AZ | ENG



Məqalələr
Demokratiya Haqqında [2]
Liberalizm [1]
Demokratiya Haqqında hər şey [9]

Sorğu

Azərbaycanda demokratiya olacağına inanırsınızmı?
Bütün cavablar: 410

Dərsliklər

Baş səhifə » 2009 » Mart » 24

Liberalizm, azadlığı ilk siyasi dəyər olaraq ələ alan bir ideologiya, siyasət ənənəsi və düşüncə axınıdır. Ümumi mənada liberalizm, fərdlərin ifadə azadlığına sahib olduğu, din, dövlət və bəzən təşkilatların gücünün məhdudlaşdırıldırıldığı, düşüncənin sərbəst bir şəkildə dolaşdığı, xüsusi təşəbbüsə imkan təmin edən bir sərbəst bazar iqtisadiyyatının olduğu, hüququn üstünlüyünü etibarlı edən şəffaf bir dövlət modeli və ictimai həyat nizamının formasıdır. Liberal demokratiya olaraq adlandırılan bu dövlət nizamı, açıq və ədalətli bir seçki sistemi ilə birlikdə bütün vətəndaşların qanun qarşısında bərabər olduğu və fürsət bərabərliyinə sahib olduğu bir sistem olaraq modelləşir.

Kralların təbii rəhbərlik haqqı, varislik sistemi, dövlət dini kimi köhnə dövlət nəzəriyyəsini meydana gətirən bir çox təməl qəbula liberalizm qarşı çıxar. Bütün liberallar fərdin yaşam haqqı, azadlığı və mülkiyyət haqqı kimi təməl insan haqqlarını qəbul edir və dəstəkləyir. Bununla birlikdə bir çox ölkədə müasir liberalizm, ictimai rifahın təmin edilməsi baxımından, dövlətin fərd azadlığı üzərində minimal bir məhdudlaşdırıcı gücü olmasını müdafiə edərək klassik liberalizmdən ayrılar.

Kateqoriya: Liberalizm | Baxılıb: 1026 | Əlavə etdi: Penah | Vaxt: 24.03.2009

Sosial Demokratiya nədir? 

Zərdüşt Əlizadə 

MÜQƏDDİMƏ

Azərbaycan Respublikası müstəqil dövlətlər ailəsinin tamhüquqlu üzvü kimi özünü ardıcıl olaraq təsbit edir. Cəmiyyətimiz 70 illik senzura və qadağalardan sonra dünyanın mənəviyyatı, ideya və siyasət xəritəsinin daha rəngarəng olduğunu görür və dünyanın siyasi təcrübəsini sürətlə qavrayır. Dünyanın müasir siyasət təcrübəsinə sosial-demokratiya məfhumunu və fəaliyyətini öyrənmədən yiyələnmək mümkünsüzdür, çünki bu siyasi-ideoloji cərəyan XX əsrin ən uğurlu və nüfuzlu hakimiyyət və cəmiyyət modellərini ortalığa qoymuşdur. Bu təcrübəyə maraq mütəmadi artır və Azərbaycan da bu prosesdən kənarda qalmır.

Sosial demokratiya ən ümumi şəkildə elə ədalətli cəmiyyət modelidir ki, orada üç əsas prinsip gözlənilir: azadlıq, bərabərlik və həmrəylik. Hər üç prinsipə nəzər saldıqda yəqinliklə demək olar ki, belə anlamda sosial-demokratiya Azərbaycan üçün, daha geniş götürülsə, müsəlman Şərqi üçün əsla yabançı deyildir. Azərbaycanın fikir və sənət dühaları həm xalqın ənənəsindən, həm islamın bərabərlik və həmrəylik ənənələrindən, həm də ictimai-siyasi inkişafın zərurətindən doğan ehtiyaclara cavab olaraq ideal cəmiyyət, ictimai bərabərlik və ədalət axtarışları ilə ciddi məşğul olmuşlar. Yalnız Şeyx Nizaminin adının çəkilməsi belə axtarışların əhəmiyyətindən xəbər verir
Kateqoriya: Demokratiya Haqqında | Baxılıb: 3798 | Əlavə etdi: Penah | Vaxt: 24.03.2009

Demokratiya (demos - xalq, kratos - hakimiyyət) yunan sözüdür, «Xalq hakimiyyəti» və ya xalq idarəetməsi deməkdir. Bəşəriyyətin ən ağıllı adamları minillər boyu cəmiyyətin inkişaf tarixini anlamağa çalışmış, fəlsəfi sistemlər yaratmış, elə bir ideal cəmiyyət təsvir etmişlər ki, bu cəmiyyətdə hər kəs həm öz həyatını, həm de öz həmvətənlərinin həyatını yaxşılaşdıra bilsin. 

Biz tez-tez «demokratiya», «idarəetmənin demokratik formaları», «demokrat adam», «demokratik dəb», «demokratik fikirlər» kimi sözlər eşidirik və özümüz də onları işlədirik. Biz bu sözlərə nə məna veririk? Nə üçün biz həyatımız boyu bu sözdən belə tez-tez istifadə edirik?
İlk baxışdan çox sadə görünsə də, «
demokratiya» anlayışının özündə, bir sıra çətinliklər var. Bu çətinliklər həm fəlsəfi, həm də praktik xarakter daşıyır. Elə məhz buna görədir ki, biz qarşımıza «demokratiya» sözünün əsl mənasını araşdırmaq məqsədi qoymuşuq.

Kateqoriya: Demokratiya Haqqında | Baxılıb: 9792 | Əlavə etdi: Penah | Vaxt: 24.03.2009

Təqvim

«  Mart 2009  »
BeÇaÇCaCŞB
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Axtarış

Dost saytlar

Statistika


Onlayn: 1
Qonaq: 1
İştirakçılar: 0