AZ | ENG

Məqalələr

Pənah Əliyev [2]
Cavid Ramazanov [10]
Sebinə Rəsulova [1]
Nermin Ramazanova [0]

Sorğu

Azərbaycanda demokratiya olacağına inanırsınızmı?
Bütün cavablar: 410

Каталог статей

Baş səhifə » Məqalələr » Yazarlar » Cavid Ramazanov

Platonun Akademiyası
Platonun Akademiyası


Necə oldu ki, sivilizasiya bu dərəcədə inkişaf edə bildi? Təkcə son əlli ildə gedən proseslərə baxsaq, dünyanın əvvəlki dünya olmadığını, insanın başqalaşdığını görə bilərik.
Qərbdəki bu yüksəliş bütün dünyaya təsir edir. İndi yaşadığımız dünya tamam başqa dünyadır. Düzdür həl ədə dünyada şiddət, zorakılıq, ədalətsizlik var.
Amma inkişaf etmiş Qərbdə bir insanın hüququnu tapdamaq heç də asan iş deyil. Qərb bu inkişafa çatmaq üçün böyük bir tarixi yol keçib.
Bu inkişaf təkcə Qərbdə olsa belə, insanlıq adına böyük irəliləyişdir.
Hazırda dünya maliyyə böhranı insanları ruhdan salıb, onların düşüncələrini bir az sarsıdıb. Amma şəxsən mən müasir insan tipinin bu problemi aşa biləcəyinə inanıram.
 
Qərb doğrudanmı, Şərqə borcludur?

“Orta əsrlərdə onlar vəhşiydilər, mağaralarda yaşayırdılar” - Qərbin bu dərəcədə yüksək inkişafından təsirlənən çaşqın şərqlilər bu ifadəni tez-tez təkrarlayırlar. Arabir utanmaz-utanmaz qərblilərin buna görə şərqlilərə borclu olduğunu da deyirlər...
Amma bunun üçün sadəcə, tarixə müraciət etmək lazım gəldiyini dərk etmirlər.
Qədimlərdə Qərbdə möhtəşəm bir sivilizasiya vardı - Yunanıstan sivilizasiyası. Bu sivilizasiyanın əsasında bugünki Qərb öz inkişafını bərqərar edib.
Qədim Yunanıstan qulların, azad insanların, hərbçilərin, adi insanların, ən əsası, dahilərin yaşadığı qələbəlik bir yeriydi.
Qədim Yunanıstan dahiləri deyəndə oxumuş adamların ağlına onlarla ad gəlir. Amma mən bu gün onlardan yalnız biri - tarixin ən böyük filosoflarından və xəyalpərəstlərindən sayılan Platon haqqında yazacam.
Platon tarixdə ən qatı anti-demokratlardan biri hesab olunur. Bu fikir sizi çaşdırmasın, Platonu tam başa düşmək üçün onu yaxşı tanımaq lazımdır.

Platon kimdir?

Platon eramızadan əvvəl 429-cu ildə (bəzi mənbələrə görə, 427-ci ildə) Afinanın ən qaynar bölgələrinin birində doğulub. Əfsanəyə görə o, “7 targelion” da (21 may) anadan olub. Həmin günü qədim yunanlar ilahi gün kimi bayram edirdilər, çünki bu tarixdə onların allahı Apollon doğulmuşdu.
Platonun ailəsi adlı-sanlı, aristokratik ənənələri olan çar nəslindən idi. Platon hərtərəfli təhsil almışdı. O, rəssamlıqla məşğul olur, tragediyalar, komediyalar  yazır, pəhləvan kimi İstmit yunan oyunlarında da iştirak edirdi, hətta bir dəfə mükafat da qazanmışdı.
Platon var-dövləti sevən israfçı biri deyildi, amma xəsis, qənaətcil də deyidi. O, öz sinfindən olan gənclərlə yaxşı vaxt keçirirdi. Amma bu qayğısız həyat birdən-birə sona yetir. Çünki Sokratla tanış olur. Sokrat öz tələbələrinə Afinanın bağlarında dərs deyən çox müdrik bir insan və filosof idi. Sokratla tanışlıq Platonun həyatının dönüş nöqtəsi idi. Onun bütün düşüncə tərzi sarsılmışdı, bu bambaşqa bir dünya idi. Bu tanışlıqdan sonra Platon o dərəcədə sarsılmışdı ki, həmin vaxtadək yazdığı hər şeyi yandırmışdı.
Çox keçmədən Platon Sokratın dostu və tələbəsinə çevrildi. Platonun gözündə Sokrat hər şeydən öncə bir müəllim idi. Sokrat Platonun hər şeyi idi. Amma səkkiz il keçəndən sonra Platon Sokratı itirir.
Sokrat qatı  anti-demokrat idi. O, vaxtaşırı kütlənin əleyhinə çıxışlar edirdi. Çox keçmədən Sokratı «ataların dinini təhqir etdiyi və gənclərin beynini zəhərlədiyi» iddiası ilə ölüm cəzasına məhkum edirlər. Sokrat zəhər içib bu dünyadan köçdü, amma Platonun həyatında sönməz bir ulduz olaraq qaldı.

