Fridrix Nauman Fondu
Fridrix Nauman Fondu müstəqil, qeyri-kommersiya və dövlətin yuxarı
dairələrərinə aidiyyatı olmayan təşkilatdır. Fond öz fəaliyyətini
demokratiyanın, liberal dəyərlərin və siyasətin inkişafına həsr edib. Sözügedən
fond Almaniyada və dünyada insan azadlıqları və hüquqlarını
dəstəkləyən, müdafiə edən ən böyük təşkilatlardan biri kimi tanınır. Fond
hesab edir ki, liberal dəyərlər demokratiyanın əsas göstəricilərindən
biridir. Bu, zaman keçdikcə sübut olunur və liberal dəyərlər insanların
öz həyatlarına dəyər vermələrinə gətirib çıxarır. Fond çalışır ki, bir sıra qürurverici ənənələri bütün azad insanlar arasında yaysın və cəmiyyətin inkişafına dəstək olsun. Dünyanın
50-dən çox ölkəsi ilə yanaşı, Afrikada da müxtəlif layihələr
reallaşdıran Fridrix Nauman Fondu hər zaman liberal dəyərlərə sadiqliyi
ilə seçilib. Azadlıq və məsuliyyət - bu, Fridrix Nauman Fondunun əsas
prinsiplərindən, bütün dünyaya çatdırmaq istədiyi başlıca
dəyərlərdəndir. Fond azadlığa dair hər cür yeni ideyaları dəstəkləməyi
ilə seçilir. İnsanlardan istənilən bir şey var - cəmiyyətdə
azadlıqlarını və ləyaqətlərinə hörmət etsinlər ki, vətəndaş
cəmiyyətində rahat və birgə yaşaya bilsinlər. Azadlıq olmayan yerdə
digər insani dəyərlər də var ola bilməz. Hər bir insanın azadlığa ehtiyacı var. Bu, onların istedadlarının və digər müsbət keyfiyyətlərinin də üzə çıxmasına təkan verir. Azadlıq
olmayan yerdə insan ruhu inkişaf etmir və qaranlıqlara qərq olur.
Mədəniyyət və elm geriləməyə başlayır, həmçinin iqtisadiyyat tənəzzülə
doğru gedir. İnsanların rahat nəfəs alması üçün başlıca şərtlərdən biri
onun azadlığıdır. Bu tezisləri daim önə çəkən Fond hesab edir ki,
azad olmaq insanın öz arzusu olmalıdır. Eyni zamanda kütləyə insan
haqları və azadlıqları barədə intensiv məlumatlar çatdırmalıdır.
Azadlıq və məsuliyyətin bir - birindən ayrılmaz olduğunu əsas götürən
Fond, bundan sonra da fəaliyyəti dövründə azadlıq istəyənlərə dəstək
olacağını bəyan edir. Fridrix Nauman Fondunun fəaliyyəti təkcə
insan hüquqları və demokratiya uğrunda çalışmaqla bitmir. Onun
fəaliyyəti çoxşaxəlidir, sosial həyatın digər sahələrini də əhatə edir.
Fond öz fəaliyyətində təhsilin inkişafına xüsusi əhəmiyyət verir və
mütəmadi olaraq, bu sahədə yeni-yeni layihələr həyata keçirir. Fond,
ali təhsil almaq istəyənlərə təqaüdlər verir. Eyni zamanda diplomlu
peşəkarlar öz təhsillərini daha da təkmilləşdirmək üçün 2 illlik təqaüd
də ala bilərlər. Bundan başqa kim ki, Almaniya universitetlərində
dissertasiya yazmaq və müdafiə etmək istəyir, ona da yüksək təqaüd
imkanı yaradılır, amma bir şərtlə ki, mövzu elmi və ictimai-siyasi
baxımdan olsun. Cəmiyyətdə siyasi - ictimai fəallığı ilə seçilənlər və
demokratik dəyərlərə üstünlük verənlərə Fond tərəfindən təqaüd almaq
şansı daha çoxdur. Fond öz təqaüdçülərindən əsasən onu tələb edir ki,
onlar Almaniyadan qayıtdıqdan sonra əldə etdikləri bilikləri və
praktikanı öz vətənlərində həyata keçirməklə məşğul olsunlar. Fridrix Nauman Fondu Azərbaycanda müntəzəm layihələr həyata keçirən və öz fəallığı ilə seçilən təşkilatlardan biri kimi tanınır.
|