|
Beynəlxalq və yerli təşkilatlar
SOROS
| 03.12.2008, 15:16 |
Açıq Cəmiyyət İnstitutu (Soros Fondu)
Milli Soros fondları 1984-cü ildən başlayaraq, xeyriyyə təşkilatları
kimi fəaliyyət göstərir. Açıq Cəmiyyət İnstitutu (ACİ) şəbəkəsi isə
1993-cü ildə yaradılıb. Bu şəbəkə Mərkəzi və Şərqi Avropa ölkələrinə,
eləcə də yeni müstəqillik qazanmış postsovet dövlətlərinə sosializm
sistemindən yeni sistemə keçid prosesində yardım göstərmək məqsədilə
qurulub. Bundan başqa, ACİ şəbəkəsi Afrikanın, Latın Amerikasının,
Asiya və Amerikanın bəzi ölkələrində də milli fondlara malikdir.
Hazırda bu quruluş dünyanın 50-dən çox ölkəsində fəaliyyət göstərir. ACİ
milli fondlarının məqsədi vətəndaş cəmiyyəti təşkilatları yaratmaq və
onlara yardım göstərməkdən, həmçinin hökumətlərin cəmiyyət qarşısındakı
cavabdehliyini və şəffaflığını artırmaqdan, islahat və modernizasiya
proqramlarının həyata keçirilməsinə köməklik etməkdən ibarətdir. Bir
tərəfdən totalitarizmin bütün formalarına, digər tərəfdən isə bazar
kapitalizmindəki xaosa qarşı olan Corc Soros avtoritar cərəyanlara
qarşı mübarizə aparmaq və gənc, yeni yaranan demokratik ölkələrdə
vətəndaş cəmiyyətinin rolunu möhkəmləndirmək ideyasını irəli sürür. Gürcüstanda
milli Soros fondu 1994-cü ildə yaradılıb; ACİ-Azərbaycan və
ACİ-Ermənistan fondları isə 1997-ci ildə təsis edilib. Başlanğıcda bu
təşkilatların fəaliyyəti bütün Soros Fondu şəbəkəsi üçün xarakterik
olan eyni xətt üzrə həyata keçirilirdi: yaranmaqda olan vətəndaş
sektorunun dəstəklənməsi və Sovet İttifaqının dağılmasından sonra
açınacaqlı vəziyyətdə olan intellektual resurslar üçün maliyyə
yardımının təmin edilməsi. Diqqətəlayiq fakt budur ki, Gürcüstan və
Ermənistanda dövlət və qeyri-hökumət sektorunda tədqiqatçılara yardım
göstərilməsi və tədqiqat layihələrinin maliyyələşdirilməsi Azərbaycanda
olduğu qədər möhkəm və uzun müddətli olmadı. Bu isə, ölkənin daha
əlverişli iqtisadi şəraitə malik olmasından irəli gəlir. Əlbəttə ki, bu
yardım Rusiya elminə göstərilən yardımla müqayisə oluna bilməz; belə
ki, Fondun Rusiya Federasiyasındakı fəaliyyəti zamanı 115 milyon ABŞ
dolların civarında vəsait sərf edilib (1995-2002). Bu, Cənubi Qafqazda
«beyin axınının» qarşısının alınmasında müəyyən rol oynadı. Regionda
ACİ tərəfindən həyata keçirilən proqramlar əsasən SFŞ (Soros Fondları
Şəbəkəsi) fəaliyyətlərini əhatə edir: Vətəndaş Cəmiyyəti, Təhsil,
İnformasiya, Hüquq, İctimai Səhiyyə, Şərq-Şərq, Mədəniyyət və
İncəsənət, Media və Qadın proqramı. ACİ-Azərbaycan Fondunun fəaliyyəti
lap əvvəldən iki əsas xətt üzrə inkişaf edib: təhsil və informasiya.
