Dünyanın hər yerində ABACEELI
Amerika Hüquqşunaslar Assosiasiyası dünən və bu gün…
ABACEELİ (Amerika Hüquqşunaslar Assosiyasiyası) öz hüquqi norma
proqramlarını Azərbaycanda 1999 - cu ildən həyata keçirməyə başlayıb və
2003-cü ildə Mülki Hüquq İslahatları proqramını yaradıb. Nəticədə
Azərbaycanda müxtəlif hüquqi islahatlar başladı və səriştəli, bacarıqlı
vəkillərin daha da təkmilləşməsinə start verildi. ABACEELİ-nin
Azərbaycandakı fəaliyyətinə nəzər salarkən aydın olur ki, o, cəmiyyətin
öz hüquqlarını dərk etməsi, bilməsi üçün hüquqi təhsilin,
maarifləndirmənin keyfiyyətini yüksəldir, məhkəmə üzvlərinin
fəaliyyətində şəffaflığı və məsuliyyəti gücləndirmək üçün
maarifləndirmə işləri aparır. Hazırda ABACEELİ Azərbaycanda 7 ayrı-ayrı proqram həyata keçirir. Bunlar aşağıdakılardır: - Hüquq müdafiə mərkəzi; - Hüquqi təhsil islahatı; - Vəkil ilə səyahət; - Hüquq təhsil mərkəzi; - Qadın Hüquqşunaslar assosiyasiyası; - Hüquq məhkəmə islahatları; - Antikorrupsiya.
ABACEELİ-nin Azərbaycan və Türkmənistan üzrə direktoru Frank Hespadır. ABACEELİ
təşkilatının irəli sürdüyü əsas tezis hüquqi normaların
genişləndirilməsidir, çünki bu, bəşəriyyətin qarşısında duran
problemlərə qarşı ən effektli göstəricidir. Bu problemlər sırasına
həmçinin yoxsulluq, iqtisadi böhran və münaqişələr daxildir. Hüquqi
normalar baxımından tez-tez nöqsanlara yol verən hökumətlərin öz
əhalisinin ehtiyaclarını qarşılamağa gücləri çatmır. Faktiki olaraq
dünya əhalisinin yarısından çoxu hüquqlarının tapdanmasından əziyyət
çəkir. Bu da öz növbəsində iqtisadi inkişafın qarşısını alır, məhkəmə
sisteminin düzgün işləməməsi və fiziki təhlükəsizliyin çatışmamazlığına
gətirib çıxarır. Hüquqi prinsiplərin tapdanmasının qlobal nöqsan
olması nəinki dünya hüquq cəmiyyətlərinin, həmçinin dünya liderlərini
başlıca problemi olmalıdır. Amerika Hüquqşunaslar Assosiyasiyası
hüquq sahəsindəki fəaliyyətini islahatlar şəklində 40-dan çox ölkədə
yürütməyə başlayıb. Bura Afrika, Asiya, Avropa, Latın Amerikası, Karib
dənizi ətrafı və Yaxın Şərq ölkələri daxildir. ABACEELİ-nin
yaradılması və hüquq sahəsindəki ilk fəaliyyəti 1990-cı ilə təsadüf
edir. Ölkə xaricində ilk ofisi isə 1991-ci ildə Bolqarıstanın paytaxtı
Sofiyada açılıb. ABACEELİ Asiyada öz fəaliyyətinə 1998-ci ildə
başlayıb. Afrika, Latın Amerikası, Karib dənizi ölkələrində 2000-ci
ildən, Yaxın Şərqdə isə 2003-cü ildən işləyən bu təşkilatın həyata
keçirdiyi proqramlar ona dünyanın hər yerində çoxlu müttəfiq qazandırıb. Hüquq
sahəsindəki bu təşəbbüslərin həyata keçirilməsi üçün xarici ölkələrdə
peşəkar, təcrübəli hüquqçular - bura vəkillər, hakimlər, hüquq
professorları və s. daxildir - hüquq sahəsində olan problemləri aradan
qaldırmaq və proffesional hüquq təşkilatçılığını yaratmaq üçün
çalışırlar. Bu hüquqşunaslar dəstəsi islahatçılar, hökumət və
qeyri-hökumət sektoruyla əl-ələ fəaliyyətini indinin özündə də səylə
davam etdirir. Bu gün ABACEELİ ABŞ-da və ondan xaricdə 400-dən çox
proffesional ştat yaradıb. 1990-cı ildən Birləşmiş Ştatlar və dünyanın
digər bölgələrində könüllülər dəstəsi 200 milyon dollar dəyərində
texniki və hüquqi yardım göstərib. ABACEELİ hüquq və texnika
sahəsindəki köməyini, islahatlarını davam etdirir və yeni sahələrdə
işlər görür. Bunlar antikorrupsiya, mülki hüquq islahatları, insan
alveri, gender problemi, insan hüquqlarının qorunması, münaqişələrin
azaldılması, məhkəmə islahatları, hüquq təhsil islahatları və hüquqi
ixtisas islahatlarıdır.
|