Biz sübuta ehtiyaci olmayan bu həqiqətlərə
inanırıq ki, insanların hamısı bərabər xalq olunmuşdur və Yaradan onlara əllərindən
alınması mümkün olmayan müəyyən hüquqlar vermişdir ki, bu hüquqlar arasında
yaşamaq, azadlıq və səadətə can atmaq arzusu da var. Və bu hüquqları müdafiə
etmək üçün insanlar arasında idarəolunanların razılığı əsasında öz səlahiyyətlərini
məhz onlardan əxz edən hökumətlər qurulmuşdur.
Əldənalınmaz hüquqlar
Amerika
İstiqaliyyət Bəyannaməsinin yaddaşlar həkk olunmuş bu kəlamlarında Tomas
Ceferson demokratik hökumətin qurulması üçün əsas prinsipləri müəyyənləşdirmişdir.
Cefersonun sadaladığı əsas azadlıqları hökümətlər əta etmir; hökumətlər hər bir
fərdin həyatda mövcud olduğu üçün sahib olduğu əzəli azadlıqları mühafizə etməkdən ötrü yaradılır.
17-ci və
18-ci əsrlər Maarifçilik filosoflarının fikirlərinə görə, əldənalınmaz hüquqlar
Allah verdiyi təbii hüquqlardır. Mülki cəmiyyət, nə də hökumət onları aradan
qaldıra və ya “özgələşdirə” bilər.
Əldənalınmaz
hüquqlara söz və fikri ifadə azadlığı,din və vicdan azadlığı, toplantı və qanun
qarşısında bərabər mühafizə hüququ azadlığı daxildir. Bu, heç də vətəndaşların
demokratik sistemdə bəhrələndikləri azadlıqların tam siyahsı deyil – demokratik
cəmiyyətlər, eyni zamanda, ədalətli məhkəmə hüququ kimi mülki hüquqlarda verir
– lakin bu, hər bir demokratik hökümətin təqdir etməli olduğu ümdə hüquqların
canını və qanını təşkil edir. Onlar hökumətdən asılı olmayaraq mövcud olduqları
üçün, bu qanunlar qanunvericilik əsasında kənarlaşdırıla bilməz, onlar seçilmiş
çoxluğun şıltaqlığının mövzusu da deyil. Məsələn, Birləşmiş Ştatlar
Konstitusiyasında Birinci Düzəliş insanlara din və ya mətbuat azadlığı vermir;
o, söz, din və sakit yığıncaq azadlıqları işinə qarışan qanun verməyi Konqresə
qadağan edir. Tarixçi Levi demişdir: “Fərdlər onların hökuməti azad olmadığı şəraitdə
azad ola bilərlər.”
Əsas insan
hüquqları ilə bağlı olan qanunların müfəssəl şəkildə formaıaşdırılması və icra
olması zəruri olaraq, cəmiyyətdən cəmiyyətə dəyişəcək, lakin hər bir
demokratiya onların müdafiəsini təmin edən konstitusion, qanuni və ictimai
qurumlar yaratmaq vəzifəsini öz qarşısına qoymalıdır.
Söz azadlığı
Söz və fikri
ifadə azadlığı hər bir demokratiyanın şah damarıdır. Müzakirə aparmaq və səs
vermək, toplaşmaq və etiraz etmək, ibadət etmək və hamı üçün ədalət təmin etmək
– bunların hamısı nitqin və məlumatın hədsiz-hüdüdsuz axınına əsaslanır. “Demokratiya uğurunda mübarizə” başlıqlı
televiziya verilişləri seriyasının yaradıcısı Patrik Uilson qeyd edir:
“Demokratiya ünsiyyətdir: öz ümumi problemləri haqqında söhbət edən və öz ümumi
taleləri düşünən adamlardır. Özünüidarə ilə məşğul ola bilmək üçün, insanlar öz
fikirlərini ifadə etməkdə azad olmalıdırlar.”
