Öz ehtiraslarının əsiri olan adam heç vaxt azad ola bilməz. AZ | ENG

Məqalələr

Demokratiya Haqqında [2]
Liberalizm [1]
Demokratiya Haqqında hər şey [9]

Sorğu

Azərbaycanda demokratiya olacağına inanırsınızmı?
Bütün cavablar: 410

Dərsliklər

Baş səhifə » 2009 » Mart » 24 » Demokratiya nədir?
Demokratiya nədir?
20:43

Demokratiya (demos - xalq, kratos - hakimiyyət) yunan sözüdür, «Xalq hakimiyyəti» və ya xalq idarəetməsi deməkdir. Bəşəriyyətin ən ağıllı adamları minillər boyu cəmiyyətin inkişaf tarixini anlamağa çalışmış, fəlsəfi sistemlər yaratmış, elə bir ideal cəmiyyət təsvir etmişlər ki, bu cəmiyyətdə hər kəs həm öz həyatını, həm de öz həmvətənlərinin həyatını yaxşılaşdıra bilsin. 

Biz tez-tez «demokratiya», «idarəetmənin demokratik formaları», «demokrat adam», «demokratik dəb», «demokratik fikirlər» kimi sözlər eşidirik və özümüz də onları işlədirik. Biz bu sözlərə nə məna veririk? Nə üçün biz həyatımız boyu bu sözdən belə tez-tez istifadə edirik?
İlk baxışdan çox sadə görünsə də, «
demokratiya» anlayışının özündə, bir sıra çətinliklər var. Bu çətinliklər həm fəlsəfi, həm də praktik xarakter daşıyır. Elə məhz buna görədir ki, biz qarşımıza «demokratiya» sözünün əsl mənasını araşdırmaq məqsədi qoymuşuq.

«Demokratiya» məfhumunun mənasının izah edilməsinə çox kitab həsr olunub. Demokratiya nəzəriyyəsi ətrafında mübahisələr və diskussiyalar insan cəmiyyətinin mövcud olduğu bütün dövrlərdə davam edib. insanların daima səmərəli və ədalətli cəmiyyət qurmaq həvəsi böyük humanistlər və qanlı diktatorlar, cəsarətli islahatlar və viranedici müharibələr, milyonlarla insanların fikirlərinə hökmran kəsilən nəzəriyyələr və totalitar rejimlər yaratmışdır. İnsanlar demokratik cəmiyyət quruculuğunun həm xeyrinə, həm də əleyhinə onlarla arqument tapıb. Geniş xalq kütlələrinin idarəetmənin müxtəlif sahələrində iştirak etmələrinin əleyhinə olanlar belə deyirlər: «Təsəvvür edin ki, avtomobilin içində olanların hamısı onu idarə edir, biri sükanı çevirir, ikincisi sürət pedalını basır, üçüncüsü tormozlayır, dördüncüsü siqnal verir. Məgər yaxşı olmazmı ki, maşının idarə edilməsi bir adama - hara və necə getmək lazım olduğunu bilənə tapşırılsın? Qalanları isə sadəcə sərnişin olsunlar?» Bir çox diktatorlar və rəhbərlər sükanı ellərində möhkəm saxlayır və sərnişinləri «daha yaxşı» həyata doğru aparırdılar. Seçilmiş yolun düzgünlüyünə şübhə edənlər başqalarına dərs olmaq üçün maşından bayıra atılırdılar.


§1
DEMOKRATİYA DEYƏNDƏ BİZ NƏYİ NƏZƏRDƏ TUTURUQ?

Demokratiya deyəndə biz neyi nəzərdə tutacağıq? Mövcud olan saysız-hesabsız təriflərin hansını əsas götürəcəyik?
Bəlkə elə indi özümüzə
demokratiya dərsi verək? Demokratiya haqqında bir-birinə tamamilə zidd olan fikirlərə diqqət yetirin və bəzi məqamları özünüz üçün aydınlaşdırmağa çalışın. Məsələn, nə üçün ingilis filosofu, iqtisadçı və ictimai xadim olan C. S. Mill qeyri-məhdud demokratiyadan ehtiyat edir və bunda çoxluğun istibdadını görürdü? Qədim Yunan filosofu Demokrit isə deyirdi ki, onun üçün azadlıq köləlikdən nə qədər yaxşıdırsa, demokratik ölkədə yoxsul yaşamaq mütləq hakimiyyət dövründə xoşbəxt həyatdan bir o qədər üstündür». Müasir politoloqların fikrincə, demokratiya cəmiyyətdə elə bir siyasi təşkilatdır ki, o, xalqın hakimiyyət mənbəyi kimi tanınmasına əsaslanır, ona (xalqa) dövlət işlərində iştirak etmə hüququ verir və vətəndaşları real hüquqlar və azadlıqlarla təmin edir. R. Reyqan belə hesab edirdi ki, demokratiya heç de idarəetmə üsulu deyil, o, hökumətin insanların ailədə və məktəbdə aldıqları əsas dəyərlərin inkişafına mane olmasının qarşısını almaq üçündür.

Avraam Linkolnun (vəkil, siyasi xadim, 1860-cı ildə ABŞ-ın prezidenti seçilib) dediyinə görə demokratiya xalq tərəfindən həyata keçirilən, xalqın xatirinə xalq idarəetmə üsuludur. Siz saysız-hesabsız lüğətlərə və ensiklopediyalara müraciət edərək, «demokratiya» sözünün sizə daha çox uyğun gələn tərifini axtarmaqda davam edə bilərsiniz...

Yəqin ki, demokratiyaya baxımda fikirlərin bir-birindən belə fərqlənməsinə, bəzən de tamam zidd olmasına təəccüblənirsiniz. Təəccüblənməyin. Axı, Karl Popperin dediyinə görə, biz demokratiyam ona görə seçmirik ki, onun yaxşı cəhətləri çoxdur. Sadəcə olaraq, biz mütləqiyyətin qarşısını almaq istəyirik.

