Seçkilər
demokratik nümayəndəlik nhökumətlərinin mərkəzi qurumudur. Niyə? Çünki
demokratiyada hökumətin səlahiyyəti müstəsna olaraq, idarəolunanların
razılığından yaranır. Bu razılığı hakimiyyət səlahiyyətinə çevirmək üçün əsas
mexanizm azad və ədalətli seçkilər aparmaqdır.
Müasir
demokratiyaların hamısı seçki keçirir, lakin seçkilərin heç də hamısı
demokratik deyil. Sağ cinah diktatorluqları, marksist rejimləri və birpartiyalı
hökumətlər də öz hakimiyyətlərinə qanunilik görkəmi vermək üçün seçkilər səhnələşdirirlər.
Belə seçkilərdə ancaq ya bir namizəd ola bilər, ya da alternativ seçimlər
olmadan namizədlər siyahısı ola bilər. Belə seçkilər hər bir idarə üçün bir
namizəd təklif edə bilər, lakin təhdid və saxtakarlıq yolu ilə təminat verilir
ki, ancaq hökumət bəyəndiyi namizəd seçiləcəkdir. Digər seçkilər həqiqi seçmələr
təklif edə bilər, lakin bu ancaq hakim partiya daxilində olmalıdır. Belə seçkilər
demokratik seçkilər deyil.
Demokratik seçkilər nədir?
Alim
və Birləşmiş Millətlər Təşkilatında Birləşmiş Ştatların sabiq səfiri Cine Kirkpatirk
belə bir tərif təklif etmişdir: “Demokratik seçkilər, sadəcə olaraq, simvoli
deyil... Onlar rəqabət səciyyəli, vaxtaşırı, əlavəetmə, fərqləndirmə seçkiləridir
ki, bu seçkilərdə hökumətin baş qanun yaradanlarını hökuməti geniş və azad şəkildə
tənqid etmək, bu tənqidi çap etdirmək və alternativlər təqdim etmək haqqı olan
vətəndaşlar seçirlər.”
Kirkpatrikin
meyarları nə deməkdir? Demokratik seçkilər rəqabət səciyyəlidir. Müxalifətdə olan
partiyalar və namizədlər söz azadlığı, toplantı və hərəkat azadlığından zəruri
şəkildə istifadə edə bilməlidirlər ki, özlərinin hökumətə tənqidi münasibətlərini
açıq şəkildə ifadə edərək, alternativ siyasət yürüdüb, seçicilərə namizədlər irəli
sürsünlər. Müxalifətə, sadəcə olaraq, seçki bülletenlərinə yaxınlaşmaq icazəsi
kifayət deyil. Müxalifətin radio və televiziya hava dalğalarından kənar
edildiyi, onun kütləvi mitinqlərinin qarşısı alındığı, qəzetlərinə senzura
qoyulduğu seçkilər demokratik deyil.Hakimiyyətdə olan partiya öz vəzifə imkanı
üstünlüklərindən istifadə edə bilər, lakin səsvermə mübarizəsi qaydaları və
onun aparılması ədalətli olmalıdır.
Demokratik
seçkilər vaxtasırıdır. Demokratiyalar diktatorları və ya prezidentləri ömürlük
seçmir. Seçilmiş rəsmi dövlət xadimləri xalq qarşısında məsulyyət
daşımalıdırlar və müəyyən edilmiş müddətdən sonra onlar seçiçilərə üz tutmalı və
dövlət idarəsində öz vəzifələrini davam etdirmək üçün onların mandatlarını
almağa çalışmalıdırlar. Bu o deməkdir ki, demokratiyada rəsmi seçilmiş şəxslər
onlara səs verilməklə tutduqları vəzifəsən kənar olunmaq riskini də göz önünə gətirməlidirlər.
Yeganə istisnanı məhkəmələr təşkil edir ki, onlar xalqın təzyiqindən təcrid
olunmaq və onların bitərəfolduqları faktına kömək üçün ömürlük təyin edilə bilərlər
və ancaq özlərini ciddi şəkildə yaramaz apardıqları halda, vəzifələrindən kənar
edilə bilərlər.
Demokratik
seçkilər əlavəetmə səciyyəlidir. Yaşlı adamların geniş qismini əlavə etmək üçün
vətəndaşın və seçicinin tərifi kifayət qədər geniş olmalıdır. Kiçik, müstəsna
qrupun seçdiyi hökumət onun daxili fəaliyyətinin demokratik şəkildə necə təzahür
etməsindən asılı olmayaraq, demokratik deyil. Demokratiyanın tarix boyu böyük
dramlarından biri irqi, etnik və dini azlıqlar və ya qadınlar olub-olmamağından
asılı olmayaraq, kənarlaşdırılmış qrupların tam vətəndaşlıq hüququ qazanmaq və
beləliklə, sesvermək hüququ və hakimiyyətdə iştirak edə bilmək hüququ qazanmaq
üçün mübarizə olub. Məsələn, Birləşmiş Ştatlarda 1787-ci ildə Konstitusiya
imzalanarkən, ancaq mülkiyyət sahibi olan ağdərili kişilər seçib-seçilmək
hüququna malik idilər. Mülkiyyətin əsas götürülməsi 19-cu əsrin əvvəlləərindən
aradan qaldırıldı, qadınlar isə ancaq 1920-ci ildə səsvermə hüququ qazandılar.
Bununla belə, Birləşmiş Ştatların Cənubunda 1960-ci ilərin mülki hüquqlar hərəkatına
qədər qaradərili amerikalıların tam səsvermə hüquqları yox idi. Və, nəhayət
1971-ci ildə Birləşmiş Ştatlar səsvermə yaşını 21-dən 18 yaşa qədər endirdikdə.