İlk Akademiya

Sokratın ölümündən sonra Platon kütləyə daha da nifrət etməyə başlayır. Yunanıstanı tərk edərək səyahətə çıxır. Kiçik Asiyada olur,  oradan isə Misirə gedir. Sonra pifaqorçularla tanış olmaq məqsədilə cənubi İtaliyaya gəlir. Pifaqor özünün bütün qızıl pulları müqabilində böyük müəllimin çox qiymətli, nadir əlyazmasını  əldə edir. Əsas mənbədən dərin biliklərə yiyələnir və beynində öz sistemini qurur.
Eramızdan əvvəl 387 - ci ildə Afinaya qayıdaraq öz fəlsəfi məktəbini - Akademiyanı yaradır.
Məktəbə ona görə Akademiya deyilirdi ki, dərslər Afina yaxınlığındakı Akademiya (yunan qəhrəmanlarından birinin şərəfinə belə adlanıb) deyilən ərazidə yerləşirdi. Məktəbin yanında Platon Akademiya üzvlərinin bir yerdə yaşaması üçün torpaq sahəsi almışdı. Akademiyaya hər kəs daxil ola bilərdi.
Platon Akademiyasında dərslərini Sokratın və Siciliyada tanış olduğu pifaqorçuların nəzəriyyəsini birləşdirərək keçirdi. O, Sokratdan dialektik metodu, ironiyanı və etik problemlərə marağı, Pifaqordan isə filosofların bir yerdə yaşaması ideyasını və riyaziyyatın əsası olan simvolların köməyi ilə maarifləndirmə üsulunu, həmçinin bu elm vasitəsi ilə təbiəti dərk etmək metodlarını mənimsəmişdi.
Bundan başqa, Akademiyada ədəbiyyatla, ayrı-ayrı dövlətlərin qanunvericiliyi, hüquq sistemi tədris olunurdu. Akademiyada sərt nizam-intizam hökm sürürdü, tələbələr az yatır, gümrah olmağa çalışır, sakitlikdə düşüncələrə dalırdılar. Tələbələr ümumi yeməklərdən yeyirdilər, onlar həyəcanı artırdığına görə ətdən uzaq olmalı, bitki-tərəvəzlə, meyvəylə və südlə qidalanmalıydılar.

Ləyaqətli yaşamaq üçün ləyaqətli dövlət!

Platonun siyasi maarifləndirməsinin istiqaməti təkcə dövlət xadimlərinin deyil, həmçinin xeyirxah və ədalətli insanların yetişdirilməsi idi. Nə qədər vaxt tələb edilməsindən asılı olmayaraq, yeni insan tipinin yaradılması üçün tərbiyə əsas idi. Belə tərbiyə vermək üçün isə intellektual və ilahi birlik labüd idi. Akademiyanın üzvləri azad və bərabər insanlar idi, ona görə də onlar xeyirxahlığa can atır və birgə fəaliyət göstərirdilər.
Platon əmin idi ki, ləyaqətli ömür sürmək üçün ləyaqətli dövlətdə yaşamaq lazımdır, ona görə də o, öz tələbələri  üçün ideal dövlətə bənzəyən birlik yaratmışdı. Bunu ona görə edirdi ki, ideal dövlət olmadığından hələ ki onlar öz aralarında ideal dövlətə bənzəyən qurumda ideal insan kimi yaşamağı öyrənsinlər.
“Ədalət dövləti qoruduğu, mühafizə etdiyi kimi, insan vicdanını da qoruyur, madam ki, həqiqi, ideal dövlət sistemi qurmaq mümkün deyil, onda  insan idealı, ədaləti öz daxilində yaratmalıdır” - Platon belə deyirdi.
Platonun Akademiyasının üzləri arasında həqiqi dostluq, həqiqətə çatma istəyi vardı, akademiya ideal birliyi xatırladırdı və burda əmin-əmanlıq hökm sürürdü.

Ləyaqətliliyi həddən çox sevmək!