Məşhur fransız dövlət xadimi, tarixçi və ədəbiyyatçı Aleksis de Tokvil hələ 1835-ci ildə qeyd etmişdi ki, demokratik idarəetmənin çatışmazlıqları və zəif cəhətləri asanlıqla görünür, onları heç bir şübhə doğurmayan faktlarla sübut etmək olur (qərar qəbul etməyin çətinliyi, bu və ya digər məqalənin uzun-uzadı müzakirə edilməsi və s.), lakin onun faydası çox da nəzərə çarpmır, üstüörtülü qalır. Çatışmazlıqlar elə ilk dəfədən öz təsirini göstərir, yaxşı cəhətlər isə yalnız müəyyən müddət keçəndən sonra məlum olur.

Bəs demokratiyada bizi ən çox cəlb edən nədir? Bu suala cavab verməzdən əvvəl, gəlin bir düşünək: yəni doğrudan da hamımız idarə etmək, hökmran olmaq istəyirik? Əlbəttə yox. Amma etiraf etmək lazımdır ki, bu ideyanın bir çox cəzbedici cəhətləri var. Məsələ bundadır ki, biz özümüz qərara gəlirik ki, bizim üçün nə daha yaxşıdır bizə təsir göstərən siyasət bizim öz razılığımızla hazırlanır. Yəni bizim hər birimiz üçün vacib olan şey ölkənin, kollektivin, ailənin və s. həyatında iştirak etmək deyil, iştirak etmək hüququna malik olmaqdır.

Başqa sözlə desək, demokratiyanın əsasını şəxsiyyətin azadlıq hüququ, insanın şəxsiyyətinə hörmət təşkil edir. Ümumdünya insan haqqları Bəyannaməsinin müqəddiməsində oxuyuruq: «... bəşəriyyət dediyimiz bir ailənin bütün üzvlərinin ləyaqətinə, onların bərabər və ayrılmaz hüquqlarına hörmət etmək azadlığın, ədalətin və ümumi sülhün əsasını təşkil edir».

Demokratiya dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, ictimai vəziyyətindən, mülki vəziyyətindən və silkindən asılı olmayaraq bütün vətəndaşların bərabərliyini nəzərdə tutur. Lakin bərabərlik sözünü geniş mənada başa düşmək lazımdır: bu, həm imkanların bərabərliyidir, həm qanun qarşısında bərabərlikdir, həm də nümayəndəlik bərabərliyidir.

Demokratiyadan danışarkən biz, hər şeydən əvvəl, insanın müəyyən (ayrı-ayrı ölkələrdə müxtəlif) mexanizmlərin vasitəsilə dövlətin idarə edilməsində iştirakını, bu və ya digər kollektivin bərabər hüquqlu üzvü olmasını, öz mövqeyini ifadə etmək və eşidilə bilmək imkanını nəzərdə tuturuq.

Bu o deməkdir ki, demokratiyanı seçərkən biz bütün vətəndaşların bərabərliyinə inam hissindən çıxış edirik. Bir tərəfdən bu inam insanın azad olması fikrinə əsaslanır, digər tərəfdən isə, yaddan çıxarmaq olmaz ki, bir nəfərin azadlığı başqalarının da azad olmasına mane olmamalıdır. Bu fikri sübut etmək üçün Karl Popper belə bir misal gətirir Məhkəmədə qonşusunu döymüş bir xuliqanın işinə baxılır. Xuliqan deyir: «Mən azad vətəndaşam və öz yumruğumu istənilən istiqamətdə hərəkət etdirə bilərəm». Hakim bu sözlərə müdrik bir cavab verir: «Sizin yumruğunuzun sərbəst hərəkəti qonşunuzun burnunun vəziyyəti ilə məhdudlaşır.» Başqa sözlə desək, siz öz hərəkətlərinizdə yalnız o dərəcədə azadsınız ki, bu hərəkətlər başqasına mane olmur. Axı onun da sizin kimi hüquqları var.

Özünə rəhbər seçməkdə bərabər iştirak da elə bununla izah edilir. Demokratiyada hər kəs bir səsə malikdir, və bu səs hamıda bərabərdir. Əlbəttə, həyatda bu bərabərlik idealının öz çatışmazlıqları var. Ciddi tədqiqatlar aparmağa ehtiyac yoxdur. Elə onsuz da məlumdur ki, çox yüksək inkişaf etmiş demokratiyaya malik dövlətlərdə belə heç də bütün vətəndaşların öz azadlıqlarından istifadə etmək hüquqları bərabər deyil. Məsələn, ABŞ-ın indiki prezidenti Bill Klinton çalışır ki, mövcud qaydaları dəyişsin. Onun fikrinə görə seçkilərdə iştirak edən hər bir vətəndaşın savadlılığı müəyyən testlər vasitəsilə yoxlanılmalıdır.


Başa düşmək lazımdır ki, insanları sözdə siyasi hakimiyyət mənbəyi adlandırmaq kifayət deyil. O yerdə ki, vətəndaşlara hakimiyyətdə real şəkildə iştirak etmək və ona nəzarət imkanı yaradılıb, deməli burada
demokratiya var. Demokratiya o zaman qələbə çalacaq ki, bütün əhali doğrudan da bərabər hüquqla bütün dövlət işlərində iştirak etsin.

XX əsrin ortalarına yaxın demokratiyaya münasibətdə əsas üç nöqteyi-nəzər müəyyənləş-dirilmişdi:
1) hakimiyyət mənbəyi nöqteyi-nəzərindən (
demokratiya - xalq hakimiyyətidir);
2) hakimiyyətin məqsədləri nöqteyi-nəzərindən (
demokratiya - insanlar üçün və ya insanların naminə hakimiyyətdir);
3) və nəhayət, hökumətin formalaşması üsulları nöqteyi-nəzərindən.

Son nöqteyi-nəzər bu gün daha populyardır. İşdə bu o deməkdir ki, seçkilərə çox böyük əhəmiyyət verilir, çünki məhz seçkilərdə demokratiyanın iki əsas xüsusiyyəti öz əksini tapır:
birincisi, siyasətçilər daha çox səs almaq üçün rəqabət aparırlar
ikincisi, seçkilər vaxtı xalq namizədi müdafiə də edə bilir, və əgər həmin namizəd onun əsas maraqlarına uyğun gəlmirsə, onu qəbul etməyə də bilir, bununla da xalq ölkənin gələcək siyasi kursuna təsir göstərmiş olur.

Fikirləşin ki, Sizin şəhərinizdə (rayonda) son seçkilərdə namizədlərin rəqabətini və xalqın iştirakını necə təmin edə bilərsiniz.

