Avtoritalarda və başqa tənqidçilərdə belə yanlış bir
fikir var ki,əgər demokratiyaların təzyiq göstərmək gücü yoxdursa,onların idarə
etmək səlahiyyəti də yoxdur.Bu fikir kökündən səhvdir:demokratiyalar onların
hökümətlərinin zəif olmasını deyil,məhdud edilməsini tələb edirlər.Uzun tarixi
dövrə nəzər saldıqda,əlbəttə,hətta on illərlə davam edən demkratik dirçəliş
dövrünün faydalı mövqeyindən çıxış edərkən belə, demkratiyanın cılız və zəif
olduğu hallarına təsadüf edilir. Demokratiyalar tarixin qabarma və çəkilmələrinə
əsla etinasız yanaşmamışlar; onlar siyasi uğursuzluq nəticəsində dağılmış,
daxili çəkişmələrə dözməmiş və xarici hücumlar nəticəsində alt-üst edilmişdir.
Lakin demokratiyalar zaman-zaman fövqəladə bacarıq da nümayiş etdirmiş və sübut
etmişdir ki, öz vətəndaşlarının öhdəliklərinə götürdükləri vəzifə borcu və
şüurlu olaraq vətənə xidmət yolu ilə, onlar ciddi iqtisadi çətinlikləri aradan
qaldıra, ictimai və etnik
İnsan
hüquqları haqqında iki tarixi bəyannamə, aralarında bir aydan da bir qədər az fərq
olmaqla, 1789-cu ilin yayında və payızında qəbul edilmişdir – avqustun 26-da
Fransada İnsan Hüquqları və Vətəndaş Bəyannaməsi və sentyabrın 25-də Amerika
Hüquqlar Billi. Hər iki sənəd Frans və Amerika əlaqələrininyaxın və münasib olduğu bir dövrdə öz əsasını
Maarifçiliyin təbii hüquqlar haqqında müddəalarından və başqa fəlsəfi
qaynaqlarından götürürdü.
Erkən
Fransa-Amerika əlaqələri mürəkkəb olmuş və sabit olmamışdır. 1776-cı ildə
Amerika İnqilabı zamanı Fransa həm Maarifçilik ideyasının mərkəzi olmuş, həm də
təm-təraqlı iqamətgahı Versalda yerləşən və Avropada ən güclü monarxiya olan
Burbonların vətəni olmuşdur. Buna baxmayaraq, ümumi düşmən olan Böyük
Britaniyanı məğlub etmək üçün Fransa qiyam qaldırmış Amerika koloniyaları ilə hərbi
ittifaqa qoşulmuşdu. Fransanın Köhnə Rejimi tənqid edən nümayəndələri üçün, dəqiq
olub-olmasa da, Amerika fransızların senzuradan yaxa qurtarmış azadlıq Maarifçilik
idealının, təbii hüquqlarının və hökümətin rasional reformasının təmsilçisinə
çevrilmişdir.
Demokratiya
öz qurumlarının məcmusundan daha geniş anlayışdır. Sağlam demokratiya, əsas
etibarilə, demokratik mülki mədəniyyətin inkişafından asılıdır. Dayənə Raviç
göstərir ki, bu mənadamədəniyyət incəsənətə, ədəbiyyata və ya musiqiyə aid
edilmir, lakin “davranışlara, təcrübələrə və normalara aid edilir ki, bunlar da
adamların özlərinin özlərini idarə etmək qabiliyyətini müəyyənləşdirir.”
Raviç
yazır: “Totalitar siyasi sistem qeyri-fəallıq və süstlük mədəniyyətini təqdir
edir. Rejim müti və itaətkar vətəndaşlıq formalaşdırmağa can atır. Bunun əksinə
olaraq, demokratik cəmiyyətin mülki mədəniyyəti fərdlərin azad şəkildə seçdikləri
fəaliyyəti ilə formalaşır. Azad cəmiyyətdə vətəndaşlar öz mənafelərini güdürlər,
öz hüquqlarını sınaqdan keçirir və öz həyatları üçün məsuliyyət daşıyırlar.
Onlar harada işləyəcəkləri haqqında, hansı işi görəcəkləri, harada
yaşayacaqları, siyasi partiyalara qoşulub-qoşulmayacaqları, nə oxuyacaqları və
başqa müvafiq hallar özləri qərar çıxarırlar. Bunlar siyasi qərarlar deyil, şəxsi
qərarlardır.”
