Baş səhifə» 2009»Aprel»9 » Dalğa Gənclər Hərəkatı - “Demokratiya Məktəbi” tələbələrinə diplomları təqdim etdi.
Dalğa Gənclər Hərəkatı - “Demokratiya Məktəbi” tələbələrinə diplomları təqdim etdi.
17:08
5 aprel 2009-cu il tarixində “Demokratiya Məktəbi”nin
tələbələrinə diplomların təqdim etmə mərasimi təşkil olunub. Mərasim zamanı
məktəbin direktoru Ramin Hacılı məktəbi uğurla başa vurmuş tələbələri təbrik
edib və onlara diplomlarını təqdim edib.Müəyyən səbəblərdən mərasimə gələ bilməyən tələbələr
Dalğa Gənclər Hərəkatının mərəkəzi ofisi ilə əlaqə saxlayıb diplomlarını əldə edə bilərlər.Qeyd edekki. “Demokratiya məktəbi” layihəsini
Azərbaycanın aktiv gənclər hərəkatılarından biri olan Dalğa Gənclər Hərəkatı
həyata keçirir. Layihə çərçivəsində “Demokratiya məktəbi”nin təsis olunub, bu
məktəbin tərkibində demokratiyanın tədris edilib, hemcinin demokratik
vətəndaşlıq mövzularında kursların təşkil olunub, Kurs iştirakçıları üçün dərs
vəsaitləri hazırlanıb. Eləcə də, kurs iştirakçılarının şəbəkəsinin yaradılması
da həyata kecirilib. Gənclər
arasında demokratiya haqqında kütləvi maarifləndirməni həyata keçirmək üçün
qəzet əlavəsi və web-sayt yaradılıb. 12 ay müddətində davam etmiş layihə Bakı
şəhərində reallaşıb. Layihəni ABŞ-ın “Demokratiyaya Yardım Fondu” (NED) maliyyələşib.
Ümumilikdə layihənin məqsədi Azərbaycan gəncliyinə demokratiya konsepsiyasını
izah etmək, onun dəyərlərini yaymaq və demokratik vətəndaşlıq üzrə
maarifləndirməni həyata keçirmək olub. Hər qrupda 25 tələbə olmaqla 100 tələbə
məzun olub.Sonda onu da qeyd ki, Dalğa Gənclər Hərəkatı
“Demokratiya Məktəbi”ni öz imkanları hesabına davam etdirmək niyyətindədir. Bu
məqsədlə artıq 6-cı qrup təsis edilib. Və tələbə yığımı davam edir. Hərəkatın
öz imkanları hesabına davam etdirəcəyi “Demokratiya Məktəbi”nin bundan sonra
ki, direktoru Pənah Əlisoy olacaq.
Əlavə məlumat üçün aşağdakı kordinatlara müraciət edə
bilərsiniz.