Qanun qarşısında bərabərlik və ya bir
sıra hallarda deyildiyi kimi, qanun əsasında bərabər müdafiə, hər bir ədalətli
və demokratik cəmiyyət üçün əsasdır. İstər varlı olsun, istərsə də yoxsul, istər
etnik çoxluğa mənsub olsun, istər dini azlığa, istər dövlətin siyasi mütəffiqi
olsun, istər onun əleyhinə çıxsın – hamının qanun əsasında və qanuni müdafiə
hüququ var.
Demokratik
cəmiyyət zəmanət verə bilməz ki, həyat hamıya bərabər münasibət bəsləyəcək və həyatın
heç belə etmək vəzifəsi də yoxdur. Bununla belə, konstitusion qanun mütəxəssisi
Con Pş Frank yazır: “Hökumət heç bir şəraitdə əlavə bərabərsizlik qoya bilməz,
ondan özünün bütün adamları ilə eyni çəkildə və bərabər rəftar etməsi tələb
olunmalıdır.”
Qanun
adamların boynuna qoyulmuş bir şey deyil, onu adamlar yaratmış olsalar da, heç
kəs qanunun föqündə dura bilməz. Demokrati dövlət vətəndaşları qanuna ona görə
tabe olurlar ki, bilavasitə yolla olsa da, onlar qanunun yaradıcıları kimi, özlərinə
tabe olsunlar. Qanunları təsis etdikdən sonra, adamlar onlara riayət etməli
olduqda, həm qanuna, həm də demokratiyaya xidmət edilir.
Hüquqi norma
Frank göstərir ki, tarix boyu hər bir cəmiyyətəd
cinayət ədliyyə sistemini idarə edənlər hakimiyyəti potensial şəkildə
sui-istifadə və zülm etmək üçün saxlayırlar. Ayrı-ayrı fərdlər dövlət adından həbs
olunmuş, onların malları müsadirə edilmiş, özlərinə əzab verilmiş, sürgün
olunmuş və heç bir qanuni əsas olmadan, edam edilmilər. Bu hallar tez-tez heç
bir formal ittiham olmadan həyata keçirilir. Heç bir demokratik cəmiyyət bu
sui-istifadə hallarına dözə bilməz.
Hər
bir dövlətin qayda-qanununu qorumaq və cinayət əməllərinə görə cəza vermək səlahiyyəti
olmalıdır, lakin dövlətin hüquqi şəkildə həyata keçirdiyi qanunların normaları
və onlardan istifadə üsulları kütləvi və aydın olmalı, məxfi və əsassız və ya
dövlətin siyasi hiyləgərlik törətməsi üçün bəhanə olmamalıdır.
Demokatiyada
hüquqi normalara riayət əsasında işə baxılmasının konstitusion prinsiplərinin əsas
tələbləri hansılardır?
Evin
axtarılması üçün belə bir axtarışın vacib olduğu haqqında müvafiq order olmadan
polis kiminsə evinə zorla soxularaq, orada axtarış apara bilməz. Gecə yarısı xəfiyyə
polisinin kiminsə qapısını döyməsinə demokratik cəmiyyətdə imkan verilmir.
Bəyan
edilən qanun pozuntusu haqqında aydın və yazılı ittiham olmadan, heç bir şəxs həbs
oluna bilməz. Şəxslərin onların əleyhinə qaldırılan ittihamın dəqiq təbiətini nəinki
bilmək hüquqları var, onlar, eyni zamanda, “habeas corpus” (həbs olunmuş şəxsin
həbs edilməsinin qanuni olub-olmadığını yoxlamaq üçün məhkəməyə təqdim edilməsi)
doktrinasına əsasən, məhkəmə ittihamın əsasız olduğu və ya həbsin hüquqi
baxımdan düzgün olmadığı fikirnə gəldikdə, onlar dərhal azad edilməlidir.
Cinayətə
görə ittiham edilmiş şəxslər həbsdə uzun müddət saxlanıla bilməz. Onların işlərinə
təxirə salmadan baxılmalı və onların onları ittiham edənlərə üz-üzə dayanaraq,
sonuncuları sörğu-suala tutmaq hüquqları var.