Beləliklə, demokratiya ona görə şəxsiyyəti cəlb edir ki, o, hər şeydən əvvəl, insanın özünü ifadə etmək, özünü həyatda reallaşdırmaq arzusuna cavab verir, o, təşəbbüs üçün, azad yaradıcılıq üçün bir stimuldur.

Demokratik cəmiyyətdə insan haqqları təmin edilməlidir. Məsələn, ABŞ-ın konstitusiyası (onda ilk on düzəliş insan haqqları haqqında Bill kimi məşhurdur) vətəndaşların söz azadlığını, bir yerə toplanma azadlığını, etiqad azadlığını və s. təmin edir. Özü de bu halda vətəndaş hüquqları o fikrə əsaslanır ki, dövlət və hökumət xalqa xidmət etmək üçündür. İnsanın ona görə hüquqları var ki, o, insandır. Onun mənşəyi, milliyyəti, cinsi və s. heç bir rol oynamır. Vətəndaşların müəyyən ayrılmaz hüquqları var ki, onları heç bir hökumət nə ala bilər, nə de ləğv edə bilər. Lakin demokratik cəmiyyətdə öz hüquqlarım və maraqlarmı təmin etməyə can atan vətəndaşlar həm öz həyatları, həm də müəyyən dərəcədə başqalarının həyatına görə öz üzərilərinə müəyyən məsuliyyət də götürürlər. Xalqı xalqın köməyi ilə idarə etmək o deməkdir ki, demokratik cəmiyyətdə yaşayan vətəndaşlar cəmiyyətin nemətlərindən istifadə etməklə bərabər onun problemlərinə şerik də olur, çünki insan öz üzərinə yaşadığı cəmiyyət üçün müəyyən məsuliyyət də götürür (Bunun formaları barədə gələn fəsillərdə danışacağıq).

Bu mənada hər bir adam müqəddəsdir və onun müdafiəyə ehtiyacı var. Klassik fəlsəfənin banisi, alman filosofu İmmanuil Kant qeyd edirdi ki, «insan, şəxsiyyət həmişə və hər şeydə ilk növbədə məqsəddir, qətiyyən vasitə deyil, o cümlədən, məqsədə nail olmaq naminə. Bu məqsəd çox böyük və nəcib olsa da».

Lakin deyə bilərsiniz ki, bəşəriyyətin sivilizasiya tarixində insan haqqları və azadlıqları tez-tez elan edilib, lakin onlar elə çağırış və ya şüar olaraq qalıb. Həyatda biz onların pozulmasının şahidi olmuşuq.

Əgər insan hüquqi və ictimai cəhətdən qorunmursa, azadlıq və bərabərlik boş sözdən başqa bir şey deyil. Yəqin ki, bunun ən gözəl nümunəsi Oktyabr inqilabından sonrakı Rusiya ola bilər. 1936 və 1977-ci illərin Konstitusiyasında insan hüquqları təsbit edilmişdi, lakin əslində ölkədə totalitar rejim formalaşmışdı. Bu rejimin əsas xüsusiyyətləri aşağıdakılar idi:
1. Hakim partiyanın milliləşdirilməsi. Kommunist partiyası hakimiyyəti tamamilə ələ keçirmiş, bütün dövlət funksiyalarını qəsb etmişdi; o, bütövlükdə cəmiyyətin və ayrı-ayrı şəxslərin həyatına nəzarət edirdi. 1917-18-ci illərdə kommunistlərin əsas rəqibləri olan menşeviklərin, eserlərin və başqa partiyaların nümayəndələrinin müqaviməti qırılmışdı, 1918-ci ilin yanvarında Müəssislər məclisi həyasızlıqla qovulmuşdu.

Tədricən elə bir mexanizm əmələ gəlmişdi ki, xalq hakimiyyətdən uzaqlaşdırılmışdı, çünki demokratik təsisatlar avtoritar rejimi ört-basdır edən «demokratik şirma» rolunu oynayırdı. Artıq 1921-ci ildə RK(b)P-nın Mərkəzi yoxlama komissiyasının rəhbəri A. A. Solts yazırdı: «Proletariatın diktaturası dövründə uzun müddət hakimiyyətdə olmaq öz pozucu təsirini göstərmişdi... Bürokratiya, partiyanın sıravi üzvlərinə və bitərəflərə həddən çox təkəbbürlü münasibət, təchizat məsələlərində öz imtiyazlı vəzifələrindən sui-istifadə etmək halları bununla əlaqədar idi. Kommunistlərdən ibarət ierarxiya silki meydana gəlmişdi».

2. Repressiya aparatının yaradılması. ÜFK, DİXK, tribunallar, həbs düşərgələrinin fəaliyyətləri ilə müxtəlif terror metodlarından istifadə edilirdi. Məcburi səfərbərlik və əmək mükəlləfiyyəti hakimiyyəti eldə saxlamaq və möhkəmləndirmək metodları idi.

3. informasiya üzərində tam nəzarət, insanlara təzyiq göstərmək məqsədi daşıyan daimi təbliğat. Bolşevik hökumətinin ilk dekretlərindən biri müxalifət qəzetlərinin çoxunun bağlanması və senzuranın təyin edilməsi haqqında dekret idi. Sonralar dövri mətbuatın və kitabların nəşri üzərində dövlət inhisarı yaradılmışdı.

Tədricən cəmiyyətdə adamları özlərinki və özgələrə ayırmaq stereotipi əmələ gəlmişdi. Kommunist hərəkatının görkəmli liderlərindən olan N. İ. Buxarinin «Proletar mədəniyyəti nəzəriyyəsi» kitabından gətirilmiş sitatı diqqətlə oxuyun: «Hakim proletariatın qarşısında onun əleyhinə olan bir neçə qrup vardı:

1. cəmiyyətin parazit təbəqələri (keçmiş mülkədarlar, hər cür icarədarlar, istehsal prosesi ilə əlaqəsi olan burjua-sahibkarlar); ticarət kapitalistləri, alverçilər, birja işçiləri, bank sahibləri;

2. həmin təbəqələrdən cəlb edilmiş səmərəsiz administrativ aristokratiya (böyük bürokratlar, generallar, yepiskoplar);

3. burjua sahibkarlar - müxtəlif trest və sindikatları yaradanlar (sənaye aləminin «işbazları», bilavasitə kapitalist aləmi ilə bağlı olan görkəmli mühəndislər, ixtiraçılar və s.);

4. ixtisaslı bürokratlar (mülki, hərbi, ruhani);

5. texniki ziyalılar və ümumiyyətlə ziyalılar (mühəndislər, texniklər, zootexniklər, həkimlər, professorlar, vəkillər, jurnalistlər, müəllimlərin əksəriyyəti);

6. zabitlər;

7. varlı kəndlilər; 8. orta və bir qədər də xırda şəhər burjuaziyası;

9. ruhanilər...» Yəni ən yoxsul kəndlilərdən başqa əhalinin bütün başqa qrupları proletariatın düşməni elan edilirdi. Bu, rus xalqının həyatının məhv edilməsi «proqramı» idi... Bununla belə 70 il ərzində Rusiyada həyata keçirilən siyasət partiya və xalqın birliyi şüarları ilə pərdələnirdi.