Demokratik
sistem vətəndaşları belə bir əqidə ilə yaşayırlar ki, fikir və rəylərin açıq
mübadıləsi yolu ilə həqiqətən son nəticədə saxtakarlıq üzərində zəfər
çalacaqdır, başqalarının dəyərləri daha yaxşı dərk ediləcəkdir, kompromis sahələri
daha aydın müəyyənləşdiriəcəkdir və tərəqqiyə yol açılacaqdır. Belə mübadilərin
nüfuz dairəsi nə qədər geniş olsa, o qədər yaxşıdır. Amerika yazışısı E.B. Uayt
bunu belə izah edir: “Bizim azad ölkəmizdə mətbuat öz səciyyəsi ilə yaxşı
olduğuna görə deyil, onun böyük özünəməxsusluğu ilə etibarlı və faydalıdır. Nə
qədər ki, hər birinin öz xüsusi həqiqət meyarı olan çoxsayli mətbuat sahibləri var,
biz adamların da həqiqətə nail olmaq və işıqlı dünyada yaşamaq imkanları var...
Təhlükəsizlik saydadır.”
Avtoritar
dövlətlərdən fərqli olaraq, demokratik hökumətlər yazılı və şifahi nitqin məzmununa
nə nəzarət edir, onu nə diktə edir, nə də mühakimə edir. Demokratiya savadlı və
bilikli vətəndaşlıqdan asılıdır ki, onların geniş şəkildə məlumat əldə etmək
imkanları onlara öz cəmiyyətinin ictimai həyatında, imkan daxilində, tam
iştirak etməyə şərait yaradır. Cəhalət biganəliyə səbəb olur. Demokratiya heç bir
maneəyə rast gəlməyən fikirlərin, məlumatların, rəylərin və düşüncələrin
axınına söykənən vətəndaşların enerjisi əsasında çiçəklənir.
Bəs kütləvi məlumat
vasitələri və başqa təşkilatlar söz azadlığından sui-istifadə edərək,
çoxlarının fikirnə göya, sadəcə olaraq, ürəkbulandırıcı olduğu haqqında şayiələr
yaydığı hallarda hökumət nə etməlidir? Ümumiyyətlə, bu sualın cavabı yoxdur.
Sadəcə olaraq, belə məsələr haqqında fikur söyləmək hökumətin işi deyil. Əsasən,
söz azadlığı qayğısı söz azadlığından geniş anlayışdır. Qəribə görünsə də,
demokratiya bir sıra hallarda, söz azadlığına təsir göstərən qeyri-demokratik
siyasəti özləri müdafiə edən fərdlərin və qrupların hüquqlarını qorumalıdır.
Demokratik cəmiyyətdə vətəndaşlar bu hüququ belə bir əqidəyə görə müdafiə edirlər
ki, sözü və fikir ayrılığını boğmaqdansa, açıq müzakirələr, nəhayət, daha böyük
həqiqətlərə və daha müdrik ictimai fəaliyyətə aparıb çıxara bilər.
Bundan əlavə,
söz azadlığı müdafiəçisi təsdiq edir ki, onun bu gün təhqiramiz hesab etdiyi
fikrin ifadəsinə görə göstərilən təzyiq, ola bilər ki, sabah onun söz
azadlığından istifadəsi üçün potensial təhlükə törətsin; bunu isə siz və ya
başqa biri təhqiramiz hesab edə bilər. Bu fikrin klassik müdafiəçilərindən biri
ingilis filosofu Con Stüart Milldir. 1859-cu ildə o, özünü “Azadlıq haqqında”
adlı əsərində əsaslandırırdı ki, sözə təzyiq göstərildikdə, bütün insanlara zərər
dəyir. Mill yazırı: “Əgər rəy doğrudursa, onda o, həqiqəti səhv ilə əvəz etmək
imkanını aradan qaldırır. Əgər rəy səhvdirsə, onda o, daha aydın təsəvvürdən və
onun nöqsan ilə toqquşmasının doğurduğu daha həyati təsirdən məhrum olur...”
Nəticə
etibarilə, söz azadlığı adamların bir yerə toplaşması və sakit şəkildə hökumətin
onların şikayətlərini eşitməsi tələbi ilə bağlı hüquqdur. Bir yerə toplaşmaq və
dinlənilmək hüququ olmadan, söz azadlığı öz siqlətini itirə bilər. Bu səbəb görə
də, belə hesab edilər ki, söz adadlığı ayrılmaz şəkildə bir yerə toplaşmaq,
narazılıq ifadə etmək və dəyişiklik tələb etmək hüququndan törəmiş olmasa da,
onlarla yaxından bağlıdır. Demokratik hökumətlər əmin-amanlığı mühafizə üçün
siyasi mitinqlərin və nümayişlərin vaxtını və yerini qanuni şəkildə tənzimləyə
bilər, lakin onlar bu səlahiyyətdən etiraza təzyiq göstərmək və başqa tərzdə
düşünən qrupların səslərinin eşidilməsinin qar.ısnı almaq üçünistifadə edə bilməz.