Əgər
məhkəmə məsuliyyətinə cəlb edilmiş şübhəli şəxsin qaçmaq və ya digər bir cinayət
törədə biləcəyi gümanı azdırsa, onda hakimiyyt orqanlarından onları zaminə vermək
və ya şərti olaraq, azad etmək tələb olunur. Cəmiyyətin ənənələri və qanunları əsasında
müəyyən edildiyi kimi, “dözülməz və qeyri-adi cəza” qadağandır.
Şəxsləri
məcbur etmək olmaz ki, onlar özləri öz əleyhinə şahidlik etsinlər. Öz iradəsinin
əleyhinə olaraq özünüittihamın belə qadağan edilməsi mütləq səciyyə
daşıçalıdır. Nəticə olaraq, demək lazimdır ki, şübhə altına alınan şəxsə polis
heç bir vəch ilə işgəncə verməməli və ya fiziki, yaxud psixoloji təsir göstərməməlidir.
Zorla etirafı qadağan edən qanun sistemi melumat əldə etmək üçün polisin əzab
vermək, təhdid etmək və ya başqa təzyiq formalarından istifadə etmək niyyətini
dərhal puça çıxarır.
Şəxslər
eyni cinayətə görə iki dəfə məsuliyyətə alına bilməzlər. Bu o deməkdir ki,
onlar eyni cinayət üçün iki dəfə ittiham oluna bilməzlər. Məhkəmədə işinə
baxılan və müqəssir hesab edilmədiyi üçün bəraət alan hüç bir şəxs eyni ittiham
üçün bir daha həbs oluna bilməz.
Təzyiq
göstərmək üçün potensial imkanlari olan hakimiyyət orqanlarına “ex pst facto”
(geri qanuni gücü olan) qanunlar da qadağan edilir. Bu, fakt baş verdikdən
sonra qəbul edilən qərarlardır və o deməkdir ki kimsə, hətta onun icra etdiyi
dövrdə qeyri-qanuni hesab edilməyən hərəkətə görə həbsə alına bilməz.
Müttəhimlərin
dövlətin icra etdiyi zorakı hərəkətlərdən də əlavə müdafiə hüquqları var. Məsəslən,
Birləşmiş Ştatlarda müttəhimlərin vəkil tutmaq hüququ var və həmin vəkil cinayət
prosesinə baxıldığı bütün mərhələlərdə, ittiham edilənləri belə qanuni şəkildə
təmsil edənkən, onun vəkil tutmaq hüququ və ya özünüittihamdan yaxa qurtatmaq
üçün susub durmaq hüququ da daxil olmaqla, şübhələndiyi şəxsə onun hüquqları
olduğu haqqında məlumat verməlidir.
Tiraniyanın
ümumi taktikası hökumətdə müxalifətdə olanları xəyanət ilə ittiham etməkdir. Bu
səbəb üzündən vətənə xəyanət cinayəti tərifi çox ehtiyatla elə məhdud edilməlidir
ki, ondan hökuməti tənqidin qarşısını almaq üçün silah kimi istifadə olunmasın.
Bu məhdudiyytlərin
heç biri əsla o demək deyildir ki, dövlətin müəyyən qanunları həyata keçirmək və
cinayətkara cəza vermək səlahiyyəti çatmır. Əksinə, cinayət mühakimə üsulu
sistemi demokratik cəmiyyətdə o dərəcədə effektli olmalıdır ki, həmin cəmiyyəti
idarə edənlər xalqın nəzərində ədalətli və həm vətəndaşların fərdi
hüquqlarının, həm də ictimai mənafelərin keşiyində duran hamilər hesab edilsinlər.
Məhkəmə sədrləri
idarəyə ya təyin olunur və ya seçilirlər və öz vəzifələrində ya müəyyən müddət ərzində,
ya da ömür boyu işləyirlər. Onlar necə seşilirlərsə-seçilsinlər, ən vacibi
budur ki, onlar siyasi hökumət dairələrindən asılı olmamalıdırlar və beləliklə,
ozlərinin qərəzsiz və təmənnasız olduqlarını təmin etməlidirlər. Hakimlər hər
hansı adi və ya, sadəcə olaraq, siyasi səbəblər üzündən işdən azad edilə bilməzlər.
