Milli Demokratiya İnstitutu Beynəlxalq əlaqələri olan Milli Demokratiya İnstitutu (MDI) qeyri-kommersiya təşkilatıdır. Bütün dünyada demokratiyanın genişlənməsi və güclənməsi üçün çalıır. Öz qlobal ekspert könüllüləri vasitəsilə MDI) demokratik dəyərlərə önəm verən vətəndaşlara və siyasi liderlərə yardım edir. NDI həmçinin siyasi təşkilatlara qrantlar ayırır ki, vətəndaşlara öz hüquqlarıyla bağlı bilgilər versin və vətəndaş cəmiyyətinin qurulmasında iştiraklarını təmin etmək üçün layihələr həyata keçirsinlər. Bir çox ölkələrdə demokratiyanı demokratik metodlarla təmin etməkdə çətinlik çəkirlər.Eyni zamanda demokratik təsisatların qıtlığı da hiss olunur.Belə ölkələrdə vətəndaşlar MDİ-yə demokratik strukturların yaradılması üçün müraciət edirlər. Hazırda MDİ-nin prezidenti keçmiş dövlət katibi Madlen Olbraytdır. Bu institut 1995-ci ildə mərhum prezident Heydər Əliyevin dəvətiylə Bakıda öz ofisini açdı və o vaxtdan cəmiyyətin demokratikləşməsi, plüralizmin yaranması, vətəndaş cəmiyyətinin inkişafı, seçki islahatlarının aparılması ilə bağlı çalışır. İnstitut Azərbaycanın başlıca siyasi partiyaları ilə işləyir. Həmçinin partiya liderləri və fəalları daha inkişaf etmiş siyasi strukturların formalaşması üçün iş aparır. MDİ-nin əsas səylərindən biri də siyasi partiyaların əlaqələri və koordinasiyasını gücləndirməkdir. İnstitut həmçinin qadınların siyasi fəallığının artırılması yönündə də xüsusi layihələr həyata keçirir. Bu məqsədlə qadın hüquqlarının müdafiəsiylə məşğul olan təşkilatlarla sıx əməkdaşlıq edir. Bu əməkdaşlığın nəticəsində İnstitutun çalışdığı ölkələrdə qadınlar vətəndaş cəmiyyətinin qurulmasında daha aktiv iştirak edir və siyasətə can atırlar.
|