Azadlıq və inam
Din azadlığı
və ya, daha geniş şəkildə, vicdan azadlığı hər hansı bir şəxsin arzu və istəyinin
xilafına olaraq, onun hər hansı başqa bir dinə və başqa əqidəyə tapınması tələbini
qoymamaq deməkdir. Bundan əlavə, hər hansı bir kişi və ya qadın bir dini
başqasından üstün tutaraq, onu seçirsə, və ya, əlbəttə, əsla heç bir dinə
tapınmırsa, belə hallara görə heç kəs cəzalandırıla və ya cərimə oluna bilməz.
Demokratik dövlət hər hansı bir kəsin diniinamının onun öz şəxsi işi olduğunu etiraf edir.
Bununla
bağlı olaraq, din azadlığı o deməkdir ki, hökumət heç bir kəsi rəsmi bir kilsəyə
və ya inama tapınmağa məcbur edə bilməz. Uşaqları xüsusi dini məktəblərə getməyə
məcbur etmək olmaz, heç bir kişi və ya qadından onların arzularının xilafına
olaraq, dini xidmətlərdə iştirak etmək, ibadət etmək və dini fəaliyyətlə bağlı
iş görməyi tələb etmək olmaz. Uzun tarixi və ənənəvi səbəblərlə bağlı olaraq,
bir çox demokratik dövlətlər rəsmi şəkildə kilsələr və dinlər təsis etmişlər
ki, bunlar dövlətdən yardım alır. Bununla, belə bu fakt rəsmi şəkildə təsis
olunmuş dindən başqa bir dini əqidəyə tapınan şəxslərin azadlığını müdafiə üçün
hökumətin məsuliyyətini azaltmır.
Vətəndaşlıq: Hüquqlar və vəzifələr
Demokratiya
belə birprinsipə əsaslanır ki, xalq hökumətə xidmət etmək üçün deyil, hökumət
xalqa xidmət etmək üçündür. Başqa sözlə desək, xalq demokratik dövlətin
subyekti deyil, onun vətəndaşlarıdır. Nə qədər ki, dövlət öz vətəndaşlarının
hüquqlarını müdafiə edir, vətəndaşlar dövlətət sədaqət nümayiş etdirirlər. Digər
tərəfdən, avtoritar sistemdə dövlət cəmiyyətdən əlahiddə mövcud olan bir qurum
kimi, öz hərəkətləri üçün xalqın razılığı təmin etməkdən ötrü öhdəsinə heç bir
qarşılıqlı vəzifə götürmədən, vətəndaşlardan sədaqət və xidmət tələb edir.
Məsələn,
demokratik sistemdə vətəndaşlar səs vererkən, onların adından hakimiyyətə kimin
gələcəyini müəyyən etmək üçün öz hüquqlarını və vəzifələrini sınaqdan keçirirlər.
Avtoritar dövlətdə isə, əksinə, səsvermə aktı mövcud rejimin artıq seçmiş
olduğu adamları ancaq qanunniləşdirməyə xidmət edir. Belə bir cəmiyyətdə səsvermə
vətəndaşların nə hüquqlarını, nə də vəzifələrini sınaqdan keçirməyi nəzərəalır,
o, ancaq hökumətin guya xalq tərəfindən müdafiə olunduğunu göstərmək üçün
şoudur.
Buna müvafiq
olaraq, demokratik sistemdə vətəndaşlar hökumətdən asılı olmayan və onların özləri
seçib-bəyəndikləri təşkilatlara birləşmək və öz cəmiyyətlərinin ictimai həyatında
azad iştirak etmək hüququndan bəhrələnirlər. Eyni zamanda, vətəndaşlar bir vəzifə
kimi qəbul etməlidirlər ki, belə iştirak məhdudiyyətlər də qoyur: müvafiq məsəslərlə
bağlı özlərini tərbiyə etmək, etiraz rəyi ilə çıxış edənlərə münasibətdə
dözümlülük nümayiş etdirmək və razılığa gəlmək zəruri olduqda, kompromisə girməyi
bacaqmaq.