Nisbətən gənc vətəndaşlar da səsvermə hüququ qazandılar.
Demokratik
seçkilər fərqləndirmə səciyyəlidir. Hökumətin rəhbərlikedici funksiyasını
seçkilər müəyyənləşdirir. Qanunlara və konstitusiyaya tabe olan və xalqın
seçdiyi nümayəndələr hakimiyyəti öz əllərinə alırlar. Onlar, sadecə olaraq,
ancaq kağız üzərindəki başçı və simvolik rəhbərlər deyillər.
Nəhayət,
demokratik seçkilər namizdlərin seçimələri ilə məhdudlaşmır. Seçıcılər
qarşısında da referendum və ya səsvermə bülletinində yerləşdirilmiş
qanunvericilik vəsatəti ilə müstəqim şəkildə siyasi məsələləri həll etmək tələbi
qoyula bilər. Məsələn, Birləşmiş Ştatlarda ştat qanunvericilik orqanları qərara
gələ bilər ki, hər hansı bir məsələ haqqında seçicilərdən məlumat alsın və ya həmin
məsələni bilavasitə seçicilər qarşısında qoysun. Vəsatət hallarında seçicilərin
özləri yazılı şəkildə müəyyən edilmiş sayda imzalar toplaya bilərlər (adətən, həmin
ştatda qeydə alınmış seçicilərin sayına nisbət əsasında) və hətta ştat
qanunvericilik orqanı və qubernator etiraz etsə belə, tələb edə bilərlər ki, məsələ
növbəti bülletenə salınsın. Kaliforniya kimi ştatda seçicilər hər dəfə səs verərkən,
ətraf mühitin zibillənməsindən tutmuş avtomobil sığorta qiymətlərinə qədər,
onlarla qanunvericilik vəsatət məsələrləri irəli sürülər.
Demokratik etika və loyal müxalifət
Demokratiya
çox vacib bir müstəsna hal ilə səmimiyyət və məsuliyyət əsasında çiçəklənir; bu
müstəsna hal isə onun özünün səsvermə aktıdır. Azad bülletini qutuya atmaq və təhdid
imkanlarını minimuma endirmək üçün demokratiyada seçicilərə icazə verilməlidir
ki, onlar öz bülletenlərini qutuya gizli şəkildə atsınlar. Eniya zamanda bütün
bülleten qutulularının saxlanılması və səslərin sayılması imkan olduğu qədər
açıq olmalıdır ki, vətəndaşlar, həqiqətən, nəticənin səliqəli çıxarıldığına və
hökumətin, həqiqətən, onların “razılığına” əsaslandığına əmin olsunlar.
Qəbul
edilməsi ən çətin olan ideyaların biri, xüsusən, hakimiyyətin əvəz olunması
silah gücünə baş verən dövlətlərdə, “loyal müxalifətdir.” Bununla belə, bu
ideya həyati ideyadır. Mahiyyət etibarı ilə bu o deməkdir ki, demokratiyada
bütün sahələr onun əsas dəyərinə münasibətdə vəzifələrin hamısını bölüşdürür.
Siyasi rəqiblərin bir-birinə müsbət münasibət bəsləməsi zəruri deyil, lakin
onların hər biri digərinə dözməlidir. Və etiraf etməlidir ki, onlardan hər
birini qanuni və vacib olduğu rol oynamaq hüquqi var. Bundan əlavə cəmiyyətin əsas
hakimiyyət normaları ictimai müzakirədə dözümlüyü və nəzakəti təqdir etməlidir.
Seçkilər qurtardıqdan sonra uduzanlar seçicilərin hökmünü qəbul edirlər. Əgər iqtidarda olan partiya uduzursa onda o
hakimiyyətdən könüllü şəkildə imtina edir. Kimin qalib gəldiyindən asılı
olmayaraq, cəmiyyətin ümumi problemlərini həll etməkdə hər iki tərəf əməkdaşlıq
etməyə razılaşır. Belə bir şəraitdə seçkilərdə uduzduqları üçün artıq siyasi
müxalifətdə olanlar bilirlər ki, onlar öz həyatlarından məhrum edilmirlər və həbs
olunmurlar. Əksinə bir və ya bir neçə partiyadan ibarət olan müxalifət ictimai
həyatda fəaliyyətini davam etdirə bilər. Belə halda, o dərk edir ki, hər bir
demokratiyada onun oynadığı rol onun öz adına layiq olmalıdır. Onların hökümətin
özünə məxsus siyasətinə qarşı royal deyil, dövlərin əsas qanuniliyinə və
demokratik prosesin özünün -özünə qarşı loyal olurlar. Növbəti seçkilər
başlayan kimi müxalifətdə olan partiyalar, hakimiyyət uğurunda rəqabət üçün
yeni imkan əldə edirlər. Əlavə olaraq hökumətə layiq olaraq məhdud olduğu,
lakin plüralizmə sadiq bir cəmiyyət seçkilərdə uduzanlara hökumətdən kənarda
ictimai xidmət üçün alternativlər təqdim edir. Səs vermənin nəticələri əsasında
məğlubiyyətə uğrayanlar formal müxalifət partiyası kimi fəaliyyətini davam
etdirməyi seçə bilər, lakin onlar, eyni zamanda, qərar qəbul edərlər ki,
ictimai-siyasət məsələləri ilə bağlı olan bir çox özəl təşkilatlardan birinə
birləşmək, öyrətmək və yazmaq yolu ilə daha geniş siyasi proiseslərdə iştirtal
etsinlər. Hər-halda, demokratik seçkiklər ölməyib, sağ qalmaq uğurunda deyilı rəqabətə
xidmət uğurunda mübarizədir.