Dalğa Gənclər Hərəkatının 1 il boyunca həyata
keçirdiyi Demokratiya Məktəbi layihəsi artıq başa çatıb. Bu layihə
ABŞ-ın Demokratiya üçün Yardım Fondu - NED tərəfindən
maliyyələşdirilib. Amma layihə müddətinin başa çatması hələ Demokratiya
Məktəbinin bağlanması deyil. Artıq Hərəkat öz imkanları hesabına
Demokratiya Məktəbini davam etdirməkdədir. Daha bir dəyişiklik:
məktəbin direktoru bundan sonra Ramin Hacılı deyil, Pənah Əlisoy
olacaq.
Məktəbin formatında isə ciddi dəyişikliklər olmayacaq, əksinə,
Demokratiya Məktəbi bundan sonra öz hədəflərinə yetişmək üçün daha da
parlaq fəaliyyət göstərəcək.
Qeyd edək ki, Dalğa Gənclər Hərəkatı NED fondu ilə növbəti bir il
ərzində Demokratiya Akademiyası layihəsini həyata keçirir. Layihənin
ümumi məbləği 23. 172 ABŞ dolları nəzərdə tutulub. Layihə çərçivəsində
aşağıdakı işlərin həyata keçirilməsi planlaşdırılır:
- Akademiyaya müraciət edən 24 tələbə üçün araşdırma mövzu təqdim
olunacaq və tələbələr seçəcəkləri mövzu ilə bağlı araşdırmalar
aparacaq. Araşdırmanın nəticələri ictimaiyyətə təqdim olunmaqla yanaşı,
bütün araşdırmaların müəllifləri Akademiyanın xüsusi diplomi ilə təltif
olunacaq;
- Layihə çərçivəsində regionlarda Demokratiya Məktəbləri yaradılacaq;
- Ayda bir dəfə demokratik dəyərlər ətrafında tanınmış ziyalıların iştirakı ilə ictimai müzakirələr təşkil olunacaq;
- «Alma» qəzetində ayda bir dəfə olmaqla, “Demokratiya» əlavəsi çap ediləcək.
Qeyd edək ki, Demokratiya Akademiyasının prezidenti Ramin Hacılıdır.
Artıq Akademiyanın komissiya heyəti formalaşmaqdadır və yaxın günlərdə
Akedemiyanın iş fəaliyyəti ilə bağlı, həmçinin komissiya üzvləri
cəmiyyətə təqdim olunacaq.
"Platon Akademiyası" haqqında oxumaq istəyirsinizsə aşağıdakı linkə daxil ola bilərsiniz