İnsan
hüquqları haqqında iki tarixi bəyannamə, aralarında bir aydan da bir qədər az fərq
olmaqla, 1789-cu ilin yayında və payızında qəbul edilmişdir – avqustun 26-da
Fransada İnsan Hüquqları və Vətəndaş Bəyannaməsi və sentyabrın 25-də Amerika
Hüquqlar Billi. Hər iki sənəd Frans və Amerika əlaqələrininyaxın və münasib olduğu bir dövrdə öz əsasını
Maarifçiliyin təbii hüquqlar haqqında müddəalarından və başqa fəlsəfi
qaynaqlarından götürürdü.
Erkən
Fransa-Amerika əlaqələri mürəkkəb olmuş və sabit olmamışdır. 1776-cı ildə
Amerika İnqilabı zamanı Fransa həm Maarifçilik ideyasının mərkəzi olmuş, həm də
təm-təraqlı iqamətgahı Versalda yerləşən və Avropada ən güclü monarxiya olan
Burbonların vətəni olmuşdur. Buna baxmayaraq, ümumi düşmən olan Böyük
Britaniyanı məğlub etmək üçün Fransa qiyam qaldırmış Amerika koloniyaları ilə hərbi
ittifaqa qoşulmuşdu. Fransanın Köhnə Rejimi tənqid edən nümayəndələri üçün, dəqiq
olub-olmasa da, Amerika fransızların senzuradan yaxa qurtarmış azadlıq Maarifçilik
idealının, təbii hüquqlarının və hökümətin rasional reformasının təmsilçisinə
çevrilmişdir.
10
il sonra amerikalılar Fransa İnqilabının ən həlledici dövründə - Baş Ştatların
çağrılmasında, Bastiliyanın alınmasında və Milli Müəssislər Məclisinin təsis
edilməsində fransızları möhkəm müdafiə edirdi. Lakin bu müdafiə XYİ Lüdovikin
edam edilməsi və Terror Hakimiyyətinin gəlişi ilə dayandırıldı. Vaşinqtonda
mühafizəkar Federalist hökuməti zorakılıqdan dəhşətə gəldi. Birləşmiş Ştatların
ikinci prezidenti Con Adams deyirdi: “Fransada nifaq və təfriqə salınır və dəhşətli
hadisələr baş verir.”
Bununla
belə, Tomas Cefersonun rəhbərliyi ilə Birləşmiş Ştatlarda baş qaldıran siyasi
müxalifət Fransa respublikaçılarını müdafiə etməkdə davam edirdi. Ceferson
yazırdı: “Avropa azazdlığı tarixinin bir fəsli burada yazılır.” Fransız
reformatorlarının və inqilabçılarının Amerikanı erkən idealizə etmələri 1790-cı
illərdə Amerika respublikaçılarının Fransanı idealizə etmələri ilə əvəz olundu.
Fransa
Maarifçiliyi nümayəndəsi d’Udto xanım Cefersona məktubunda yazırdı “Sizin
inqilabla bizim inqilabın səciyyəvi fərqi ondadır ki, sizin dağıtmaq üçün heç
bir şeyiniz olmadığı kimi, zərər vurmaq üçün də heç bir şeyiniz yox
idi.”Onların inqilabları dramatik şəkildə fərqlənə bilərdi, lakin Hüquqlar
Billində və İnsan Hüquqları Bəyannaməsində Fransa və Amerika 1791-ci il mayın
3-də imzalanmış Polşa konstitusiyasından tutmuş layihəsi bu gün verilən dövlət
konstitusiyalarında əks-sədası eşidilən fərdi hüquqların sürəkli təsdiqini həyata
keçirmişdir.