Totalitarizm cəmiyyətin zor gücünə dəyişdirilməsini nəzərdə tutan inqilabi ideyalara əsaslanır. Əgər söhbət sosialist totalitarizmindən gedirsə, onun nümayəndələri sosializmin bütün variantları içindən inqilabi və dövlət sosializminə üstünlük verirlər.

Hər cür totalitar ideologiyanın əsas xüsusiyyəti antiliberalizmdir. Totalitarizm kütlə kollektivizmini, simasızlaşmam, kollektiv məsuliyyət ideyasını (kollektivin günahı), bütöv bir sinfin (bolşevizm), təşkilatın (faşizm) və ya millətin (millətçi sosializm), maraqlarına üstünlük verilməsini insan şəxsiyyətinə hörmətə, fərdi məsuliyyət ideyalarına əsaslanan liberal individualizmə qarşı qoyur.

Totalitar rejim dövründə bəşəriyyətin bütün təcrübəsi nəticəsində əldə etdiyi dəyərlər inkar edilir, tarixi keçmiş təhrif olunur, ənənəvi həyat və əxlaq formaları rədd edilir. Totalitar ideologiyanın əsas vəzifəsi xalq kütlələrini keçmişlə əlaqədar olan hər şeyə qarşı mübarizəyə qaldırmaq, onları yeni münasibətlərin ədalətli olmasına inandırmaq, totalitarizm siyasətinə haqq qazandırmaqdır.

Tədricən cəmiyyətin həyatının bütün sahələri milliləşdirilir. Dövlət cəmiyyət üzərində tam nəzarəti ələ keçirir. Bu halda demək olar ki, bu və ya digər dövlətdə yetkin totalitarizm mövcuddur.

Biz Sizə A. Y. Qolovatenkonun məktəblilər üçün yazdığı «XX əsrin totalitarizmi. Tarix və ictimaiyyət elmlərini öyrənənlər üçün materiallar» (M.; Şkola Press», 1992) kitabını oxumağı tövsiyə edirik. Bu kitabda totalitarizm problemləri konkret tarixi nümunələrlə izah edilir. SSRİ-də repressiyalar haqqında çoxsaylı materialları təhlil edərkən, xüsusilə də S. P. Melqunovun «Rusiyada qırmızı terror» və A. İ. Soljenitsının «QULAQ Arxipelaqı» kitablarmı oxuyarkən bir məsələ barədə düşünün: bolşevik terroru hansı ictimai qruplara qarşı yönəlmişdi?
Beləliklə, totalitar rejimlərin tarixi sübut edir ki, insan hüquqları və azadlıqlarını sadəcə olaraq elan etmək, hətta onları konstitusiya yolu ilə təsbit etmək heç də kifayət deyil. Hakimiyyət üzərində nəzarəti yerinə yetirən, onu totalitar xarakter almamaq üçün daim məhdudlaşdırmaq funksiyası daşıyan vətəndaş cəmiyyəti və hüquqi dövlətin olması vacibdir.

Bu halda vətəndaş cəmiyyətinin, eləcə də hüquqi dövlətin növləri və formaları bir-birindən əhəmiyyətli dərəcədə fərqlənə bilir (bu məsələ üzərində gələn fəsillərdə daha ətraflı dayanacağıq).


§2. HÜQUQİ DÖVLƏT

Hüquqi dövlət deyəndə biz nəyi nəzərdə tuturuq? Fikrimizcə bu, cəmiyyətdə dövlət quruculuğu çərçivəsində xalqın suverenliyinin həyata keçirilməsinin hüquqi normasıdır. Yəni, hakimiyyət səlahiyyətləri dövlətin əlindədir. Lakin bu səlahiyyətlər xalq tərəfindən qəbul edilmiş və qanuniləşdirilmiş hüquqi normalara əsaslanır.

Hüquqi dövlətin əsas xüsusiyyətləri hansılardır? Bu dövlət hansı şərtlərlə mövcud ola bilər?
Birinci şərt qanunun aliliyidir. Dövlət də, onun bütün orqanları da, hər cür kollektivlər və vətəndaş birlikləri də, ayrı-ayrılıqda hər bir şəxsiyyət də qanuna tabe olmalıdır. İnsanın ictimai vəziyyətindən, tutduğu vəzifədən asılı olmayaraq. Qanunun eyni dərəcədə müdafiə olunması hüququ hər bir ədalətli və demokratik cəmiyyət üçün əsas şərtdir. Konstitusiya hüququ üzrə mütəxəssis olan amerikalı Con P. Frenk qeyd edir ki, dövlət hamıya eyni münasibət bəsləməlidir. Dövlətin ən böyük şəxsləri də qanun qarşısında hüquq baxımından adi evdar qadınla tamamilə eyni hüquqa malikdir və qanunu pozarsa, vəzifəsini tərk etməlidir.

Təəssüflə demək lazımdır ki, SSRİ tarixində vəzifəli şəxslərin qanundan şəxsi məqsədlər üçün istifadə etməsi halları çox olmuşdur.

ikinci şərt - qanuna riayət olunmasına nəzarət etmək üçün təsirli bir sistemin olmasıdır. Qanunun həyata keçirilməsinə nəzarəti xüsusi olaraq yaradılmış müstəqil məhkəmələr, arbitrajlar və s. yerinə yetirməlidirlər.