Onlar ciddi cinayətlər törətdikləri və ya qanunu pozduqları üçün ancaq
impiçment(ittiham irəli sürməklə) və
qanuncericilik orqanında nəzərdə tutulan rəsmi mühakimə qaydası yolu ilə işdən
kənar edilə bilərlər.
Konstitusiyalar
Demokratik
hökumətin əsas dayaq nöqtəsi onun əsas vəzifə borclarının, məhdudiyyətlərinin,
qanun-qaydalarının və qurumlarının rəsmi ifadəsi olan konstitusiyadır. Ölkənin
konstitusiyası dövlətin ali qanunudur və baş nazirlərdən tutmuş kəndlilərə qədər,
vətəndaşların hamısı onun müddəalarına tabedir. Bir qayda olaraq, yeganə yazılı
sənəddə qanuniləşdirilmiş konstitusiya ən azı milli hökumətin hakimiyyət
orqanlarını təsis edir, əsas insan hüquqları üçün zəmanət təmin edir və hökumətin
əsas hüquqi gücü olan qanun-qaydaları müəyyənləşdirir.
Sürəkli
olmasına və monumental keyfiyyətlərinə baxmayaraq, əgər qazinti zamanı tapılan
valehedici daş-qaşdan daha qiymətlidirsə, kontitusiyalar dəyişməyə və
adaptasiyaya qadir olmalıdır. Dünyanın ən qədim konstitutsiyası olan ABŞ
Konstitusiyası 7 yığcam maddədən və 26 düzəlişdən ibarətdir. Bununla belə, bu
yazılı sənəd məhkəmə qərarlarının, qanunların, prezidentlərin fəaliyyətlərinin
və mənəvi təcrübənin geniş quruluşu üçün elə yeganə bünövrədir ki, keçmiş 200
il ərzində bina edilmiş və ABŞ Konstitusiyasını həyati saxlamışdır.
Konstitusion
təkamülün bu nümunəsinə bütün demokratik sistemlərdə təsadüf edilir. Ümumiyyətlə,
dövlət kontitusiyasına düzəliş vermək və ya onu dəyişdirmək prosesi haqqında
iki fikir məktəbi var. Onlardan biri, bir çox addımlar və geniş çoxluqlar tələb
edən çətin qayda-qanunların qəbuludur. Bunun nəticəsində, konstitusiya nadır
halda dəyişilir və bu da ancaq ictimaiyyətin əsas müdafiəsinə arxalanan
qarşısıalınmaz səbəblərlə bağlı baş verir. Bunun nümunəsi ABŞ
Konstitusiyasıdır. ABŞ Konstitusiyası ümumi prinsiplərin, səlahiyyətlərin və
hökumətin səlahiyyət müddətlərinin, qayda-qanunların əsas qayələrini
sadalamaqla, Hüquqlar Bilində fərdi vətəndaşların əsas hüqularının qısa ifadəsidir.
Bir çox dövlətlərin
istifadə etdikləri düzəlişin ən sadə üsulu mövcud qanunvericilik orqanın bəyənməsi
ilə həmin düzəlişin qəbul oluna bilməsini və növbəti seçkilərdə səs verənlər tərəfindən
onun təsdiq edilməsini təmin etməkdir. Bu yolla dəyişən konstitusiya çox
uzunmüddətli ola bilər. Belə konstitusiyaların özünəməxsus müddəaları olur ki,
onlar qanunvericiliyin ümumi qurumundan çox az fərqlənir.
Heç bir
konstitusiya 20 il əvvək yazılmış Birləş Ştatlar Konstitusiyası kimi 20-ci əsrin
sonlarına kimi dəyişmədən yaşaya bilməzdi. Buna müvafiq olaraq, bu gün qüvvədə
olan heç bir konstitusiya fərdi hüquqlar prinsiplərinin, işə baxılmasının
konstitusion prinsiplərini, hökumətin idarəolunanların razılığı əsasında
qurulması qaydalarını gözləsə belə, üzümüzə gələn əsrdə dəyişikliyə qadir
olmadan yaşaya bilməyəcək.