Bununla belə,
avtoritar dövlətdə özəl könüllü qruplar azdır və ya heç mövcud deyil. Onlar məsələlərin
müzakirələrində iştirak edən və ya öz işlərini irəli sürən fərdlərə vasirə xidməti
etmir, ancaq öz subyektlərini tabeçilik vəziyyətində saxlayan dövlətin başqa
bir silahı kimi xidmət edir.
Demokratik və
qeyri-demokratik cəmiyyətlərdə hərbi xidmət hüquqların və vəzifələrin müxtəlif,
lakin bərabər şəkildə daban-dabanazidd
nümunəsini təmin edir. İki müxtəlif dövlətin hər ikisi əmin-amanlıq dövründə öz
gənc vətəndaşlarını hərbi xidmətə çağıra bilər. Avtoritar dövlətdə bu vəzifə
borcu şərksiz-şübhəsiz həyata keçirilir. Demokratik dövlətdə isə hərbi xidmətin
bu dövrü elə bir vəzifədir ki, cəmiyyətin vətəndaşları özləri seçdikləri hökumətin
vediyi qanunlar əsasında həmin vəzifəni öz öhdələrinə götürmüşlər. Əmin-amanlıq
zamanı hərbi xidmət hər bir cəmiyətdə vətəndaşların ürəyindən olamaya da bilər.
Lakin demokratik sistemdə əsgər-vətəndaş belə bir inamla xidmət edir ki, o.
Onun öz cəmiyyətinin azad şəkildə qəbul etdiyi vəzifə borcunu yerinə yetiri.
Bundan əlavə, demokratik cəmiyyətin üzvləri kollektiv şəkildə hərəkət etmək və
bu vəzifə borcunu dəyişdirmək səlahiyyətləri olduğunu bilirlər. Birləşmiş
Ştatlar və bir sıra ölkələr etdikləri kimi, icbari hərbi xidməti ləğv edətək, ümumi-könüllü
ordu yaratmaq; bir qədər əvvəl Almaniyada baş verdiyi kimi, Hərbi xidmət
dövrünü dəyişdirmək; yaxud İsveçrədə oldğu kimi, vətəndaşlığın əsas hissəsi
olaraq, kişilər üçün hərbi xidmət ehtiyatı saxlamaq.
Bu nümunələrdə
vətəndaşlıq eyni məsələnin müxtəlif tərəflərini təşkil edən hüquqların və vəzifələrin
geniş şərhini ehtiva edir. Fərdin öz hüquqlarını sınaqdan keçirməsi də o
hüquqları özü üçün və başqaları üçün qorumaq və gücləndirmək vəzifəsidir. Hətta
yaxşı təsis edilmiş dmokratiyada belə, vətəndaşlar bir sıra hallarda bu bərabərliyi
düzgün başa, bir çox hallardan istifadə edirlər. Siyasi məsələlərlə məşğul olan
alim Benyəmin Barber qeyd etdiyi kimi, “demokratiya bəzi hallarda çoxluğun
hakimiyyəti kimi başa düşülür, hüquqlar isə daha çox fərdlərin mənsub olduqları
özəl mülkiyyət və beləliklə, ziddiyyət kimi başa düşülür. Lakin bu həm
hüquqların, həm də demokratiyanın düzgün anlaşılmaması deməkdir.”
Əlbəttə,
doğrudur ki, fərdlər söz azadlığı, toplantı azadlığı və din azadlığı sınaqdan
keçirirlər, buna görə də həmin qanunlar hər cür demokratik bünövrə əsasında
qurulmuş hökumətə məhdudiyyətlər qoyur. Bu mənada, fərdi hüquqlar hökumətin və
ya ömrü o qədər də uzun olmayan çoxluq səlahiyyətinin təhqirinə qarşı ədalətli
bir istehkamdır.