Tarixi, ənənəvi, milli xüsusiyyətlərindən asılı olaraq, müxtəlif dövlətlərdə bu orqanların formalaşmasında və fəaliyyət göstərməsində əsaslı fərqlər var. Bu məsələdə ictimai rəy də mühüm təsir gücünə malikdir.

Demokratik dövlətlərdə vətəndaşlar, bir qayda olaraq, qanuna tabe olurlar, çünki başa düşürlər ki, dolayı yolla da olsa, onlar özləri qanunun yaranmasında iştirak edirlər. Lakin qanunçuluq prinsipi özü-özlüyündə hələ demokratiyaya təminat vermir. Qanunçuluq özünün tam əksinə - qanunsuzluğa da çevrilə bilər. Qanunçuluq yalnız o halda mövcud olur ki, o, həyata keçirilsin. Bu o deməkdir ki, qanunçuluq, hər şeydən əvvəl, onun effektivliyidir.

Və nəhayət üçüncü şərt, hakimiyyətin qanunverici, icraedici və məhkəmə hakimiyyətlərinə bölünməsidir. Bir çoxları bunu vacib şərt hesab etmir (bu barədə biz IV fəsildə danışacağıq).

Demokratiya azadlıqları müdafiə edən ideyalar və prinsiplər kompleksidir. O, həm də özünün uzun illər boyu mövcudluğu dövründə formalaşmış əməli norma və qaydalar kompleksindən ibarətdir. Yəni demokratiya azadlığa qanuni status verilməsi deməkdir. Deməli, demokratik prinsiplər aşağıdakı sahələrdə tətbiq edilə bilər:
1) dövlət münasibətləri sistemində;
2) insanların müxtəlif təşkilatlarının (ailə və məktəbdən tutmuş hər cür cərəyanlar və siyasi partiyalara qədər) formalaşması və fəaliyyət göstərməsində;
3) demokratiya insan hüquqları şəklində siyasi və ictimai dəyərlər formasında da mövcud ola bilər.

Bu sahələrin hansı demokratiyanı daha çox şərtləndirir? Mübahisəli məsələdir. Bu, yəqin ki, bir çox faktorlardan asılıdır və tarix, ənənə, mədəni dəyərlər, insanların dünyagörüşündən asılı olaraq müxtəlif dövlətlərdə müxtəlif şəkildə təzahür edir. Lakin nə vaxt ki, demokratik prinsiplər ictimai həyatın bütün sahələrində əsas prinsiplərə çevrilir, mədəni dəyərlərin en mühüm sahəsini təşkil edir, mədəniyyətin bir elementinə çevrilir, onda hesab etmək olar ki, demokratiya qalib gəlmişdir. Məsələnin mürəkkəbliyi ondadır ki, yuxarıda göstərilən halların hər birində təkcə demokratiya prinsipləri deyil, diktatura prinsipləri də tətbiq edilə bilər. Hətta bu prinsiplərin birləşmələrindən ibarət müxtəlif mürəkkəb kombinasiyalar da ola bilər. Belə bir hal hər bir adama da xasdır. Bəzən gözə görünən nəticələrə diktatura yolu ilə daha asan və daha tez nail olmaq olar. Elə ona görə də işdə «demokrat» olan bir çoxları ailədə «diktator» kimi hərəkət edir, və ya əksinə. Elə Sizlərdən hər biriniz dəfələrlə belə bir fikrə gəlmisiniz ki, adama bu və ya digər halda lazım olduğu kimi hərəkət etməyin vacibliyini izah edib inandırmaqdansa, onu bu işi siz deyən kimi yerinə yetirməyə məcbur etmək daha asandır.

İndi gəlin bir məsələni müəyyənləşdirək: nə üçün bəzi dövlətlərdə demokratik prinsiplər üstünlük təşkil edir, digərlərində diktatura?
Cəmiyyətin inkişaf prosesi çoxplanlıdır, onun bir çox variantı var. Lakin bu müxtəlifliyə baxmayaraq dövlət strukturlarında ümumi meyllər var ki, biz Sizinlə onları təhlil etməyə çalışacağıq.

Bu məsələ barədə yeganə bir fikir yoxdur. Dünyanın elmi təcrübəsində insan cəmiyyətlərini tədqiq etmək üçün müxtəlif nəzəriyyələrdən (metodologiyalardan) istifadə edilir.

Bizim ölkəmizdə son illərə qədər tarixi proseslərin təhlilində sinfi amil hökmran idi. Cəmiyyətin inkişafı bir ictimai-iqtisadi formasiyanın iqtisadiyyat sahəsində baş verən dəyişikliklər nəticəsində başqası ilə əvəz olunması kimi izah edilirdi. Qarşı-qarşıya dayanan antaqonist siniflərin mübarizəsi ictimai inkişafın aparıcı qüvvəsi hesab edilirdi. Qeyd edilirdi ki, iqtisadi qanunlar öz forma və strukturuna, fəaliyyət metodlarına görə müxtəlif üstqurumlar doğurur. Bu üstqurumlar dövlət aparatı, qanunlar və mənəvi dəyərlər şəklində təzahür edir. Cəmiyyətin inkişafı dedikdə, ibtidai-icma quruluşundan quldarlıq, feodalizm, kapitalizm və sosializm quruluşuna keçid nəzərdə tutulurdu. Buna müvafiq olaraq, demokratiya da ibtidai-icma, quldarlıq, feodalizm, kapitalizm və sosializm demokratiyası kimi təfsir edilirdi.

