AZ | ENG



Məqalələr

Demokratiya Haqqında [2]
Liberalizm [1]
Demokratiya Haqqında hər şey [9]

Sorğu

Azərbaycanda demokratiya olacağına inanırsınızmı?
Bütün cavablar: 410

Dərsliklər

Demokratiya və hakimiyyət

Avtoritalarda və başqa tənqidçilərdə belə yanlış bir fikir var ki,əgər demokratiyaların təzyiq göstərmək gücü yoxdursa,onların idarə etmək səlahiyyəti də yoxdur.Bu fikir kökündən səhvdir:demokratiyalar onların hökümətlərinin zəif olmasını deyil,məhdud edilməsini tələb edirlər.Uzun tarixi dövrə nəzər saldıqda,əlbəttə,hətta on illərlə davam edən demkratik dirçəliş dövrünün faydalı mövqeyindən çıxış edərkən belə, demkratiyanın cılız və zəif olduğu hallarına təsadüf edilir. Demokratiyalar tarixin qabarma və çəkilmələrinə əsla etinasız yanaşmamışlar; onlar siyasi uğursuzluq nəticəsində dağılmış, daxili çəkişmələrə dözməmiş və xarici hücumlar nəticəsində alt-üst edilmişdir. Lakin demokratiyalar zaman-zaman fövqəladə bacarıq da nümayiş etdirmiş və sübut etmişdir ki, öz vətəndaşlarının öhdəliklərinə götürdükləri vəzifə borcu və şüurlu olaraq vətənə xidmət yolu ilə, onlar ciddi iqtisadi çətinlikləri aradan qaldıra, ictimai və etnik
Kateqoriya: Demokratiya Haqqında hər şey | Baxılıb: 896 | Əlavə etdi: Penah8482 | Vaxt: 27.04.2009

İnsan hüquqları haqqında iki tarixi bəyannamə, aralarında bir aydan da bir qədər az fərq olmaqla, 1789-cu ilin yayında və payızında qəbul edilmişdir – avqustun 26-da Fransada İnsan Hüquqları və Vətəndaş Bəyannaməsi və sentyabrın 25-də Amerika Hüquqlar Billi. Hər iki sənəd Frans və Amerika əlaqələrinin  yaxın və münasib olduğu bir dövrdə öz əsasını Maarifçiliyin təbii hüquqlar haqqında müddəalarından və başqa fəlsəfi qaynaqlarından götürürdü.

            Erkən Fransa-Amerika əlaqələri mürəkkəb olmuş və sabit olmamışdır. 1776-cı ildə Amerika İnqilabı zamanı Fransa həm Maarifçilik ideyasının mərkəzi olmuş, həm də təm-təraqlı iqamətgahı Versalda yerləşən və Avropada ən güclü monarxiya olan Burbonların vətəni olmuşdur. Buna baxmayaraq, ümumi düşmən olan Böyük Britaniyanı məğlub etmək üçün Fransa qiyam qaldırmış Amerika koloniyaları ilə hərbi ittifaqa qoşulmuşdu. Fransanın Köhnə Rejimi tənqid edən nümayəndələri üçün, dəqiq olub-olmasa da, Amerika fransızların senzuradan yaxa qurtarmış azadlıq Maarifçilik idealının, təbii hüquqlarının və hökümətin rasional reformasının təmsilçisinə çevrilmişdir.

Kateqoriya: Demokratiya Haqqında hər şey | Baxılıb: 906 | Əlavə etdi: Penah8482 | Vaxt: 27.04.2009

Mülki mədəniyyət

            Demokratiya öz qurumlarının məcmusundan daha geniş anlayışdır. Sağlam demokratiya, əsas etibarilə, demokratik mülki mədəniyyətin inkişafından asılıdır. Dayənə Raviç göstərir ki, bu mənadamədəniyyət incəsənətə, ədəbiyyata və ya musiqiyə aid edilmir, lakin “davranışlara, təcrübələrə və normalara aid edilir ki, bunlar da adamların özlərinin özlərini idarə etmək qabiliyyətini müəyyənləşdirir.”

