|
Beynəlxalq və yerli təşkilatlar
Beynəlxalq Böhran Qrupu
| 03.12.2008, 15:19 |
Beynəlxalq Böhran Qrupu
Beynəlxalq Böhran Qrupu (BBQ) müstəqil və heç bir kommersiya marağı
olmayan beynəlxalq təşkilatdır. BBQ öz professional kollektivi ilə
dünyanın 5 qitəsində fəaliyyət göstərir. Təşkilatın əsas məqsədi
konfliktlər barəsində əvvəlcədən proqnozlar hazırlamaq və onların
qarşısının alınması üçün tövsiyələr vermək, fəaliyyət göstərməkdir. BBQ-nin
əsas metodologiyası birbaşa yerlərdə araşdırma aparmaqdır. Qrupun
siyasi analitikləri təhlükə olan və təhlükə gözlənilən ölkələrdə geniş
diapozonlu mənbələrdən lazımi informasiyalar toplamaq və vaxtaşırı
analitik hesabatlar hazırlamaqla məşğuldurlar. Bu hesabatlarda
böhranların qarşısını almaq üçün praktiki məsləhətləri yerli və
beynəlxalq təşkilatlara ünvanlamaq və cavabdehlərdən lazımi qərarlar
qəbul edilməsi istənilir. Böhran qrupu həmçinin aylıq “Crisis Watch”
adlı informasiya bülleteni hazırlayaraq konfliktlər olan və potensial
konflikt zonaları sayılan ölkələrdəki vəziyyətlə bağlı qısa xülasələr
təqdim edir. Böhran qrupunun hesabatları və keçirilən brifinqlər yerli
xarici işlər nazirliklərinin təmsilçilərinin və beynəlxalq
təşkilatların da diqqətinə çatdırılır. Bu hesabatlar və brifinqlər
təşkilatın www.crisisgroup.org
adlı web saytı vasitəsiylə geniş ictimaiyyətə çatdırılır. Təşkilat
həmçinin hakimiyyət və mətbuatla sıx əməkdaşlıq edərək gördüyü işə
dəstək axtarmağa çalışır. Böhran qrupunun məsləhət şurasına görkəmli
siyasi xadimlər, diplomatlar, biznesmenlər, kütləvi informasiya
vasitələrinin təmsilçiləri daxildirlər. Bu, onun üçündür ki, BBQ-nin
hesabatları və təklifləri bütün dünya üzrə siyasi məsləhətlərlə məşğul
olan vacib şəxslərin diqqətinə çatdırılsın. Avropa İttifaqının
keçmiş komissarı Kris Patten təşkilatda xarici əlaqələr, lord Barns isə
məsləhət şurasının təmsilçiləridir. Avstraliyanın keçmiş xarici işlər
naziri isə 2000-ci ilin yanvarından Beynəlxalq Böhran Qrupunun
prezidentidir. Beynəlxalq Böhran Qrupunun mənzil qərargahı Brüsseldə, təmsilçilikləri isə Vaşinqton, Nyu-York, London və Moskvada yerləşir. Hazırda
təşkilat 13 təmsilçiliyə malikdir. Təşkilatın analitikləri 4 qitənin
50-dən çox ölkəsində işləyir. Afrikada Anqola, Brundi, Kot-d-İvuar,
Konqo Demokratik Respublikası, Efiopiya, Eritreya, Qvineya, Liberiya,
Ruanda, Sera- Lione və s., Asiyada Əfqanıstan, Kəşmir, Qazaxıstan,
Qırğızıstan, İndoneziya, Myanma, Türkmənistan, Özbəkistan və s., Avropada
Albaniya, Ermənistan, Bosniya və Hersoqovina, Gürcüstan, Kosovo,
Makedoniya, Moldova, Çernoqoriya və Serbiya kimi ölkələr, Yaxın Şərqdə
Şimali Afrikadan İrana qədər bütün qaynar nöqtələr, Latın Amerikasında
Kolumbiya, And və Haiti regionları BBQ-nin davamlı fəaliyyət göstərdiyi
yerlərdir. Böhran qrupunun Azərbaycandakı fəaliyyəti də təqdirə
layiqdir. Təşkilat ölkəmizdə aktiv şəkildə fəaliyyət göstərir. BBQ
ölkədə baş verən proseslərlə yaxından maraqlanır və vaxtaşırı öz
məsləhətlərini, təkliflərini irəli sürür. Beynəlxalq Böhran Qrupunun Azərbaycan hökumətinə verdiyi məsləhətlər belə ümumiləşdirilir: -
tez bir zamanda sosial və iqtisadi inkişafı Bakıdan kənarda və
qeyri-neft sektoru vasitəsilə yüksəltmək, investisiya şəraitini
yaxşılaşdırmaq; - dövlət gəlirlərini pensiya və maaşların yüksəlməsinə cəlb etmək, həmçinin səhiyyə sahəsində korrupsiya ilə mübarizə aparmaq. -
2003-cü ilin oktyabrında keçirilən prezident seçkilərindən sonra
hakimiyyətin siyasi opponentlərinə və seçki komissiyalarındakı
müxalifət nümayəndələri ilə bağlı qanunsuzluğa yol vermiş
hüquq-mühafizə orqanlarında ciddi araşdırmalar aparmaq; - Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsində dini təşkilatların qeydə alınması
prosedurlarını yüngülləşdirmək, onları daha şəffaf və tolerant
prosedurlarla əvəz etmək, ümumiyyətlə, dini məsələlərlə bağlı daha
demokratik siyasət yürütmək; - Avropa Şurasının siyasi məhbuslar və həbsdə olan müstəqil KİV-lərin nümayəndələri ilə bağlı tələblərini yerinə yetirmək; - Korrupsiya ilə bağlı müstəqil və uzunmüddətli qurumun yaradılmasını təşkil etmək və bu sahədə vacib islahatlar aparmaq.
|
Категория: Beynəlxalq təşkilatlar | Əlavə etdi: Penah
| Yazar: Cavid Ramazanov |
Baxılıb: 717 | Загрузок: 0
|
|
Statistika |
---|
Onlayn: 1 Qonaq: 1 İştirakçılar: 0 |
|