Lakin başqa mənada,
hüquqlar da fərdlər kimi təcrid olunmuş şəkildə fəaliyyət göstərmir. Hüquqlar fərdlərin
özəl malı deyil, lakin hüquqlar cəmiyyətin başqa vətəndaşları həmin hüquqların
mövcudluğunu qəbul edənə qədərfəaliyyət göstərir. Amerika filosofu Sidney Huuk
ifadə etdiyi kimi, seçici “öz azadlığının əsas hamisidir.” Bu baxımdan, vətəndaşların
səs verək seçdikləri və onlar qarşısında məsuliyyət daşıyan hökumət fərdi
hüquqların himayəçisi olur. Demokratik cəmiyyətdə vətəndaşlar mülki vəzifə borclarını
və məsuliyyətləri öhdələrinə öz hüquqlarının gücünü artırmaq naminə götürürlər.
Daha geniş şəkildə
desək, bu vəzifələr demokratik prosesin fəaliyyətinə zəmanət vermək üçün həmin
demokratik prosesdə iştirakı məhdudlaşdırır. Ən azı, əgər ancaq yüksək vəzifəyə
irəli sürülən namizədə düşünüb-daşınaraq səs vermək gərəkdirsə, vətəndaşlar
onların cəmiyyətinə qarşı duran tənqidi məsələləri özləri öyrənməlidirlər.
Mülki və cinayət işlərinə baxılan məhkəmələrdə münsiflər heyətinin tərkibində
iclasçı şəklində iştirak kimi başqa vəzifə borcları qanun üzrə tələb oluna bilər,
lakin bunların əksəri könüllüdür.
Demokratik hərəkətin
özəyini cəmiyyət və dövlət ictimai həyaında onunvətəndaşlarının fəal və azad şəkildə
seçilmiş iştirakı təşkil edir. Bu cür geniş və təkanverici iştirak olmadan
demokratiya gücdən düşməyə baçlayacaq və kiçik, azsaylı dəstələrin və təşkilatların
mühafizinə çevriləcəkdir. Lakin fərdlərin cəmiyyətin spektri boyu fəal işi nəticəsində,
demokratiya müdafiə edəcəyinə and içdiyi azadlıqları və hüquqları qurban vermədən
hər bir cəmiyyəti süpürüb atan mütləq iqtisadi və siyasi böhran tufanının
qarşısını ala bilər.
İctimai həyata
fəal qoşulmaq bir sıra hallarda siyasi mövqe üçün mübarizə kimi izah edilir.
Lakin demokratik cəmiyyətdə vətəndaş iştirakı ancaq səsvermə yarışlarında
iştirak etməkdən daha genişdir. Qonşuluqda və ya munisipal səviyyədə vətəndaşlar
məktəb komitələrində xidmət edə və yaxud icma dəstələri yarada bilərlər, eyni
zamanda, yerli idarəyə seçilmək üçün namizəd göstərilə bilərlər. Ştat, əyalət və
ya dövlət səviyyəsində vətəndaşlar öz səslərini və qələmlərini ictimai məsələlərlə
bağlı davam edən müzakirələrə əlavə edə bilərlər və ya siyasi partiyalara, əmək
birliklərinə yaxud könüllü təşkilatlara qoşula bilərlər. Vətəndaşların əməkdaşlığı
hansı səviyyədə olur-olsun, sağlam demokratiya onun vətəndaşlarının geniş şəkildə
sürəkli və şüurlu iştirakından asılıdır.
Dayənə Raviş
yazır ki, demokratiya “prosesdir, birgə yaşamaq və işləmək tərzidir. O, təkamül
edir, donub qalmır. O, bütün vətəndaşlar arasında birləşmə, kompromis və
dözümlülük tələb edir. Onu fəaliyyət göstərməyə vadar etmək çətindir, asan
deyil. Azadlıq məsuliyyətdən azadlıq demək deyil, məsuliyyət deməkdir.”
Demokratiya
azadlıq ideallarını və özünüifadə təmsil edir, lakin, eyni zamanda, insan təbiəti
haqqında onun uzzaqgörən gözü də var. O tələb etmir ki, vətəndaşlar hər sahədə
xeyirxah olsunlar, o, ancaq vətəndaşların məsuliyyətli olmalarını tələb edir.
Amerika teoloqu Raynhold Nibuur dediyi kimi, “ədalət üçün demokratiyanı insan
istedadı mümkün edir, insanın ədalətsizliyə olan meyli isə demokratiyanı zəruriləşdirir.”