Demokratiya
öz qurumlarının məcmusundan daha geniş anlayışdır. Sağlam demokratiya, əsas
etibarilə, demokratik mülki mədəniyyətin inkişafından asılıdır. Dayənə Raviç
göstərir ki, bu mənadamədəniyyət incəsənətə, ədəbiyyata və ya musiqiyə aid
edilmir, lakin “davranışlara, təcrübələrə və normalara aid edilir ki, bunlar da
adamların özlərinin özlərini idarə etmək qabiliyyətini müəyyənləşdirir.”
Raviç
yazır: “Totalitar siyasi sistem qeyri-fəallıq və süstlük mədəniyyətini təqdir
edir. Rejim müti və itaətkar vətəndaşlıq formalaşdırmağa can atır. Bunun əksinə
olaraq, demokratik cəmiyyətin mülki mədəniyyəti fərdlərin azad şəkildə seçdikləri
fəaliyyəti ilə formalaşır. Azad cəmiyyətdə vətəndaşlar öz mənafelərini güdürlər,
öz hüquqlarını sınaqdan keçirir və öz həyatları üçün məsuliyyət daşıyırlar.
Onlar harada işləyəcəkləri haqqında, hansı işi görəcəkləri, harada
yaşayacaqları, siyasi partiyalara qoşulub-qoşulmayacaqları, nə oxuyacaqları və
başqa müvafiq hallar özləri qərar çıxarırlar. Bunlar siyasi qərarlar deyil, şəxsi
qərarlardır.”
Cəmiyyət
mədəniyyətinin bədii ifadəsi kimi, ədəbiyyat, incəsənət, dram əsərləri və filmlər
də hökumətdən asılı olmayaraq mövcuddur. Demokratik cəmiyyət rəssamlara və
yazışılara yardım edə bilər və ya onları başqa yolla rəğbətləndirə bilər, lakin
o, nə bədii standartlar təsis edir, bədii istedadın dəyəri haqqında mühakimə
yürüdür, nə də bədii ifadəyə senzura qoyur. İncəsənət işçiləri dövlətin nə fəhlələri,
nə də xidmətçiləridir. Demokratiyanın incəsənətə ilkin təkanı azadlıqdır –
yaratmaq, sınaqdan keçirmək, insan əqlinin və ruhunun dünyasını dərk etmək
azadlığıdır.
Demokratiya və təhsil
Təhsil
hər bir cəmiyyətin, xüsusən, demokratiyanın həyati komponentidir. Tomas
Cefersonun yazdığı kimi, “Əgər hər hansı bir xalq sivilizasiya şəraitində cahil
və azad olmağı güman edirsə, o, heç olmamış və olmayacaq şeyin baş verəcəyini
güman edir.”
Qeyri-fəal
şəkildə təqdiretmə mövqeyini təlqin edən avtoritar cəmiyyətlərdən fərqli
olaraq, demokratik təhsilin əsas qayəsi asılı olmayan, öyrənməyə maraq göstərən
və analitik dünyagörüşlü, eyni zamanda, demokratik qanun-qaydalara və təcrübələrə
dərindən bələd olan vətəndaşlar hazırlamaqdır. Vanderbilt universiteti
professoru Çester Eş Fin Nikaraquada xalq maarifi işçiləri qarşısında bir
çıxışında demişdir: “İnsanlar şəxsi azadlıq üçün iştaha ilə doğula bilərlər,
lakin onlar və onların uşaqları üçün azadlığa zaman keçdikcə yol açan ictimai və
siyasi tədbirlər haqqında biliklə doğulmurlar... Belə şeylərə nail olmaq
lazımdır. Onlar öyrənilməlidir.”
Bu
baxımdan, demokratiyada təhsilin vəzifəsinin, sadəcə olaraq, avtoritar rejimlərin
əsas doktrinnalarından uzaq olmaq və siyasi dəyərlərə neytral münasibət bəsləyən
tədrisi təmin etmək olduğu demək kifayət deyil. Bu qeyr-mümkündür: nəzərdə
tutulub-tutulmamasından asılı olmayaraq, təhsilin hamısı dəyər təqdim edir. Əlbəttə,
tələbələrə demokratiyanın əsaslarını açıq məlumatalma ruhunda da tədris etmək
olar ki, bunun özü də vacibdemokratik dəyərdir.
