Əsas prinsip
kimi, əsas insan hüquqlarını qorumaq geniş şəkildə qəbul edilmişdir: o, öz ifadəsinin
bütün dünyada yazılmış konstitusiyalarda, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının
Nizamnaməsində və Helsinki Son Aktı (Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə
Müşavirə - ATƏM) kimi beynəlxalq müşavirələrdə tapmışdır.
Hüquqların
müxtəlif kateqoriyaları arasında fərqi müəyyənləşdirmək başqa bir məsələdir.
Son vaxtlara qədər, xüsusən beynəlxalq təşkilatlar arasında, belə bir təmayül
var idi ki, əsas insan hüquqlarının siyahısını genişləndirsinlər. Söz, qanun
qarşısında bərabər müdafiə əsas azadlıqların bu qruplar məşğuliyyət, təhsil, hər
hansı bir şəxsin öz mədəniyyətinə və ya milliyyətinə müvafiq həyat standartları
hüquqlarını da əlavə etdilər.
Bunların
hamısı dəyərli tədbirlərdir, lakin elə ki, bu sadalananlar hüquqlar kimi
çoxalır, onlar əsas mülki və insan hüquqlarının mənasını qiymətdən salmağa meyl
edir. Bundan əlavə, onlar bütün fərdlərə xas olan hüquqlar ilə fərdlərin, təşkilatların
və hökumətlərin dərrakə ilə can atmağı gözlənilməli olan məqsədləri arasına
duman pərdəsi çəkirlər.
Hökumətlər
söz azalığı kimi əldənalınması mümkün olmayan hüquqları öz xüsusi hərəkətlərini
məhdudlaşdıraraq, öz cilovunu çəkmək yolu ilə müdafiə edir. Təhsilə fond
ayırmaqla, sağlamlığa qayğı göstərməklə və ya məşğuliyyətə zəmanət verməklə o,
tamam başqa bir şey tələb edir: müvafiq siyasətə və proqramlara təkan vermək
üçün hökumətin fəal şəkildə işə qarışmasını. Müvafiq sağlamlıq qayğısı və təhsil
imkanları hər bir uşağın anadangəlmə hüququ olmalıdır. Təəssüf ediləcək faktdır
ki, bunlar heç də belə deyil və bu məqsədlərə nailolma sahəsində cəmiyyətlərin
imkanları ölkədən ölkəyə geniş şəkildə fərqlənir. Buna baxmayaraq insanın ürəkdən
gələn hər bir arzusunu hüquqa çevirməklə, hökumətlər həyasızlığın artmasını dərk
edirlər və bütün insan hüquqlarına etinasızlığa dəvət edirlər.
AZADLIQLARIN BÖYÜK
XARTİYASI “MAGNA CARTA”
Kral Conun və ingilis baronlarının
demokratlar olduqlarını təsdiq edən heç kəs səhv edə bilməz, çünki 1215-ci ildə
onların Ranimede çölündə imzaladıqları sənəd konstitusion hökumətin inkişafında
dönüş nöqtəsi olmuşdur.
Baronlar
monarxla münasibətlərində onlara əhəmiyyətli dərəcədə muxtariyyət vermək işində
Kralın ənənəvi feodal qanununa yaxşı münasibət bəsləmədiyini güman edərək,
Krala qanunu pozduğunu dedilər. Kral Con onların tələblərini yerinə yetirməkdən
imtina etdikdə, onlar ordunu ayağa qaldırdılar və tələb etdilər ki, Kral Magna
Carta-ya(Böyük Xartiyaya) qol çəksin.
Magna Carta 63 maddədən ibarətdir. Onların əksəri, əsasən torpaq sahibliyi zadəganlığına
və kilsəyə faydalı olan hüquqların siyahsını ehtiva edir.
Buna
baxmayaraq, onun bəzi şərtləri bir qədər sonra hamısına şamil edildi, qalanları
isə ölkənin qanun sisteminin əsasını təşkil etdi. Məsələn, Böyük Azadlıqlar
Xartiyası bəyan edir ki, vergilərin artırılması da daxil olmaqla, Kral ölkənin
vacib işlərinin hamısının həllində baronlarla məsləhətləşməli və onların
razlıqlarını almalıdır.Sonrakı əsrlərdə bu müddəalardan çıxış edərək bəyan
etdilər ki, bütün xalqı təmsil edən qurumun – Parlamentin razılığı olmadan heç
bir qanun qəbul edilməməli və vergi artıtılmamalıdır. (Amerika İnqilabında
istiqlaliyyətə can atan kolonistlər bu ideyanı İngiltərəyə qarşı yönəldərək
qışqırırdılar: “nümayəndəlik olmadan heç bir vergi olmamalıdır”.)
Hər hansı bir
şəxsin işinə qanuni qayda və məhkəmədə iclasşı münsiflər tərəfindən baxılması zəmanəti
də aparıb Böyük Azadlıqlar Xartiyasının müddəalarına çıxara bilər.
Böyük
Azadlıqlar Xartiyasının feodal hüquqlarının adi adamların hüquqlarına bu təkamülü
bir neçə əsr çəkdi, çünki xeyli vaxt keçdikdən sonra, ingilis kralları
xartiyaya uğurla etniatsızlıq göstərdilər. Ancaq 1688-ci ildə Şərəfli İnqilabın
dalınca, İngiltərə dövlətinalı qanunverici
qurumu olan Parlament ilə sürəkli konstitusion monarxiya təsis etməyə nail
oldu. Parlamentin özünü isə geniş nümayəndəli, demokratik quruma çevirmək vəzifəsi
bir əsrdən də bir qədər çox çəkdi.