Avrasiya Fondu
«Biz inanırıq ki, vətəndaşların və səlahiyyətli təşkilatların cəlb
edilməsiylə insanlar vətəndaşlıq hüquqlarının və iqtisadiyyatın
inkişafı üçün özlərində nəsuliyyət daşıyırlar. Qarşılıqlı hörmətə
əsaslanaraq bizim proqramımızı vətəndaşlar təchiz edir və bunun
nəticəsində onlar öz cəmiyyətlərindəki mövqelərini təyin etməyə
müvəffəq olurlar». Bu tezisin müəllifi Avrasiya Fondudur (AF). Fond öz
fəaliyyətində məhz bu prinsiplərə söykənir. Avrasiya Fondu - məxfi
idarə olunan qeyri - kommersiya təşkilatıdır. Beynəlxalq əlaqələrin
inkişafı üçün Birləşmiş Ştatlar və başqa ictimai təşkilatlar tərəfindən
dəstəklənir. 1992-ci ildən Fond Əfqanıstanda, Ermənistanda,
Azərbaycanda, Belarusda, Gürcüstanda, Qazaxıstanda, Moldovada,
Rusiyada, Tacikistanda, Türkmənistnda, Ukraynada və Özbəkistanda ümumi
dəyəri 360 milyon dollardan çox olan 8000 qrant layihəsi həyata keçirib. Avrasiya
Fondunun keçmiş Sovetlər Birliyində yerləşən ofislərində ehtimal olunan
çətinliklər mərkəzi idarənin nəzarəti altındadır. Bununla əlaqədar
olaraq, fond səlahiyyətli yerlərdə qrantlar təqdim edərək layihələri
idarə edir və ölkələrdə kapitalın yüksəlməsinə təkan verir. 2004-cü
ildə Fond başqa-başqa ofislərində əməliyyatların istiqamətlərini
dəyişməyə başlayıb. 2004-cü ildən yeniləşmiş Avrasiya Fondu fəaliyyət
göstərir. 2006-cı ildən isə Orta Asiyada əməliyyatlara başlayıb.
2007-ci ildən isə Fondun Şərqi Avropa xidməti Ukrayna, Belarus və
Moldovoda fəaliyyətini genişləndirib. Avrasiya Fondunun yoldaşlıq fondu
isə öz xidmətini Ermənistan, Azərbaycan və Gürcüstanda göstərəcək. Avrsiya
Fondu öz əməliyyat və proqramlarında xarici dəyərləndirməyə üstünlük
verir. Bundan başqa, davamlı olaraq daxili yoxlamalar nəticəsində Fond
zəmanət verir ki, əlavə olunan böyük sərmayələr təşkilatların
inkişafına yönləndirilir və bu da cəmiyyətin inkişafına təkan verir. Bu
prosesin davamı imkan verir ki, aktiv qiymətləndirmə nəticəsində
təşkilati ölkələrdə, siyasətdə, iqtisadiyyatda və sosial şəraitdə
yaxşılığa doğru dəyişikliklər müşahidə olunsun. 2006-cı il Avrasiya
Fondunda yenə dəyişiklər ili oldu. Fondun əvvəlki prezidenti Bill
Meypes istefa verdi və himayədarlar şurası Nortonu yeni prezident
seçdi. Əməliyyat proqramı çərçivəsində Vaşinqton ofisi və Kolumbiya
dairəsinin səlahiyyətləri məhdudlaşdırıldı. Belə yerdəyişmələr və
Avrsiyanın bütün vilayətlərində yerli fondların yaradılması onun
sürətlə inkişafına təkan verdi. Avrasiya Fondu həmişəki kimi bu
dəyişikliklər nəticəsində sosial-iqtisadi islahatları dəstəkləmək üçün
yeni yollar axtarmağa davam edib. Avrasiya Fondu 1994-cü ildən
başlayaraq, Azərbaycanda da qrant layihələri həyata keçirməyə başlayıb.
1998-ci ildə Bakıda öz ofisini açıb. Fond ölkənin bütün vilayətlərində
inkişaf proqramlarının dəstəkləyir. Qısa müddət ərzində AF
Azərbaycanda gənclər fondu yaradıb. Bu, ölkənin hər yerində gənclər
üçün yeni imkanlar açır. Bundan başqa, qanunvericilik islahatlarıyla
işgüzar təşkilatların inkişafına, istehlak qruplarının müdafiəsinə,
vətəndaşların hüquqlarının qorunmasına və standartlarına uyğun
professional jurnalistlər birliyinin inkişafına yönəlik layihələr də
həyata keçirilir. AF neft-qaz korporasiyalarının əməkdaşlığına dair
sosial proqramlar da hazırlayır. 2006-cı ildə Azərbaycana ayrılan
qrantların tam siyahısı artıq ictimaiyyətə açıqlanıb.
|