1998-1999-cu illərdə həm milli fondlar, həm də Budapeşt və Nyu-Yorkdan
idarə olunan SFŞ proqramları vasitəsilə təmin edilən büdcələr sayəsində
layihələr yaradıldı. Bu layihələr hüquq, incəsənət, mədəniyyət, ictimai
səhiyyə, KİV, özünüidarə kimi məsələlər daxil olmaqla, vətəndaş
cəmiyyəti və qadın proqramından ibarət idi. Azərbaycan və Ermənistanda
keçirilən prezident seçkiləri, eləcə də Gürcüstanda keçirilən parlament
seçkiləri (2003) ilə əlaqədar olaraq, son iki ildə seçki prosesi ACİ
Cənubi Qafqaz milli fondları üçün prioritet məsələyə çevrilmişdir. Bu
milli fondların işində bəzi fərqlər mövcuddur. Məsələn, Gürcüstanda
prioritet sahə iqtisadi islahat proqramı, Azərbaycanda isə neft
gəlirlərinin şəffaflığı proqramıdır. Azərbaycanın 600. 000 məcburi
köçkünündən bəzilərinə informasiya və digər yardım göstərmək üçün fond
1998 ildə 14 məcburi köçkün düşərgəsində kiçik kitabxanalar düzəltmək
üçün pilot lahiyəsinə başladı. Bir neçə humanitar təşkilatlar kitabxana
üçün yer ayrılmasına və bu lahiyə üçün nəqliyyatın təşkilinə yardım
etdilər. Düşünmək və müstəqil qərar qəbul etmək bacarığına malik açıq
fikirli gənclərin yeni nəslini yaratmaq üçün proqramların ikinci qrupu
təhsilə yönəldi. Bu, Addım-Addım proqramının təşkili və Xəzər
Universitetində özünün iqtisadi yay məktəbini maliyyələşdirməni nəzərdə
tuturdu. Fond həmçinin kənd, qaçqın və məcburi köçkün əhalisindən olan
tələbələrin ehtiyacların qarşılamaq üçün Bakı Dövlət Universitetində
təqaüd proqramı da təşkil etdi. Daha əvvəl regionda ACİ-nin əsas
məqsədlərindən biri «üçüncü sektorun» inkişaf etdirilməsi olduğu halda,
son illərdə hər bir respublikada onun fəaliyyətinin mərkəzində regional
layihələrin stabilliyini və effektivliyini artırmaq üçün QHT-lərlə
hökumət, bəzən biznes struktukrları arasında yaxın əlaqələrin
yaradılması dayanır. Məsələn, Azərbaycanda Təhsil Nazirliyi və
Dünya Bankı ilə birlikdə ACİ üç illik ali məktəblərdə islahat
proqramında iştirak edir. Bu proqramda ACİ 13,5 milyon dollar
dəyərindəki büdcənin 6.5%-ni təmin edir, həmçinin yeni dərsliklərin
mütəxəssislər tərəfindən dəyərləndirilməsini təşkil edir. Məktəb qrant
müsabiqələri keçirir, eləcə də informasiya və rabitə texnologiyaları
sisteminin inkişaf etdirilməsi ilə məşğul olur. Bir sıra
universitetlərdə və kənd məktəblərində pulsuz internet xidməti
mərkəzləri yaradılıb. Hətta uşaq bağçalarında belə, yeni interaktiv
tədris metodu tətbiq olunur. Bakı Təhsil və İnformasiya Mərkəzi (BTİM)
müstəqil QHT kimi fəaliyyət göstərir. Bu tip mərkəzlər Gürcüstan və
Ermənistanda da çalışır. Ermənistanda ACİ-YF müvafiq təhsil
standartlarının yaradılması və məktəb sistemində elektron məlumatların
yayılması üçün ali təhsil müəssisələri və Təhsil Nazirliyi ilə
əməkdaşlıq edib. İctimai-səhiyyə məktəb layihəsi hazırda Azərbaycan
Səhiyyə Nazirliyi ilə birlikdə həyata keçirilməkdədir. ACİ-YF/Azərbaycan
İnsan Hüquqlarına dair Avropa Konvensiyasının müddəalarının
tanıdılmasına və yerinə yetirilməsinə yardım göstərmək üçün bir sıra
layihələr həyata keçirib. Buna misal olaraq, hakimlər və prokurorlar
üçün hüquq prosesinin prinsiplərinə dair təşkil olunmuş təlim
məşğələlərini misal göstərmək olar. Son vaxtlar hüquq-mühafizə
əməliyyatları üzərində ictimai nəzarəti təmin etmək üçün imkanların
yaradılmasına diqqət yetirilir. Layihənin icra olunması prosesində
Polis Akademiyası ilə aparılan əməkdaşlıq sayəsində mühüm təcrübə
əldəedilib. Buraya kadrların hazırlanması üçün demokratik yönlü
modulların tətbiq edilməsi daxildir. UNDP ilə birlikdə ölkənin Ədliyyə
Nazirliyi vətəndaşların on-layn qeydiyylatını həyata keçirmək üçün
maliyyə vəsaitləri əldə edib. Hər üç respublikada milli Soros fondları
insan hüquqları ilə əlaqədar anti-korrupsiya layihələrini dəstəkləyir.
Qadın proqramı həyata keçirilir ki, bu da qadınlara və uşaqlara qarşı
zorakılığın qarşısını almaq üçün fəaliyyət göstərən böhran mərkəzləri
şəbəkəsindən və layihələrdən ibarətdir.
|
Категория: Beynəlxalq təşkilatlar | Əlavə etdi: Penah
| Yazar: Cavid Ramazanov |
Baxılıb: 809 | Загрузок: 0
|
|
Statistika |
---|
Onlayn: 1 Qonaq: 1 İştirakçılar: 0 |
|