Demokratiya kimi mürəkkəb bir hadisə üçün onun ilk dəfə nə zaman
meydana gəldiyini müəyyənləşdirmək fövqəladə asandır: Miladdan əvvəl beşinci əsrdə
Afina şəhər dövlətində Perikl Afinası adlanan qurum daha sonrakı siyasi nəzəriyyəçilər
və dövlət adamları nəslini ruhlandırmışdır. Bununla belə, Afina
demokratiyasının bir çox sahələri ona müasir gözlə baxdıqda qəribə və qeyri-adi
görünür.
Miladdan əvvəl altincı və beşinci əsrlərdə
Afinada mərkəzi siyasi qurum, adətən, açıq olan Assambleya idi. (Qadınlar,
qullar və xaricilər istisna təşkil edirdilər) Adi səs çoxluğu ilə, heç bir məhdudiyyət
olmadan, əslində, Assambleya hər cür yerli məsələni həll edə bilərdi. Məhkəmə
proseslərini 501 nəfər münsiflər heyətindən ibarət olub-olmamasını da əksəriyyərin
səs verməsi yolu ilə onlar müəyyən edirdilər.
Ən maraqlı cəhət, çox güman, bu idi ki,
Assambleyanın başçıları səsvermə yolu ilə seçilmir, püşk atmaqla təyin
olunurdu, çünki afinalılar bu əqidə də idilər ki, hər bir vətəndaşın ictimai
idarəyə rəhbərlik etmək istedadı var. Rəhbərlik etmək üçün idarələrin sayı çox
deyildi: başcılar bir il müddətinə təyin olunurdular, çünki Perikl Afinasında nəzərə
çarpa biləcək prezident, baş nazir, Kabinet və ya daimi mülki xidmət kimi icra
qurumları yox idi. Istisnasız demək olar ki, qanunyaratma ağırlığı
Assambleyanın vətəndaş-üzvlərinin üzərinə düşürdü -bu, ictimai xidmətin elə bir yüküidi ki, bu gün adamların əksəri belə yükün
altına girməyin qəbuledilməz oldğunu güman edə bilər.
Heç bi konustitusion məsuliyyət qoyulmadan
güclü və məharətli oratorlar Periklin Afinasını fraksiyaçılıq və hiyləgərlik
batqaqlığına yuvarlayırdılar. Bununla belə, bu, filosof Sokrata ölüm cəzası verən
elə bir demokratik Afina idi ki, həmin səbəb üzündən Sokratın ən məşhur şagirdi
və qızğın antıdemokrat Platonun ölməz düşmənçiliyini qazanmışdı.
Düşmənlərinə və zəifliyinə baxmayaraq,
Afina demokratiyası cılız bir çiçək deyildi. O təqribən 200 il mövcud oldu – hətta
Milladdan öncə 404-cü ildə Peloponnes müharibəsində onun qəddar düşməni
Spartann əlində məğlub olduğuna baxmayaraq, məqlubiyyətdən sonra belə mövcud
oldu.