            Raviç yazır: “Totalitar siyasi sistem qeyri-fəallıq və süstlük mədəniyyətini təqdir edir. Rejim müti və itaətkar vətəndaşlıq formalaşdırmağa can atır. Bunun əksinə olaraq, demokratik cəmiyyətin mülki mədəniyyəti fərdlərin azad şəkildə seçdikləri fəaliyyəti ilə formalaşır. Azad cəmiyyətdə vətəndaşlar öz mənafelərini güdürlər, öz hüquqlarını sınaqdan keçirir və öz həyatları üçün məsuliyyət daşıyırlar. Onlar harada işləyəcəkləri haqqında, hansı işi görəcəkləri, harada yaşayacaqları, siyasi partiyalara qoşulub-qoşulmayacaqları, nə oxuyacaqları və başqa müvafiq hallar özləri qərar çıxarırlar. Bunlar siyasi qərarlar deyil, şəxsi qərarlardır.”

            Cəmiyyət mədəniyyətinin bədii ifadəsi kimi, ədəbiyyat, incəsənət, dram əsərləri və filmlər də hökumətdən asılı olmayaraq mövcuddur. Demokratik cəmiyyət rəssamlara və yazışılara yardım edə bilər və ya onları başqa yolla rəğbətləndirə bilər, lakin o, nə bədii standartlar təsis edir, bədii istedadın dəyəri haqqında mühakimə yürüdür, nə də bədii ifadəyə senzura qoyur. İncəsənət işçiləri dövlətin nə fəhlələri, nə də xidmətçiləridir. Demokratiyanın incəsənətə ilkin təkanı azadlıqdır – yaratmaq, sınaqdan keçirmək, insan əqlinin və ruhunun dünyasını dərk etmək azadlığıdır.

Kateqoriya: Demokratiya Haqqında hər şey | Baxılıb: 895 | Əlavə etdi: Penah8482 | Vaxt: 27.04.2009

Seçkilərin əsas səviyyəsi

Seçkilər demokratik nümayəndəlik nhökumətlərinin mərkəzi qurumudur. Niyə? Çünki demokratiyada hökumətin səlahiyyəti müstəsna olaraq, idarəolunanların razılığından yaranır. Bu razılığı hakimiyyət səlahiyyətinə çevirmək üçün əsas mexanizm azad və ədalətli seçkilər aparmaqdır.

            Müasir demokratiyaların hamısı seçki keçirir, lakin seçkilərin heç də hamısı demokratik deyil. Sağ cinah diktatorluqları, marksist rejimləri və birpartiyalı hökumətlər də öz hakimiyyətlərinə qanunilik görkəmi vermək üçün seçkilər səhnələşdirirlər. Belə seçkilərdə ancaq ya bir namizəd ola bilər, ya da alternativ seçimlər olmadan namizədlər siyahısı ola bilər. Belə seçkilər hər bir idarə üçün bir namizəd təklif edə bilər, lakin təhdid və saxtakarlıq yolu ilə təminat verilir ki, ancaq hökumət bəyəndiyi namizəd seçiləcəkdir. Digər seçkilər həqiqi seçmələr təklif edə bilər, lakin bu ancaq hakim partiya daxilində olmalıdır. Belə seçkilər demokratik seçkilər deyil
Kateqoriya: Demokratiya Haqqında hər şey | Baxılıb: 875 | Əlavə etdi: Penah8482 | Vaxt: 27.04.2009

Bərabərlik və qanun

Qanun qarşısında bərabərlik və ya bir sıra hallarda deyildiyi kimi, qanun əsasında bərabər müdafiə, hər bir ədalətli və demokratik cəmiyyət üçün əsasdır. İstər varlı olsun, istərsə də yoxsul, istər etnik çoxluğa mənsub olsun, istər dini azlığa, istər dövlətin siyasi mütəffiqi olsun, istər onun əleyhinə çıxsın – hamının qanun əsasında və qanuni müdafiə hüququ var.

            Demokratik cəmiyyət zəmanət verə bilməz ki, həyat hamıya bərabər münasibət bəsləyəcək və həyatın heç belə etmək vəzifəsi də yoxdur. Bununla belə, konstitusion qanun mütəxəssisi Con Pş Frank yazır: “Hökumət heç bir şəraitdə əlavə bərabərsizlik qoya bilməz, ondan özünün bütün adamları ilə eyni çəkildə və bərabər rəftar etməsi tələb olunmalıdır.”

            Qanun adamların boynuna qoyulmuş bir şey deyil, onu adamlar yaratmış olsalar da, heç kəs qanunun föqündə dura bilməz. Demokrati dövlət vətəndaşları qanuna ona görə tabe olurlar ki, bilavasitə yolla olsa da, onlar qanunun yaradıcıları kimi, özlərinə tabe olsunlar. Qanunları təsis etdikdən sonra, adamlar onlara riayət etməli olduqda, həm qanuna, həm də demokratiyaya xidmət edilir.