Cəmiyyət
mədəniyyətinin bədii ifadəsi kimi, ədəbiyyat, incəsənət, dram əsərləri və filmlər
də hökumətdən asılı olmayaraq mövcuddur. Demokratik cəmiyyət rəssamlara və
yazışılara yardım edə bilər və ya onları başqa yolla rəğbətləndirə bilər, lakin
o, nə bədii standartlar təsis edir, bədii istedadın dəyəri haqqında mühakimə
yürüdür, nə də bədii ifadəyə senzura qoyur. İncəsənət işçiləri dövlətin nə fəhlələri,
nə də xidmətçiləridir. Demokratiyanın incəsənətə ilkin təkanı azadlıqdır –
yaratmaq, sınaqdan keçirmək, insan əqlinin və ruhunun dünyasını dərk etmək
azadlığıdır.
Seçkilər
demokratik nümayəndəlik nhökumətlərinin mərkəzi qurumudur. Niyə? Çünki
demokratiyada hökumətin səlahiyyəti müstəsna olaraq, idarəolunanların
razılığından yaranır. Bu razılığı hakimiyyət səlahiyyətinə çevirmək üçün əsas
mexanizm azad və ədalətli seçkilər aparmaqdır.
Müasir demokratiyaların hamısı seçki keçirir, lakin
seçkilərin heç də hamısı demokratik deyil. Sağ cinah diktatorluqları, marksist
rejimləri və birpartiyalı hökumətlər də öz hakimiyyətlərinə qanunilik görkəmi
vermək üçün seçkilər səhnələşdirirlər. Belə seçkilərdə ancaq ya bir namizəd ola
bilər, ya da alternativ seçimlər olmadan namizədlər siyahısı ola bilər. Belə
seçkilər hər bir idarə üçün bir namizəd təklif edə bilər, lakin təhdid və
saxtakarlıq yolu ilə təminat verilir ki, ancaq hökumət bəyəndiyi namizəd seçiləcəkdir.
Digər seçkilər həqiqi seçmələr təklif edə bilər, lakin bu ancaq hakim partiya
daxilində olmalıdır. Belə seçkilər demokratik seçkilər deyil
Qanun qarşısında bərabərlik və ya bir
sıra hallarda deyildiyi kimi, qanun əsasında bərabər müdafiə, hər bir ədalətli
və demokratik cəmiyyət üçün əsasdır. İstər varlı olsun, istərsə də yoxsul, istər
etnik çoxluğa mənsub olsun, istər dini azlığa, istər dövlətin siyasi mütəffiqi
olsun, istər onun əleyhinə çıxsın – hamının qanun əsasında və qanuni müdafiə
hüququ var.
Demokratik
cəmiyyət zəmanət verə bilməz ki, həyat hamıya bərabər münasibət bəsləyəcək və həyatın
heç belə etmək vəzifəsi də yoxdur. Bununla belə, konstitusion qanun mütəxəssisi
Con Pş Frank yazır: “Hökumət heç bir şəraitdə əlavə bərabərsizlik qoya bilməz,
ondan özünün bütün adamları ilə eyni çəkildə və bərabər rəftar etməsi tələb
olunmalıdır.”
Qanun
adamların boynuna qoyulmuş bir şey deyil, onu adamlar yaratmış olsalar da, heç
kəs qanunun föqündə dura bilməz. Demokrati dövlət vətəndaşları qanuna ona görə
tabe olurlar ki, bilavasitə yolla olsa da, onlar qanunun yaradıcıları kimi, özlərinə
tabe olsunlar. Qanunları təsis etdikdən sonra, adamlar onlara riayət etməli
olduqda, həm qanuna, həm də demokratiyaya xidmət edilir.
Əsas prinsip
kimi, əsas insan hüquqlarını qorumaq geniş şəkildə qəbul edilmişdir: o, öz ifadəsinin
bütün dünyada yazılmış konstitusiyalarda, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının
Nizamnaməsində və Helsinki Son Aktı (Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə
Müşavirə - ATƏM) kimi beynəlxalq müşavirələrdə tapmışdır.
Hüquqların
müxtəlif kateqoriyaları arasında fərqi müəyyənləşdirmək başqa bir məsələdir.
Son vaxtlara qədər, xüsusən beynəlxalq təşkilatlar arasında, belə bir təmayül
var idi ki, əsas insan hüquqlarının siyahısını genişləndirsinlər. Söz, qanun
qarşısında bərabər müdafiə əsas azadlıqların bu qruplar məşğuliyyət, təhsil, hər
hansı bir şəxsin öz mədəniyyətinə və ya milliyyətinə müvafiq həyat standartları
hüquqlarını da əlavə etdilər.