Cəmiyyətin inkişafına belə münasibət sizə tarix dərslərindən yaxşı bəllidir. Məsələn, Qədim Romadan, Fransada Dördüncü Respublikadan və ya Rusiyadan danışarkən siz belə bir münasibətlə rastlaşmısınız. Burada meydana belə bir sual çıxır:
Nə üçün eyni bir vaxtda, feodalizm dövründə İngiltərədə demokratiyanın genişlənməsi prosesi gedir, Lordlar palatası ilə yanaşı Ümumilər palatası yaradılır, Rusiyada isə xalq idarəetməsinin son izləri ləğv edilir, yalnız hökmdara tabe olan hakimiyyət aparatı meydana gəlir?
Belə suallar, belə misallar çoxdur. Onları yalnız formasiya və ya sinfilik nöqteyi-nəzərindən izah etmək mümkün deyil. Bəs bu halda nə etmək lazımdır?
Görünür, bu və ya başqa regionun və ya bütövlükdə cəmiyyətin inkişafını tədqiq edərkən təkcə iqtisadiyyatın inkişafmı deyil, insanların ictimai həyatının başqa formalarını da nəzərə almaq lazımdır. Bu formalar din, siyasət, mədəniyyət və incəsənət, təbiətlə qarşılıqlı əlaqə, mənəvi ənənələr və s.-dir. Belə tədqiqat üsulu sayəsində bizə geniş imkanlar yaranır. Əvvəla, biz bu və ya digər xalqa və ya dövlətə xas olan keyfiyyətlərə daha dərindən nəzər salır, həm də inkişafın müxtəlif dövrlərində hamı üçün eyni olan cəhətləri aşkara çıxarır, ümumiləşdirmələr aparır və hər hansı ümumi meylləri müəyyənləşdirə bilirik. Bizə elə gəlir ki, müasir şəraitdə demokratiya problemləri ümumdünya probleminə çevrilir. Ona görə də ümumdünya səviyyəsinə müraciət etməyə, bəşəriyyətə bütövlükdə nəzər salmağa cəhd göstərmək lazımdır. Bəşəriyyət sivilizasiya inkişaf etdikcə özünü dünya ictimaiyyətinə qarşı qoyan totalitar rejimlərin problemi milli sərhədlər çərçivəsini aşmışdır. Doğrudan da, nizə və zəhərli oxlarla silahlanmış bir qəbilənin başında duran qanlı diktator, ən çoxu qonşu qəbilələri məhv edə bilər. Lakin birdən nüvə silahına malik olan totalitar bir rejim «işıqlı gələcək» naminə planetin yarısına od vurmaq fikrinə düşdü? Unutmaq olmaz ki, bu gün bəşəri dəyərlərin aliliyini dərk edənlərin sayı artır. Elə ona görə də biz hansı dövlətdə yaşamaqdan asılı olmayaraq, insan haqqlarından, uşaq haqqlarından danışırıq. Son nəticədə bütöv bir bəşər sivilizasiyanın inkişafı və bizim hər birimizin daha yaxşı yaşaması müxtəlif mədəniyyət, millət və dinə məxsus olan adamların insan varlığının müxtəlif formalarında ümumi bir ahəngdarlığa nail olmalarından asılıdır. §3. DEMOKRATİYANIN TARİXİNDƏN Gəlin bir anlığa tarixə nəzər salaq və demokratiyanın necə yaranmasını və hansı formalarda mövcud olmasını təsəvvürümüzdə canlandırmağa çalışaq. Demokratiya idarəetmə forması kimi ilk dəfə qədim yunan şəhərlərində meydana çıxmışdı. Bu şəhərlər kiçik dövlətlər idi və yalnız azad doğulmuş kişilər onların vətəndaşı hesab edilirdi. «Müstəqim demokratiya » həyata keçirilərkən hər bir vətəndaş şəhərin əsas problemləri barədə qərar çıxarılmasında və bu qərarların yerinə yetirilməsində iştirak edə bilərdi. Burada kəmiyyət ən əsas amillərdən biri idi. Azad vətəndaşlar adətən meydanda (aqorada) toplaşıb bu və ya digər məsələni müzakirə edib qərar çıxarırdılar. Müstəqim demokratiya başqa ölkələrdə də mövcud idi. Məsələn, Rusiyada. Xalq hakimiyyəti knyaz idarəetməsindən əvvəl yaranmışdı. Əlyazmaları sübut edir ki, knyaz hakimiyyəti bərqərar olmazdan xeyli əvvəl xalq yığıncaqları şəhərlərdə adi bir hal idi. Onlar vətəndaşlara idarəetmə hüququ verir, onlara qeyri-məhdud təkhakimiyyətlilik mövcud olan dövlətlərdə misli görünməmiş cəsarət verirdi. Yəni slavyan xalqı, knyazlara itaət etsə də, müəyyən dərəcədə öz azadlığım saxlamışdı və mühüm məsələlərdə, eləcə də dövlət təhlükədə olarkən, bir yerə yığışırdı. Lakin etiraf etmək lazımdır ki, Rusiyada xalq yığıncaqları (veçelər) müntəzəm olaraq toplanmırdı; ehtiyac olarsa bir həftədə bir neçə yığıncaq keçirilə bilərdi. Lakin bəzən bir ildə bir dəfə də veçe keçirilmirdi. Adətən qeyri-adi hadisələrlə əlaqədar toplanırdılar, məsələn, hərbi uğursuzluqlar, düşmən hücumu, hakimiyyətin fəaliyyətindən narazılıq və s. hallarda. Başqa məsələləri bir qayda olaraq knyaz duma üzvləri ilə bir yerdə həll edirdi. Duma üzvləri «hərbi və mülki çinovniklər, drujina (knyazın yaxın adamları və qoşunu), eləcə də yaşı, ağlı və namusu ilə xalqın problemlərini həll etmək üçün etibar qazanmış şəhər ağsaqqallarından seçilirdilər». Veçe yığıncaqları öz klassik formasına Novqorod və Pskovda çatmışdı. Bu şəhərlərdə veçe qanunvericilik funksiyasına malik idi. 0, inzibati fəaliyyət göstərir, canişin və minbaşıları seçir, arxiyepiskop və ordu rəhbərlərini teyin edir, şəhər quruculuğuna aid qərarlar qəbul edir, şəhərətrafı ərazilərin idarə olunmasına rəhbərlik edir, məhkəmə funksiyalarmı yerinə yetirərək şikayətlərə baxır və borc iddialarının ödənilməsinə dair fərmanlar tərtib edirdi. Zaman keçdikcə müstəqim