Kateqoriya: Demokratiya Haqqında hər şey | Baxılıb: 960 | Əlavə etdi: Penah8482 | Vaxt: 27.04.2009

Əsas İnsan Hüquqları

  • Söz, fikri ifadə və mətbuat azadlığı
  • Din azadlığı
  • Toplantı və birlik azadlığı
  • Qanun əsasında bərabər müdafiə
  • Qanuni qayda və ədalətli mühakimə hüququ

 

 

İnsan hüquqları və siyasi məqsədlər

Əsas prinsip kimi, əsas insan hüquqlarını qorumaq geniş şəkildə qəbul edilmişdir: o, öz ifadəsinin bütün dünyada yazılmış konstitusiyalarda, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində və Helsinki Son Aktı (Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Müşavirə - ATƏM) kimi beynəlxalq müşavirələrdə tapmışdır.

Hüquqların müxtəlif kateqoriyaları arasında fərqi müəyyənləşdirmək başqa bir məsələdir. Son vaxtlara qədər, xüsusən beynəlxalq təşkilatlar arasında, belə bir təmayül var idi ki, əsas insan hüquqlarının siyahısını genişləndirsinlər. Söz, qanun qarşısında bərabər müdafiə əsas azadlıqların bu qruplar məşğuliyyət, təhsil, hər hansı bir şəxsin öz mədəniyyətinə və ya milliyyətinə müvafiq həyat standartları hüquqlarını da əlavə etdilər.

Kateqoriya: Demokratiya Haqqında hər şey | Baxılıb: 1198 | Əlavə etdi: Penah8482 | Vaxt: 27.04.2009

Biz sübuta ehtiyaci olmayan bu həqiqətlərə inanırıq ki, insanların hamısı bərabər xalq olunmuşdur və Yaradan onlara əllərindən alınması mümkün olmayan müəyyən hüquqlar vermişdir ki, bu hüquqlar arasında yaşamaq, azadlıq və səadətə can atmaq arzusu da var. Və bu hüquqları müdafiə etmək üçün insanlar arasında idarəolunanların razılığı əsasında öz səlahiyyətlərini məhz onlardan əxz edən hökumətlər qurulmuşdur.

 

Əldənalınmaz hüquqlar

Amerika İstiqaliyyət Bəyannaməsinin yaddaşlar həkk olunmuş bu kəlamlarında Tomas Ceferson demokratik hökumətin qurulması üçün əsas prinsipləri müəyyənləşdirmişdir. Cefersonun sadaladığı əsas azadlıqları hökümətlər əta etmir; hökumətlər hər bir fərdin həyatda mövcud olduğu üçün sahib olduğu əzəli azadlıqları mühafizə etməkdən ötrü yaradılır.

17-ci və 18-ci əsrlər Maarifçilik filosoflarının fikirlərinə görə, əldənalınmaz hüquqlar Allah verdiyi təbii hüquqlardır. Mülki cəmiyyət, nə də hökumət onları aradan qaldıra və ya “özgələşdirə” bilər.

Kateqoriya: Demokratiya Haqqında hər şey | Baxılıb: 994 | Əlavə etdi: Penah8482 | Vaxt: 27.04.2009

Demokratiya kimi mürəkkəb bir hadisə üçün onun ilk dəfə nə zaman meydana gəldiyini müəyyənləşdirmək fövqəladə asandır: Miladdan əvvəl beşinci əsrdə Afina şəhər dövlətində Perikl Afinası adlanan qurum daha sonrakı siyasi nəzəriyyəçilər və dövlət adamları nəslini ruhlandırmışdır. Bununla belə, Afina demokratiyasının bir çox sahələri ona müasir gözlə baxdıqda qəribə və qeyri-adi görünür.

      Miladdan əvvəl altincı və beşinci əsrlərdə Afinada mərkəzi siyasi qurum, adətən, açıq olan Assambleya idi. (Qadınlar, qullar və xaricilər istisna təşkil edirdilər) Adi səs çoxluğu ilə, heç bir məhdudiyyət olmadan, əslində, Assambleya hər cür yerli məsələni həll edə bilərdi. Məhkəmə proseslərini 501 nəfər münsiflər heyətindən ibarət olub-olmamasını da əksəriyyərin səs verməsi yolu ilə onlar müəyyən edirdilər.

