korrupsiyanın aradan qalxması və
cəmiyyəti bu sahədə maarifləndirmək üçün müxtəlif tədbirlər həyata
keçirir. Təşkilat əhalini maarifləndirmək üçün mütəmadi olaraq
kitablar, kitabçalar, bukletlər və s. nəşr edib cəmiyyətə çatdırır. Transparensy
Azərbaycan son illərdə fəaliyyətini daha da genişləndirib, təkcə Bakıda
yox, Gəncədə, Lənkəranda, Qubada öz ofisin açıb və regionlarda
korrupsiyaya qarşı mübarizəyə başlayıb.
|