demokratiyadan hakimiyyət forması kimi istifadə edilməsi halları azalmağa başladı. Onun yerini diktaturaya yol verməyən dövlətlərdə nümayəndəli demokratiya  tutdu. Gündəlik həyatda bizim hər birimiz həm müstəqim, həm də nümayəndəli demokratiya ilə rastlaşmalı oluruq. Təsəvvürünüzə gətirin ki, sizin sinifiniz müəyyən bir məbləğ pul qazanıb. Elə birlikdə də ondan necə istifadə edəcəyinizi qərara almısınız: əksəriyyət voleybol topu və tor almağın tərəfinədir (Siz müstəqim demokratiya prinsipindən istifadə etmisiniz). Daha sonra siz yəqin ki, aranızdan bir nəfəri nümayəndə seçib sizi təmsil etmək üçün mağazaya göndərəcəksiniz ki, lazım olan şeyləri seçsin, pulunu versin və sizin üçün gətirsin. Yəni siz ona müvafiq səlahiyyətlər verirsiniz. Bu halda demək olar ki, siz nümayəndəli demokratiya formasından istifadə edirsiniz. Hökumətin qərar qəbul edə bilməsi üçün ohun istinad edə biləcəyi müəyyən qaydalar olmalıdır. Ya da, başqa sözlə desək, dövlətin əsas qanunu olan Konstitusiya olmalıdır ki, dövlət quruculuğunu, hakimiyyət strukturlarını, eləcə də qərar qəbul eləmə qaydalarını müəyyənləşdirsin. Müasir dövlətlərin çoxlarının Konstitusiyası var. Konstitusiyası olmayan dövlətlərdə isə idarəetmə adət-ənənələrə, dini qaydalara əsasən yerinə yetirilir. Bir qayda olaraq, konstitusiyalar uzun müddətə qəbul edilir və nadir hallarda dəyişdirilir. Bu dəyişiklik daha çox müharibələr, inqilablar və ya ölkənin siyasi kursunun kəskin surətdə dəyişilməsi nəticəsində baş verə bilir. Məsələn, AFR-nın, İtaliyanın və Yaponiyanın Konstitusiyaları bu ölkələrin II Dünya Müharibəsində məğlubiyyətlərindən sonra qəbul edilib. ABŞ-ın Konstitusiyası 200 ildən də çoxdur ki, fəaliyyət göstərir. Rusiyanın Konstitusiyası 1993-cü ildə qəbul edilib. İngiltərədə məsələ başqa cürdür. Burada Konstitusiyaya bənzər heç bir sənəd yoxdur. Ölkənin idarə olunması uzun illərdən bəri ənənələrin və ayrı-ayrı qanunların əsasında həyata keçirilir. Bu ənənə və qanunlar birlikdə heç də hər hansı bir rəsmi sənəddən pis işləmirlər. Demokratik rejimin çox mühüm keyfiyyətlərindən biri də odur ki, burada hakimiyyət bir şəxsdən başqasına keçir. Padşahlıq dövründə hakimiyyət adətən irsən verilir və ya saray çevrilişi nəticəsində başqa bir adama keçir. Latın Amerikasında bir çox dövlətlərdə hakimiyyətin hərbi çevriliş nəticəsində ələ keçirilməsi adi haldır. Demokratik cəmiyyətdə hakimiyyət dinc yolla, demokratik seçkilər nəticəsində qazanılır. Zalım hökmdardan necə xilas olmaq olar? Bu barədə düşünün. İndi də gəlin dövlət quruculuğundan danışaq. Qədim Yunanıstanın demokratik respublikalarının yerinə tədricən aristokratiya və oliqarxiya respublikaları gəlir. Aristokratiya nədir? Aristokratiya deyərkən, bir qayda olaraq, imtiyazlı zadəganlar nəzərdə tutulur. Aristokratiya kimi, oliqarxiya da azlığın hakimiyyətidir, lakin bu azlığın birliyi heç də onların zadəgan nəslinə mənsub olmalarına əsaslanmır. Onlar hakimiyyətdən öz mənafelərinə görə istifadə edərək, əhalinin qalan hissəsini dövləti idarəetmə işindən uzaqlaşdırırlar. Demokratik respublikalardan fərqli olaraq qədim aristokratiya hakimiyyət orqanlarını yalnız zadəgan nəslinin nümayəndələrindən təşkil edirdi. Elə həmin dövrdə dövlətçiliyin və qanunun yaranma prosesi baş verir. Onlar həyatın hər sahəsini tənzim edən ənənələr sistemini əvəz edir. Beləliklə, tayfa idarəçiliyinin yerini dövlət quruculuğu alır, adət-ənənəyə əsaslanan idarəetmədə hüquq anlayışları üzə çıxır. Dövlət təbii yolla yaranır, o, cəmiyyətin öz daxilindən meydana çıxır və cəmiyyətin inkişafı prosesində yeni-yeni keyfiyyətlər qəbul edərək inkişaf edir. Belə bir meyl dövlətin ayrılmaz hissəsi olan və iqtisadi, ictimai, siyasi və mədəni proseslərdən asılı olaraq dəyişən hüquqa da aiddir. Dövlətlərin meydana çıxması dünya təcrübəsində sanki iki əsas ssenari ilə gedib. Bir tərəfdən təxminən eyni təbii şərait Şərqdə Nil, Dəclə, Fərat, Hind, Xuanxe kimi iri çayların hövzəsində yeni dövlətlərin yaranmasına gətirib çıxarırdı. Bu çayların sahilləri boyundakı münbit torpaqlardan istifadə etmək yalnız birgə səy göstərməklə mümkün ola bilərdi. Çünki ayrı-ayrı icmalar təklikdə bəndlər tikmək, suvarma sistemləri yaratmaq kimi işlərin öhdəsindən gələ bilməzdilər. Yavaş-yavaş icma mülkiyyəti və dövlət mülkiyyəti formaları yaranırdı. Yeni yaranan dövlətlər təsərrüfatın idarə edilməsi və köçəri tayfalara müqavimət göstərilməsi Işində birgə səylərin əlaqələndiricisi vəzifəsini yerinə yetirirdilər. Bu isə hakimiyyətin yeni bir formasının - istibdad hakimiyyətinin yaranmasına gətirib çıxarırdı (istibdad - yunan dilində «despotizm» - hədsiz hakimiyyət deməkdir). Heç bir qanunla məhdudlaşdırılmayan tam hakimiyyət yalnız bir şəxsə - irsi hökmdara (firon, padşah) məxsus idi. Hökmdar ölkəni