Pifaqor məktəbində olduğu kimi, Platon Akademiyasında da üzvlər iki qrupa bölünmüşdü: böyüklər - müəllimlər və balacalar - tələbələr. Platon belə hesab edirdi ki, həqiqi fəlsəfə ancaq müəllimlər və tələbələr arasındakı dialoqlar zamanı mövcud ola bilər.
Akademiyada qəbul edilmiş əsas sistem dialektika idi. Həqiqi dialoq o zaman mümkün olar ki, danışanlar özləri dialoqa can atsınlar. Dialoq insana başqasını öz fikrinə əsir olmamağı öyrədir, əksinə, ona başqasının fikrini dinləməyi tərbiyə edir. Beləliklə bunun nəticəsində insan özünə qalib gəlib, həqiqətə və xoşbəxtliyə çatır. Akademiyada tədris kimi təkcə elmi müzakirələr əsas götürülmürdü, burada həmçinin insan xarakterinin dəyişdirilərək ideal şəklə düşməsinə çalışmaq da əsas idi.
Platonun pedoqojik fəaliyyətinin əsas istiqaməti harmonik, hər tərəfli inkişaf etmiş insan tipinin yaradılması məsələsi idi, bu isə gündəlik güclü fəaliyyətdən və həyatı fəlsəfi obrazda yaşamaqdan keçirdi. Platon fəlsəfi obrazlı həyatı belə təsvir edir: ləyaqətliliyi həddindən artıq çox sevmək, hissi həzzlərdən imtina etmək, o cümlədən, keyfiyyətli qidalanmaya əməl etmək, hər günü elə yaşamaq ki, öz üzərində daha çox hakimiyyət əldə edə biləsən.

Ağlamağın mənası yoxdur…

Platon az yatmağı məsləhət görürdü. O hesab edirdi ki, bizlərdən hansımızsa həyatı daha ağıllı yaşamağa çalışırsa, onda daha çox gümrah olmağa, sağlamlığının qeydinə qalmağa çalışmalıdır. Əgər belə düşüncə tərzi adət halını alarsa, onda insanlar az yatacalar.
Bundan başqa, bədbəxtliklər baş verəndə həyəcalanmamaq və sakitliyi qoruyub-saxlamaq lazımdır. Biz bu bədbəxtliklərin yaxşı və pis tərəflərinin bizə aydın olmadığını anlamalıyıq. Ağlamağın, hönkürməyin mənası yoxdur, çünki insan fəaliyyətinin heç bir sahəsi xüsusi diqqətə layiq deyil, hər şeyi olduğu kimi qəbul etmək lazımdır, qarşımıza nə çıxıbsa, onu olduğu kimi qəbul etməliyik.
Platonun Akademiyasında insanlar arasında qardaşlıq əlaqələri vardı, üzvlər böyük müəllim tərəfindən onlara törədilən eyni şeyləri təkrarlayır, eyni həyatı, eyni tipli yaşam qaydasını öyənirdilər. Akademiya minilliklər sonra da öz şöhrəti və tələbələrinin ləyaqəti ilə fərqlənir. Bu akademiya özündən sonrakı bütün fəlsəfə tarixində dərin izlər buraxıb. Platonun bu akademiyası ondan sonrakı bir çox məktəblərin yaradılmasında ilham mənbəyi olub.
Platon eramızdan əvvəl 347-ci ildə vəfat edib. Onun akademiyasından bir çox məşhur filosoflar, attika natiqləri, dövlət xadimləri çıxıb.
Onun dünya sivilizasiyasına verdiyi ən böyük töhfələrdən biri isə heç şübhəsiz, əzəmətli Aristotel olub.

Sonda bir sual…

Sokrat, Platon və Aristoteli birləşdirən ümumi cəhət kütləyə nifrət etmələri və demokratiyaya inanmamaları idi. Maraqlıdır ki, orta əsrlərdə qərblilər bu məşhur filosofları unudanda, onların  əsərləri ərəb dilinə çevrilib. Və orası da maraqlıdır ki, on illiklər keçəndən sonra, Şərqdə onların əsərləri kitabxanlarda yatanda, avropalılar yenidən bu filosofların əsərlərini öz dillərinə tərcümə edib, təhlil etməyə başlayıblar.
Bu fikir adamlarının əsərləri yenidən dirçələn Avropa fəlsəfəsinin əsası olub.
Onların demokratiya barədə fikirləri, niyə demokratiya tərəfdarı olmamaları tədqiq edilib. Bu filosofların əsərləri avropaya yenidən ayaq açanda heç Avropada da demokrtaiya mövcud deyildi. Çox maraqlıdır ki, Avropanın yeni filosofları onların əsərlərini tədqiq edə-edə demokratiyanın mütərəqqi bir şey olduğunu dərk ediblər. Beləliklə yavaş-yavaş demokratiya haqqında fikirlər yaranmağa başlayıb və bu fikir uğrunda mübarizə start götürüb. Bu mübarizə demokratiyanın qurulmasınadək davam edib. İndi də bu məşhur filosofların əsərləri müzakirə edilir, onların haqlı və haqsız tərəfləri öyrənilir.
Sonda isə sizə bir sualım var: müasir mütərrəqi insan Platonun ideal insanına heçmi oxşamır?




Kateqoriya: Cavid Ramazanov | Əlavə etdi: Penah (06.04.2009) | Yazar: Cavid Ramazanov
Baxılıb: 3033 | reytinq: 4.5/2 |

Axtarış

Dost saytlar

Statistika


Onlayn: 1
Qonaq: 1
İştirakçılar: 0