Eyni zamanda, tələbələrə adi düşünmə tərzinə şübhə ilə yanaşmağı təlqin etmişlər.
Onlara əsaslı dəlil və ciddi araşdırma lazımdır. Ciddi mübahisələr ola bilər,
lakin demokratik dərsliklər, sadəcə olaraq, ürəyəyatmayan və ya mübahisəli
görünən hadisə və faktlara etinasızlıq göstərməməlidir.
Fin
yazır: “Təhsil azad cəmiyyətlərdə fövqəladə mühüm rol oynayır. Başqa rejimlərin
təhsil sistemi həmin rejimlərin alətləri rolunu oynadığı halda, demokratiyada təhsil
o insanlara xidmət edir ki, onların həmin rejimi yaratmaq, ona təkan vermək,
onu yaxşılaşdırmaq bacarığı, geniş mənada, onların aldığı təhsilin keyfiyyətindən
və təsir gücündən asılı olur. Ədalətlə demək olar ki, demokratiyada təhsil
zaman keçdikcə, azadlığın özünün çıçəklənməsi üçün imkan yaradır.”
Ziddiyyət, kompromis və razılıq
İnsan
övladı bəzən bir-birinə zidd olan müxtəlif şeylər arzusuna düşür. Adamlar sakit
həyat istəyir, bununla belə, macəradan da zövq alırlar; onlar fərdi azadlığa
can atırlar, bununla belə, ictimai bərabərlik tələb edirlər.
Demokratiya
fərqli deyil və etiraf etmək vacibdir ki, bu gərginlik hallarının çoxu, hətta
paradokslar belə, hər bir demokratik cəmiyətdə mövcuddur. “Journal of
Democracy”nin (Demokratiya jurnalı) şərikli redaktoru və Huver İnstitunun elmi
işçisi Lari Dayamend-ə görə, mərkəzi paradoks ziddiyyət və razılıq arasında
mövcuddur. Demokratiya bir çox hallarda ziddiyyəti yoluna qoymaq üçün qaydalar
şəbəkəsindən başqa bir şey deyil. Eyni zamanda, bu ziddiyyət müəyyən kompromislərin
və razılıqların nəticəsi kimi yoluna qoyulmalıdır. Bərabərliyin bir cəhətinə
üstünlük vermək bütov bir tədbirin həyata keçirilməsi üçün təhlükə törədə bilər.
Əgər qruplar demokratiyanı ancaq onların tələblərini təmin etməli olan bir
forum kimi dərk edirlərsə, onda cəmiyyət daxildən sarsiya bilər. Əgər hökümət
razılığa nail olmaq üçün xalqın səsini kəsmək kimi müstəsna təzyiqlərə can
atarsa, onda demokratiya yuxarıdan darmadağın edilə bilər.
Cavab
budur ki, bunun yeganə və asan cavabı yoxdur. Demokratiya xüsusi prinsipləri və
qanun-qaydaları yoluna qoyulduqdan sonra öz-özünə hərəkət edən maşın deyil.
Demokratik cəmiyətin ziddiyyətlərin mütləq olacağını, eyni zamanda,
dözümlülüyün zəruriyyətini qəbul edən adamlara ehtiyacı var.
