AZ | ENG


Məqalələr

Beynəlxalq təşkilatlar [13]
Yerli teşkilatlar [0]

Sorğu

Azərbaycanda demokratiya olacağına inanırsınızmı?
Bütün cavablar: 410

Beynəlxalq və yerli təşkilatlar

Baş səhifə » Məqalə » Beynəlxalq və yerli təşkilat » Beynəlxalq təşkilatlar

IFES

03.12.2008, 15:26
Tanış olun: bu, İFES-dir!
        
İFES  (Beynəlxalq Seçki Sistemləri Fondu) dünyanın müxtəlif ölkələrində demokratiyanın inkişafı üçün çalışan qeyri-kommersiya təşkilatıdır. Bu beynəlxalq təşkilat fəaliyyət göstərdiyi ölkələrdə seçkilər zamanı aktiv şəkildə iştirak edir, seçkilərin demokratik keçməsi üçün həmin ölkələrə məsləhətlər verir, saxtalaşdırılma hallarının qarşısını almaq üçün texniki yardım göstərir.
Öz fəaliyyətində bitərəf mövqeyi ilə seçilən İFES müxtəlif layihələr həyat keçirir.

İFES 1987-ci ildə təsis edilib və hazırda  100-dən çox ölkədə yerli ofisini açıb. Təşkilat demokratiya yoluna yeni qədəm qoymuş ölkələr də daxil olmaqla (məsələn, Liberiya), ən demokratik ölkələrdə (məsələn, ABŞ), hər yerdə fəaliyyət göstərir. İFES-in bütün layihələrini fəaliyyət göstərdiyi ölkələrin işçi heyəti ilə birgə ona yaxın olan yerli təşkilatların əməkdaşları tərtib edir.
Təşkilat keçirdiyi rəy sorğularına, ekspertizalara təminat verir və məsuliyyəti öz üzərinə götürür.
Vətəndaşların açıq şəkildə öz problemlərini ifadə etmək və hakimiyyətdən bu problemlərin həllini istəmək hüququ var. Hakimiyyət məmurları isə vətəndaşların problemlərini dinləməyi bacarmalı və onların həlli üçün çalışmalıdır. Demokratik dəyərlərin yayılması və inkişaf etməsi üçün vətəndaşların öz hüquqlarını və məsuliyyətlərini yaxşı bilmələri, seçkilər zamanı səslərini qorumaq üçün təşəbbüs göstərmələri də gərəkdir. Bax, bütün bunlar İFES-in layihələrində aparıcı xətti təşkil edir.
İFES cəmiyyətdə vətəndaşların siyasi demokratikliyini gücləndirmək üçün aktiv şəkildə  fəaliyyət göstərir və cəmiyyəti bu sahədə maarifləndirmək üçün müxtəlif layihələr hazırlayır.
Haqqında bəhs etdiyimiz təşkilat  Azərbaycanda 1997-ci ildən fəaliyyət göstərməyə başlayıb. İFES Azərbaycan xalqının təhsilini və dünyagörüşünü hər il müxtəlif sorğular, təcrübələr vasitəsi ilə sınaqdan keçirir. Bu tip təcrübələr vətəndaş cəmiyyətinin inkişafı və demokratik dəyərlərin daha da dərinə kök atması üçün əhəmiyyətli təsirə malikdir.
Hazırda İFES ölkəmizdə seçki şəraitini yaxşılaşdırmaq və cəmiyyətdə seçki prosesi haqda anlayış yaratmaq məqsədi ilə yerli qurumlarla birgə işləyir. Son bələdiyyə seçkilərində İFES seçki komissiyaları ilə yaxından əməkdaşlıq etdi. Bunda məqsəd vətəndaşlar arasında səs hüququnu genişləndirmək və mümkün maneələri aradan götürmək idi. İFES-in Azərbaycandakı fəaliyyətini USAİD və Asiya İnkişaf Bankı maliyyələşdirir. Bu sıraya İngiltərə, Almaniya və Norveçin ölkəmizdəki səfirlikləri də daxildir. Mərkəzi Seçki Komissiyası ilə (MSK) yaxından əməkdaşlıq edən İFES beynəlxalq və milli maraqları üstün tutaraq,  seçkilərin ədalətli keçməsi üçün bütün gücünü ortaya qoymağa çalışır.
Azərbaycanda 2008-ci ildə prezident və bələdiyyə seçkiləri keçiriləcək. İFES bu seçkilərin ədalətli və düzgün keçirilməsi üçün öz maliyyə yardımını təklif edir. Hazırda bu nüfuzlu beynəlxalq təşkilat Azərbaycanda hüquqi seçki strukturunu və milli seçki qeydiyyatını yaxşılaşdırmaq məqsədilə müəyyən tədbirlər həyata keçirir. Bundan başqa, hazırda seçkilərin şəffaf keçirilməsi üçün yeni metodların işlənib hazırlanması və seçkilərdə nəzarətçi qruplar yaratmaq məsələsi MSK ilə müzakirə olunur.
2006-cı ildən İFES Azərbaycanda seçkilərin daha şəffaf keçirilməsi üçün yerli qeyri-hökumət və beynəlxalq təşkilatlarla əməkdaşlığı gücləndirib. Nəticədə müxtəlif yeniliklərə imza atan İFES Azərbaycan cəmiyyətinin siyasi aktivliyinin artmasında müstəsna rol oynaya bilib.

Категория: Beynəlxalq təşkilatlar | Əlavə etdi: Penah | Yazar: Cavid Ramazanov
Baxılıb: 647 | Загрузок: 0

Axtarış

Dost saytlar

Statistika


Onlayn: 1
Qonaq: 1
İştirakçılar: 0