Düzünə qalsa, mən jurnalist deyiləm və burada da
ancaq Demokratiya Məktəbi barəsində öz təəssüratlarımı paylaşmaq istərdim, sizə
nə qədər maraqlı olub-olmayacağını bilmirəm...
Mən məktəbimizin ikinci qrupunun tələbəsi idim... düzünü
desəm, dekabr ayında ərizə formasını dolduranda elə bilirdim ki, bu adicə training-a
oxşayan bir şey olacaq və sadəcə “mən də gedim” deyə doldurdum. Sonra isə
martda dərslərimiz başlayanda elə ilk dərsdən hiss etdim ki, bu nə isə ciddi
bir şeyə oxşayır. Bu məktəbdə ilk müəllimimiz Ramin Hacılı oldu, necə deyərlər,
bizə demokratiyanın qələmini necə tutmağı o öyrətmişdi... Dörd illik
universitet dərslərinə öyrəşmiş bir adam kimi özüm də fərqinə varmadan bu
dərslərdən də eyni abu-havanı gözləyirdim. Gözləyirdim deyəndə ki, başqa dərs
keçmək metodu heç görməmişdim də...