hərbi-bürokratik aparatın köməyi ilə idarə edirdi. Bu aparat saray zadəganlarından, hərbi xidmətdə olmuş aristokratiyadan və xüsusi imtiyazlı təbəqəyə aid olan ordu rəhbərlərindən ibarət idi. Diktatorların şəxsiyyəti ya onların sağlığında, ya da öləndən sonra ilahiləşdirilirdi. Despotik idarəetmə insanların dünyagörüşünə də təsir göstərirdi. İnsan özünü sanki təbiətlə vəhdətdə qəbul edir, öz həyatını əbədi dəyişməz hesab edirdi. İnsanlar ayin və mərasimlərə çox böyük əhəmiyyət verirdilər. Dinin təsiri altında insanların şüuru ağıla zidd idi, o biri dünyaya yönəlmişdi; real həyat müvəqqəti, keçici hesab edilirdi. Şərqdən fərqli olaraq Avropada dövlət mülkiyyəti demək olar ki, yox idi, əmtəə-pul münasibətləri daha böyük əhəmiyyətə malik idi, icmaların dağılması prosesi daha sürətlə gedirdi. Bazar münasibətləri sizə məlum olan quldarlıq, təhkimçilik hüququndan fərqli olaraq, iqtisadi icbari əmək tələb edirdi. Xüsusi mülkiyyət mühüm təsirə malik idi. Hüquqi dövlətdə əks olunan Roma hüquq normaları çox böyük əhəmiyyətə malik idi. Gələcək hüquqi dövlətlər üçün müəyyən dərəcədə əsas rolu oynayan Roma respublikası konsulların və nümayəndəli orqanların hakimiyyət birliyi nümunəsi idi. Bunların en mühümü Senat idi. Formal olaraq məşvərətçi orqan olsa da, o, əslində bütün maliyyə işlərinə, din məsələlərinə, beynəlxalq əlaqələrə və əyalətlərin idarə olunmasına baxırdı. Roma qanunlarına görə qanunvericilik xalq iclaslarına məxsus idi. Lakin onların qanunvericilik təşəbbüsü yox idi, yəni onlar özləri qanun təklif edə bilməzdilər. Burada yalnız Senat tərəfindən qəbul edilmiş qanunlar müzakirə edilə bilərdi. Ölkədə işlərə rəhbərlik konsullar, senzorlar, xalq iclasları tərəfindən bir il müddətinə seçilmiş pretorlar tərəfindən həyata keçirilirdi. Bu vəzifələrə görə maaş verilmirdi, odur ki, vəzifəyə seçilənlər ancaq varlı təbəqələrə aid olurdular. Elə məhz bu sistem, əlbəttə ki, xeyli dəyişmiş şəkildə, müasir hüquqi demokratik dövlətlərdə rast gəldiyimiz hakimiyyət bölgüsü üçün əsas rolu oynamışdır. İnsanları daha konkret insan mənəviyyatına istiqamətləndirən xristianlığın da bu prosesdə böyük təsiri olmuşdur. Hələ antik dövrdə insan özünü hər şeyin meyarı, təbiətin allahı hesab edirdi. Azad olmaq istəyi get-gedə Avropalıların qanına hopurdu. Avstriyalı iqtisadçı və siyasətçi, Nobel mükafatı laureatı Fridrix Avqust fon Xayek qeyd edirdi ki, qərb ölkələrindəki dəyərlərin əsasını təşkil edən fərdiyyətçiliyi xudbinlik və özünə heyranlıq kimi qəbul etmək olmaz. Bu fərdiyyətçiliyin əsas cəhətini daha çox şəxsiyyətə hörmət və dözüm təşkil edir. Elə düşünülməməlidir ki, qərb sivilizasiyasının tarixi irəliyə doğru açıq maneəsiz bir yoldur. Əlbəttə bu yolda enişlər də olub, kəskin yüksəlişlər də. Lakin qərb sivilizasiyasına məxsus olan dövlətlər addım-addım demokratiya təcrübəsi yığırdılar. Rusiya iki sivilizasiyanın (Şərq və Qərb) kəsişdiyi yerdə olub. O tarixən Qərblə bağlı olub, lakin Şərqə məxsus keyfiyyətlər, adət-ənənələr onun inkişafına çox böyük təsir göstərib. Tatar-monqol istilası da müəyyən iz qoymuşdur. Nəticədə həm Qərbə həm də Şərqə xas olan xarakterik cəhətlər Rusiyanın tarixində qəribə bir şəkildə əks olunmuşdur. Bir tərəfdən elə Rusiya da Qərbi Avropa ölkələri keçən inkişaf mərhələlərini keçmişdir. Rusiyada XV-XVI əsrlərdə mövcud olan silk zümrələri və silklərin təmsil olunmasının əsas sxemi Avropa ölkələrində olduğu kimi idi. Konkret ictimai-siyasi və iqtisadi inkişaflarından, dini baxışlarından irəli gələn spesifik milli xüsusiyyətlərinə baxmayaraq, İngiltərə parlamenti də, Fransa və Niderlandın baş ştatları da, Almaniyanın reyxstaqı və landtaqı da, Polşa seymi də, Rusiya zemstvo toplantıları (seçkili yerli idarələri) da zümrəli-təmsilçi orqanlar kimi bir çox oxşarlıqlara malik idilər. Lakin sonralar Rusiyada zümrəli-təmsilçi orqanlar sistemi inkişafdan qaldı və XVII əsrin ortalarında bu zümrəli-təmsilçi monarxiya mütləqiyyətə (absolyütizm) çevrildi. Nəticədə Rusiyada qüdrətli hərbi-bürokratik aparat və dövlət idarəetmə sistemi yarandı. Bu sistem özündə istibdad hakimiyyətinin xüsusiyyətlərini (zülm, zorakılıq) cəmləşdirdi. Siyasi və iqtisadi həyatın qapalı icma xarakter daşıması daha çox şərq ənənələrini xatırladır. Əgər Rusiyanın tarixinə bu nöqteyi-nəzərdən baxsaq, o bizə çox ziddiyyətli görünəcək. Bəlkə ölkənin demokratik idarəetmə orqanlarına keçidinin belə ağır olmasının səbəblərindən biri də elə budur.     N.N. Davletşina, B.B. Kimlika, R.C. Klark, D.U. Rey Demokratiya: "Dövlət və Cəmiyyət"  kitabından

Kateqoriya: Demokratiya Haqqında | Baxılıbв: 9792 | Əlavə etdi: Penah

Təqvim

«  Mart 2009  »
BeÇaÇCaCŞB
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtarış

Dost saytlar

Statistik


Onlayn: 1
Qonaq: 1
İştirakçılar: 0