      Ən maraqlı cəhət, çox güman, bu idi ki, Assambleyanın başçıları səsvermə yolu ilə seçilmir, püşk atmaqla təyin olunurdu, çünki afinalılar bu əqidə də idilər ki, hər bir vətəndaşın ictimai idarəyə rəhbərlik etmək istedadı var. Rəhbərlik etmək üçün idarələrin sayı çox deyildi: başcılar bir il müddətinə təyin olunurdular, çünki Perikl Afinasında nəzərə çarpa biləcək prezident, baş nazir, Kabinet və ya daimi mülki xidmət kimi icra qurumları yox idi. Istisnasız demək olar ki, qanunyaratma ağırlığı Assambleyanın vətəndaş-üzvlərinin üzərinə düşürdü -  bu, ictimai xidmətin elə bir yükü  idi ki, bu gün adamların əksəri belə yükün altına girməyin qəbuledilməz oldğunu güman edə bilər.

Kateqoriya: Demokratiya Haqqında hər şey | Baxılıb: 869 | Əlavə etdi: Penah8482 | Vaxt: 27.04.2009

Demokratiya çoxlarına tanış bir söz ola bilər, lakin demokratiya hələ də düzgün dərk olunmayan bir anlayışdır, və o, zaman-zaman öz müvafiq məqamında istifadə edilmir. Bu, totalitar rejimlər və eyni zamanda, hərbi diktatorluqlar özlərinə demokratiya damğası vuraraq, xalq kütləsinin onları müdafiə etməsi tələbini irəli sürərkən baş verir. Bununla belə, demokratik ideyanın gücü, eyni zamanda, qədim Afinada Perikldən tutmuş bugünkü Çexoslovakiyada Vatslav havelə qədər, 1776-cı ildə Tomas Cefersonun İstiqlaliyyət Bəyannaməsindən Andrey Saxarovun 1989-cu ildəki son çıxışlarınadək insan əqlinin və arzusunun ən dərin və hərəkətverici ifadəsini əks etdirmişdir.

Lüğətdə verilən tərifdən göstərilir ki, demokratiya “xalq tərəfindən idarə olunan elə hökümətdir ki, orada ali hakimiyyət xalqa həvalə olunur və müstəqil şəkildə xalq tərəfindən və ya azad seçki sistemi əsasında xalqın seçdiyi nümayədələr tərəfindən idarə olunur.” Abraham Linkolun ifadəsi ilə desək, demokratiya “xalqa məxsus, xalqın idarə etdiyi və xalq üçün” hökumətdir.

Kateqoriya: Demokratiya Haqqında hər şey | Baxılıb: 850 | Əlavə etdi: Penah8482 | Vaxt: 27.04.2009

Liberalizm, azadlığı ilk siyasi dəyər olaraq ələ alan bir ideologiya, siyasət ənənəsi və düşüncə axınıdır. Ümumi mənada liberalizm, fərdlərin ifadə azadlığına sahib olduğu, din, dövlət və bəzən təşkilatların gücünün məhdudlaşdırıldırıldığı, düşüncənin sərbəst bir şəkildə dolaşdığı, xüsusi təşəbbüsə imkan təmin edən bir sərbəst bazar iqtisadiyyatının olduğu, hüququn üstünlüyünü etibarlı edən şəffaf bir dövlət modeli və ictimai həyat nizamının formasıdır. Liberal demokratiya olaraq adlandırılan bu dövlət nizamı, açıq və ədalətli bir seçki sistemi ilə birlikdə bütün vətəndaşların qanun qarşısında bərabər olduğu və fürsət bərabərliyinə sahib olduğu bir sistem olaraq modelləşir.

Kralların təbii rəhbərlik haqqı, varislik sistemi, dövlət dini kimi köhnə dövlət nəzəriyyəsini meydana gətirən bir çox təməl qəbula liberalizm qarşı çıxar. Bütün liberallar fərdin yaşam haqqı, azadlığı və mülkiyyət haqqı kimi təməl insan haqqlarını qəbul edir və dəstəkləyir. Bununla birlikdə bir çox ölkədə müasir liberalizm, ictimai rifahın təmin edilməsi baxımından, dövlətin fərd azadlığı üzərində minimal bir məhdudlaşdırıcı gücü olmasını müdafiə edərək klassik liberalizmdən ayrılar.

Kateqoriya: Liberalizm | Baxılıb: 1024 | Əlavə etdi: Penah | Vaxt: 24.03.2009

1 2 »

Kalendar

«  Noyabr 2024  »
BeÇaÇCaCŞB
    123
45678910
11121314151617
18192021222324
252627282930

Axtarış

Dost saytlar

Statistika


Onlayn: 2
Qonaq: 2
İştirakçılar: 0