Etiraf
etmək zəruridir ki, demokratik cəmiyyətdə ziddiyyətin çoxu aydın şəkildə “düz”
və “səhv” hüquqlar və prioritetlər arasında deyil, ancaq onların fərqli şəkildə
izah edilməsi arasında olur. Birləşmiş Ştatlarda bu sahədə müzakirələr çox
olur. Məsələn, ənənəvi şəkildə ayrı-seçkilik üzündən azlıqda olan əzab çəkmiş
qruplar üçün işlərin müəyyən faizin ayrılması qanunidirmi? Yolunyaramazlığı ucundan dövlətin kiminsə evini
müsadirə etmək hüququ varmı? Əgər cəmiyyət ağac istehsalı ilə bağlı olan kiçik
kollektivlərin işlərinin itirlməsi və onların iqtisadi qarəti hesabına təbiətin
bakirəliyi hifz etmək naminə meşələri qırmağı və ağac istehsalını qadağan edirsə,
kimlərin hüquqları daha çox müdafiə olunmalıdır? Əgər polis narkotik maddələr
ticarətinin almaq üçün təsadüfi adamları tutub saxlayırsa, vətəndaşların
hüquqlarımı pozulur, yoxsa icmadakılarını müdafiə olunur?
Bunlar
asan suallar deyil və bu məsələlərə müraciət edərək, onları təhlil etmək üçün
ancaq demokratiyanın geniş qayda-qanunları müvafiq göstərişlər təmin edir. Əlbəttə,
zaman keçdikcə cavablar dəyişə bilər. Məhz bu səbəbə görə, demokratiya mədəniyyətinin
inkişafı zəruridir. Ən azı, fərdlər və qruplar arzu etməlidirlər ki, bir-biriləri
arasındakı fərqlərə dözsünlər, nəzərə alsınlar ki, müqabil tərəfin də müvafiq
hüquqları və qanuni baxımdan öz fikri və rəyi var. Müzakirənin müxtəlif tərəfləri
– istər yerli qonşuluqda, istər dövlət parlamentində olsun – belə olduğu halda ümumi
diltapma və kompromislə qarşılana bilər və çoxluğun hakimiyyətinin, azlığın isə
hüquqlarının ümumi prinsiplərinə əsaslanan özünəməxsus həllini tapa bilər. Bir
sıra hallarda formal səsvermə də zəruri ola bilər, lakin əksər hallarda müzakirələr
və kompromis yolu ilə qruplar qeyri-rəsmi şəkildə razılıq və dil birliyi əldə
edə bilərlər. Bu proseslər gələcək promləmləri həll etmək üçün zəruri olan
inamın yaradılmasına müsbət imtiyazlar verir.
Dain
Ravich göstərir: “Koalisiya yaradılması demokratik hərəkətin mayasıdır. O, müxətif
mənafelər təmsil edən qruplar arasında danışıqlar aparmağı, ümumi dil tapmağı və
konstitusion sistem çərçivəsində işləməyi öyrədir. Koalisiya yaratmaq üçün işləməklə,
müxtəlif fikirlərdə olan qruplar səs-küy salmadan fikrini nəce əsaslandırmağı,
öz məqsədlərinə demokratik üsulla necə can atmağı və nəhayət, bu müxtəliflik
dünyasında necə yaşamağı öyrənir.”
Demokratiya
Allahın nazil etdiyi dəyişməz həqiqətlərin şəbəkəsi deyil, lakin o elə bir
mexanizdir ki, onunla fərdlər və qurumlar, insanlar fikirlərin çarpazlaşması və
kompromisi yolu ilə, nə qədər qeyri-kamil olsa da, həqiqətə nail ola bilərlər.
Demokratiya praqmatikdir. İdeyalar və problemlərin həlli sabit ideologiyalara
qarşı qoyularaq, sınaq keçirilmir, lakin həmin ideyalar və problemlərin həllinin
başqa şəkildə əsaslandırıla və dəyişkən ola bildiyi, qəbul və ya rədd edilə
bildiyi reəl dünyada sınaqdan keçirilir.
Özünüidarə
nöqsanlardan müdafiə edə bilməz, etnik müzakirələrə son qoya bilməz və ya
iqtisadi çiçəkləmə zəmanəti verə bilməz. Buna baxmayaraq, özünüidarə nöqsanları
müəyyənləşdirə bilən, qrupların görüşməsinə və fikir müztəlifiyini həll etməyə
icazə bilən və iqtisadi inkişafda hərəkətvrici qüvvələr olan yeniliklər və
kapital qoyuluşu üçün imkanlar təklif edə bilən müzakirələr və sınaqlar
aparmağa icazə verir.