Biz sübuta ehtiyaci olmayan bu həqiqətlərə
inanırıq ki, insanların hamısı bərabər xalq olunmuşdur və Yaradan onlara əllərindən
alınması mümkün olmayan müəyyən hüquqlar vermişdir ki, bu hüquqlar arasında
yaşamaq, azadlıq və səadətə can atmaq arzusu da var. Və bu hüquqları müdafiə
etmək üçün insanlar arasında idarəolunanların razılığı əsasında öz səlahiyyətlərini
məhz onlardan əxz edən hökumətlər qurulmuşdur.
Əldənalınmaz hüquqlar
Amerika
İstiqaliyyət Bəyannaməsinin yaddaşlar həkk olunmuş bu kəlamlarında Tomas
Ceferson demokratik hökumətin qurulması üçün əsas prinsipləri müəyyənləşdirmişdir.
Cefersonun sadaladığı əsas azadlıqları hökümətlər əta etmir; hökumətlər hər bir
fərdin həyatda mövcud olduğu üçün sahib olduğu əzəli azadlıqları mühafizə etməkdən ötrü yaradılır.
17-ci və
18-ci əsrlər Maarifçilik filosoflarının fikirlərinə görə, əldənalınmaz hüquqlar
Allah verdiyi təbii hüquqlardır. Mülki cəmiyyət, nə də hökumət onları aradan
qaldıra və ya “özgələşdirə” bilər.
Demokratiya kimi mürəkkəb bir hadisə üçün onun ilk dəfə nə zaman
meydana gəldiyini müəyyənləşdirmək fövqəladə asandır: Miladdan əvvəl beşinci əsrdə
Afina şəhər dövlətində Perikl Afinası adlanan qurum daha sonrakı siyasi nəzəriyyəçilər
və dövlət adamları nəslini ruhlandırmışdır. Bununla belə, Afina
demokratiyasının bir çox sahələri ona müasir gözlə baxdıqda qəribə və qeyri-adi
görünür.
Miladdan əvvəl altincı və beşinci əsrlərdə
Afinada mərkəzi siyasi qurum, adətən, açıq olan Assambleya idi. (Qadınlar,
qullar və xaricilər istisna təşkil edirdilər) Adi səs çoxluğu ilə, heç bir məhdudiyyət
olmadan, əslində, Assambleya hər cür yerli məsələni həll edə bilərdi. Məhkəmə
proseslərini 501 nəfər münsiflər heyətindən ibarət olub-olmamasını da əksəriyyərin
səs verməsi yolu ilə onlar müəyyən edirdilər.
Ən maraqlı cəhət, çox güman, bu idi ki,
Assambleyanın başçıları səsvermə yolu ilə seçilmir, püşk atmaqla təyin
olunurdu, çünki afinalılar bu əqidə də idilər ki, hər bir vətəndaşın ictimai
idarəyə rəhbərlik etmək istedadı var. Rəhbərlik etmək üçün idarələrin sayı çox
deyildi: başcılar bir il müddətinə təyin olunurdular, çünki Perikl Afinasında nəzərə
çarpa biləcək prezident, baş nazir, Kabinet və ya daimi mülki xidmət kimi icra
qurumları yox idi. Istisnasız demək olar ki, qanunyaratma ağırlığı
Assambleyanın vətəndaş-üzvlərinin üzərinə düşürdü -bu, ictimai xidmətin elə bir yüküidi ki, bu gün adamların əksəri belə yükün
altına girməyin qəbuledilməz oldğunu güman edə bilər.
Demokratiya
çoxlarına tanış bir söz ola bilər, lakin demokratiya hələ də düzgün dərk
olunmayan bir anlayışdır, və o, zaman-zaman öz müvafiq məqamında istifadə
edilmir. Bu, totalitar rejimlər və eyni zamanda, hərbi diktatorluqlar özlərinə
demokratiya damğası vuraraq, xalq kütləsinin onları müdafiə etməsi tələbini irəli
sürərkən baş verir. Bununla belə, demokratik ideyanın gücü, eyni zamanda, qədim
Afinada Perikldən tutmuş bugünkü Çexoslovakiyada Vatslav havelə qədər, 1776-cı
ildə Tomas Cefersonun İstiqlaliyyət Bəyannaməsindən Andrey Saxarovun 1989-cu
ildəki son çıxışlarınadək insan əqlinin və arzusunun ən dərin və hərəkətverici
ifadəsini əks etdirmişdir.
Lüğətdə verilən
tərifdən göstərilir ki, demokratiya “xalq tərəfindən idarə olunan elə hökümətdir
ki, orada ali hakimiyyət xalqa həvalə olunur və müstəqil şəkildə xalq tərəfindən
və ya azad seçki sistemi əsasında xalqın seçdiyi nümayədələr tərəfindən idarə
olunur.” Abraham Linkolun ifadəsi ilə desək, demokratiya “xalqa məxsus, xalqın
idarə etdiyi və xalq üçün” hökumətdir.