AZ | ENG


Məqalələr

Beynəlxalq təşkilatlar [13]
Yerli teşkilatlar [0]

Sorğu

Azərbaycanda demokratiya olacağına inanırsınızmı?
Bütün cavablar: 410

Beynəlxalq və yerli təşkilatlar

Baş səhifə » Məqalə » Beynəlxalq və yerli təşkilat » Beynəlxalq təşkilatlar

Internews

03.12.2008, 15:25
Internews

Internews Network bütün dünyada açıq kütləvi informasiya vasitələrinin inkişafına yardım edən beynəlxalq humanitar təşkilatdır. Bu təşkilat demokratiyanın yenicə meydana gəldiyi ölkələrdə müstəqil kütləvi informasiya vasitələrinə dəstək məqsədi ilə yenilikçi radio və televiziya proqramları hazırlayır, mətbuata yardım göstərir, habelə ölkə daxilində və ölkələrarası münaqişələrin azaldılması üçün açıq internet sistemini xüsusi vasitə kimi inkişaf etdirir. Təşkilat, baş qərargahı ABŞ-ın Kaliforniya ştatının Arkata şəhərində yerləşməklə, dünyanın 30 ölkəsində fəaliyyət göstərməkdədir.

İnternyus Azərbaycanda öz ofisini 1997-ci ildə açıb. Təşkilat özünün televiziya proqramlarını yerli televiziya kanallarına təmənnasız olaraq təqdim edir. İnternyus eyni zamanda yerli jurnalistlər üçün təlim məqsədilə seminarlar keçirir, onlara hüquqi yardım göstərir, müstəqil kütləvi informasiya vasitələrinə müvəqqəti istifadə üçün lazımi kameralar, montaj avadanlğı və kompüterlər təklif edir. Fəaliyyətinin əvvəlində Azərbaycandakı müstəqil televiziya stansiyalarına yardım edən bu təşkilat yaxınlarda öz faliyyətini çap və radio sahələrinə qədər genişləndirib. Yerli kütləvi informasiya vasitələri ilə əməkdaşlıq şəraitində işləyən İnternyus, həm də ölkə əhalisinə obyektiv və qərəzsiz informasiya təklif edir.
İnternyus Azərbaycan İctimai Birliyi (İAİB) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 2002-ci ilin may ayında rəsmi şəkildə qeydiyyatdan keçmişdir. 2004-cü ilin sonuna kimi İAİB, əsasən ABŞ-ın qeyri-hökümət təşkilatı olan İnternyus Şəbəkəsinin yerli partnyoru kimi çalışıb və USAİD tərəfindən maliyyələşən media layihələrinin icrası ilə məşğul olub. 2005-ci ilin yanvarından etibarən İnternyus Azərbaycan müstəqil yerli təşkilat kimi müxtəlif ABŞ və Avropa fondları tərəfindən maliyyələşir, öz layihələrinin hazırlanması və icrasını yerinə yetirir. Bu gün də İnternews Azərbaycan müstəqil yerli təşkilat olaraq, Azərbaycan mediasının inkişafına öz töhvəsini verməkdə davam edir.

İnternyus Azərbaycanın fəaliyyət çərçivəsinə təhsil, mədəniyyət və elm sahələri də daxildir. Bu təşkilat kütləvi informasiya sahəsində böyük təcrübəyə malik yüksək səviyyəli mütəxəssislərdən ibarət komandaya malikdir.
İnternyus Azərbaycan 1997-ci ildən bu yana 500 professional jurnalistin iştirak etdiyi 50-dən çox seminar keçirib. Seminarlar əsasən seçkilər, gender problemləri, ekologiya, jurnalistikanın əsasları, menecment, reklam və bir çox müxtəlif mövzuları əhatə edib. Təşkilat öz avadanlığı və studiyasından istifadə edərək, müxtəlif efir proqramlarının istehsalı ilə məşğuldur. Bu proqramlar regional xəbərlər də daxil olmaqla, seçki, siyasi tok şoular, ekologiya, iqtisadiyyat və başqa mövzulardadır. 2001-2002-ci illərdə İnternyus Azərbaycan və İnternyus Ermənistan «Bakı-Yerevan Telekörpüsü» layihəsi üzrə «Atəş Xətti» adlı 24 proqram hazırlay ıb.
Bu proqram peyk vasitəsilə hər iki ölkənin vətəndaşlarına hələ də qaynamaqda olan Qarabağ münaqişəsi ilə bağlı məsələləri üzbəüz müzakirə etmək imkanı verdi.

İnternyus hazırda aşağıdakı proqramlar üzərində işləyir: «Yolayrıcı» (Crossroads ) - Qafqaz üzrə yeganə həftəlik televiziya proqramıdır ki, Azərbaycan, Gürcüstan və Ermənistandan xəbərlər və telesüjetlər təklif edir.
«Media və Mən» - ABŞ-ın həftəlik «Bazar Günü Səhər» proqramının modeli əsasında yaradılıb və həftəlik proqramdır. Bu proqram mətbuatın üzləşdiyi problemləri və onların yerli şəraitdə necə əhatə olunduğunu nəzərdən keçirir.
«1/2» adlı yeni, gender məsələlərinə həsr olunmuş və Azərbaycanda yayımlanacaq ilk 30 dəqiqəlik proqramdır - yaşadıqları cəmiyyəti dəyişmək istəyən qadınlar və onların xarakterlərindən bəhs edir.
Qeyd edək ki, vəkillik təşkilatın əsas fəaliyyət sahəsidir. Belə ki, İnternyus Azərbaycanda kütləvi informasiya vasitələrinin hüquqları və söz azadlığının müdafiəsi uğrunda effektiv vəkillik vasitəsilə mətbuat üçün qanunla tənzimlənən mühit yaratmaq uğrunda çalışır. Internyus kütləvi informasiya vasitələri üçün təzyiqlərlə üzləşmə, bağlanma və ya jurnalistlərin həbs olunması hallarında hüquqi yardım göstərir.

Категория: Beynəlxalq təşkilatlar | Əlavə etdi: Penah | Yazar: Cavid Ramazanov
Baxılıb: 743 | Загрузок: 0

Axtarış

Dost saytlar

Statistika


Onlayn: 1
Qonaq: 1
İştirakçılar: 0