Öz ehtiraslarının əsiri olan adam heç vaxt azad ola bilməz. AZ | ENG

Məqalələr

Demokratiya Haqqında [2]
Liberalizm [1]
Demokratiya Haqqında hər şey [9]

Sorğu

Azərbaycanda demokratiya olacağına inanırsınızmı?
Bütün cavablar: 410

Dərsliklər

Baş səhifə » 2009 » Aprel » 27 » DEMOKRATİK HÖKÜMƏT
DEMOKRATİK HÖKÜMƏT
20:15

Demokratiya və hakimiyyət

Avtoritalarda və başqa tənqidçilərdə belə yanlış bir fikir var ki,əgər demokratiyaların təzyiq göstərmək gücü yoxdursa,onların idarə etmək səlahiyyəti də yoxdur.Bu fikir kökündən səhvdir:demokratiyalar onların hökümətlərinin zəif olmasını deyil,məhdud edilməsini tələb edirlər.Uzun tarixi dövrə nəzər saldıqda,əlbəttə,hətta on illərlə davam edən demkratik dirçəliş dövrünün faydalı mövqeyindən çıxış edərkən belə, demkratiyanın cılız və zəif olduğu hallarına təsadüf edilir. Demokratiyalar tarixin qabarma və çəkilmələrinə əsla etinasız yanaşmamışlar; onlar siyasi uğursuzluq nəticəsində dağılmış, daxili çəkişmələrə dözməmiş və xarici hücumlar nəticəsində alt-üst edilmişdir. Lakin demokratiyalar zaman-zaman fövqəladə bacarıq da nümayiş etdirmiş və sübut etmişdir ki, öz vətəndaşlarının öhdəliklərinə götürdükləri vəzifə borcu və şüurlu olaraq vətənə xidmət yolu ilə, onlar ciddi iqtisadi çətinlikləri aradan qaldıra, ictimai və etnik çəkişmələrə son qoya bilərlər və zəruriyyət tələb etdiyi şəraitdə, müharibə zamanı qalib gələ də bilərlər.

            Demokratiyanı tənqid edənlərin ən çox əsaslandıqları bu məsələlər onun dirçəlişinə imkan verir. Bəzilərinin göstərdikləri kimi, müzakirələr, fikir ayrılığı və kompromis prosesləri, əslində, demokratiyanın zəif cəhətləri deyil, onun gücünü təmsil edir. Əlbəttə, heç vaxt heç kəs demokratiyaları səbr və dözümlə hərəkət etməkdə fövqəladə bacarıq nümayiş etdirdikləri üçün təqsirləndirməmişdir: böyük mürrəkəb bir cəmiyyətdə demokratik qərar qəbul etmək yaramaz, üzücü və vaxt tələb edən bir proses ola bilər. Lakin nəticədə idarəolunanların razılığına əsaslanan hökumət inam və səlahiyyətlə danışa və hərkət edə bilər, halbuki, hakimiyyət səlahiyyəti hərbi gücün möhkəm olmayan narahat dayağına və ya seçilməmiş partiya aparatına arxalanan rejimdə buna təsadüf edilmir.

 

Nəzarətlər və tarazlıqlar

Demokratik təcrübəyə Amerikanın ən vacib töhfələrindən biri siyasi sistemin mərkəzləşmiş olmadığı və yeganə bir əldə birləşdirilmədiyinə təminat vermək üçün nəzarətlər və tarzlıqlar sisteminin inkişafıdır. Bu sistem  hökümətin öz səlahiyyətlərindən potensial sui-istifadənin qarşısının alınmış olduğu şəraitdə ən yaxşı hökumət olduğuna və imkan daxilində onun xalqa yaxın bir ruhda idarəolunmasına dərin inama əsaslanan bir sistemdir

            Ümumi termin kimi, nəzarətlər və tarazlıqların iki mənası varI hakimiyyət səlahiyyətlərinin federalizmi və bölüşdürülməsi.

Federalizm hökumətin dövlət, ştat və ya əyalət və yerli səviyyələrdə bölünməsidir. Məsəslən, Birləşmiş Ştatlar federal hökümətdən asılı olmayan, öz hüquq orqanları və səlahiyyəti olan ştatlardan ibarət federal bir respublikasır. Unitar siyasi quruluşa malik olan Britaniya və Fransa kimi dövlətlərdəki yarımbölgülərdən fərqli olaraq, Amerikada federal hökumət ştatları qadağan edə və dəyişdirə bilməz. Birləşmiş Ştatlarda 20-ci əsrdə hakimiyyət dövlət səviyyəsində ştat səlahiyyətinə münasibətdə əhəmiyyətli dərəcədə inkişaf etdiyinə baxmayaraq, ştatların hələ də təhsil, səhiyyə və hüquq mühafizə kimi sahələrdə əhəmiyyətli səlahiyyətləri var. Mərkəzləşdirilmiş və ya “unitar” sistemlərdə bu vəzifələr dövlət hakimiyyətinə həvalə olunur. Birləşmiş Ştatlarda ayrı-ayrı ştatlar öz növbəsində, ümumiyyətlə, federalist qəlibə əsaslanaraq, məktəblərin və polis departamentlərinin idarə olunması kimi bir çox vəzifələri yerli qurumlara həvalə etmişdir. Federal sistemdə hakimiyyətin və səlahiyyətin bölüşdürülməsi heç vaxt aydın və səliqəli olmamışdır – federal, ştat və yerli agentliklərin hamısının təhsil kimi sahələrdə biri digərini tamalayan və hətta qarşılıqlı ziddiyyətlər törədən idarə orqanları ola bilər. Bununla belə, federalizm vətəndaşların cəmiyyətin fəaliyyətinə həyati şəkildə qarışması üçün bütün müvafiq imkanları yaradır.

Özünün ikinci mənasında nəzarətlər və tarazlıqlar hakimiyyətlərin bölünməsinə aid edilir. Bu, 1789-cu ildə Amerika Konstitusiyasının layihəsini verənlərin səyi ilə yaradılıb ki, siyasi hakimiyyətin dövlət hökumətinin yeganə bir şaxəsinin əlində təmərküzləşməyəcəyinə onlar təminat versinlər. Güman ki, Konstitusiyanın hazırlanmasında əsas rol oynayan və sonralar Birləşmiş Ştatların dördüncü prezidenti Ceyms Madison yazmışdır: “Qanunvericilik, icra və məhkəmə hakimiyyəti kimi bütün hakimiyyətlərin bir əldə toplanması.... məhz istibdadln dəqiq və ədalətli təyini ola bilər.”

Kateqoriya: Demokratiya Haqqında hər şey | Baxılıbв: 899 | Əlavə etdi: Penah8482

Təqvim

«  Aprel 2009  »
BeÇaÇCaCŞB
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Axtarış

Dost saytlar

Statistik


Onlayn: 2
Qonaq: 2
İştirakçılar: 0