Necə oldu ki, sivilizasiya bu dərəcədə inkişaf edə bildi? Təkcə son
əlli ildə gedən proseslərə baxsaq, dünyanın əvvəlki dünya olmadığını,
insanın başqalaşdığını görə bilərik.
Qərbdəki bu yüksəliş bütün dünyaya təsir edir. İndi yaşadığımız dünya
tamam başqa dünyadır. Düzdür həl ədə dünyada şiddət, zorakılıq,
ədalətsizlik var.
Amma inkişaf etmiş Qərbdə bir insanın hüququnu tapdamaq heç də asan iş
deyil. Qərb bu inkişafa çatmaq üçün böyük bir tarixi yol keçib.
Bu inkişaf təkcə Qərbdə olsa belə, insanlıq adına böyük irəliləyişdir.
Hazırda dünya maliyyə böhranı insanları ruhdan salıb, onların
düşüncələrini bir az sarsıdıb. Amma şəxsən mən müasir insan tipinin bu
problemi aşa biləcəyinə inanıram.
Düzünə qalsa, mən jurnalist deyiləm və burada da
ancaq Demokratiya Məktəbi barəsində öz təəssüratlarımı paylaşmaq istərdim, sizə
nə qədər maraqlı olub-olmayacağını bilmirəm...
Mən məktəbimizin ikinci qrupunun tələbəsi idim... düzünü
desəm, dekabr ayında ərizə formasını dolduranda elə bilirdim ki, bu adicə training-a
oxşayan bir şey olacaq və sadəcə “mən də gedim” deyə doldurdum. Sonra isə
martda dərslərimiz başlayanda elə ilk dərsdən hiss etdim ki, bu nə isə ciddi
bir şeyə oxşayır. Bu məktəbdə ilk müəllimimiz Ramin Hacılı oldu, necə deyərlər,
bizə demokratiyanın qələmini necə tutmağı o öyrətmişdi... Dörd illik
universitet dərslərinə öyrəşmiş bir adam kimi özüm də fərqinə varmadan bu
dərslərdən də eyni abu-havanı gözləyirdim. Gözləyirdim deyəndə ki, başqa dərs
keçmək metodu heç görməmişdim də...
1963-cü ilin 11 iyununda o, Konqressə «özümüzə rəva bildiyimiz
münasibətləri bərqərar edən» qanun layihəsini təqdim etdi. 1963-cü il
avqustun 28-i buludsuz bir gündə Vaşinqtondakı Linkoln memorialının
önünə toplaşan, özü də 50 mini ağlardan ibarət 250 minlik izdiham «iş
və azadlıq» tələbini irəli sürdü.
Pənah Əliyev | Baxılıb: 1084 |
Yazar: Pənah Əliyev |
Əlavə etdi: Penah | Vaxt: 03.12.2008
| Reytiniq: 0.0/0
18-ci əsrin məhşur fransız filosofu Volter dövlət formalarından
danışarkən deyirdi: “Hansı yaxşıdır - monarxiya yoxsa respublika? Bu
sualın insanlara ünvanlandığı artıq 4 min ildir. Əgər mən bu sualı
varlılara versəm, onlar aristokratiyanı istəyəcəklər, xalqa, adi
adamlara ünvanlasam, onlar demokratiyanı istəyəcəklər.
Bir qəsəbə düşünün. Dünyanın ən uzaq küncündə, demək olar ki, hər
şeydən təcrid olunmuş vəziyyətdə. Qəsəbəni quran insanlar gündəlik
həyatlarını xoşbəxt və hüzur içində keçirirlər. Öz-özlərini idarə
edirlər, gündəlik ehtiyaclarını qarşılamaq üçün zəhmətkeş həyat tərzi
sürürlər.
Xarabalıq və yoxsulluq içində yerə-göyə sığmayan lovğalıq, vəhşi
rejimlərin harda gəldi möhkəmləndirilməsi, vətəndaş müharibələrinin
qızışdırılması... Kimi istəsələr həbs eləyirlər, sağ-salamat adamları
dəlixanaya salırlar. İstədikləri oyunu çıxarırlar, bizsə acizik,
gücsüzük.
Cavid Ramazanov Hər bir insan dəyişməz, müqəddəs hüquqlarla doğulur. Zülmə,
haqsızlığa qarşı mübarizə də insanın ən əsas və təbii haqlarından
biridir. Amma hələ də dünyada demokratiyanı, insan hüquqlarını
tapdayan, özünü qorumaq üçün ən rəzil metodlara belə əl atan elə
anti-demokratik dövlətlər var ki, orada ictimai etiraz, cəmiyyətin
müqavimət gücü yoxdur, insanlara müti münasibət hökm sürür.
«Bir gün azad olmaq, altmış illik köləlikdən yaxşıdır» Babək
Azadlıq... Neçə əsrlərdir, neçə minillərdir ki,
insanlar, cəmiyyətlər ona can atır, azad olmaq istəyir. Azadlığa gedən
yolda müharibələr, kütləvi ölümlər, xəstəliklər, min cür ağrı və
məşəqqət var; amma azadlıq uğrunda mübarizə aparan insanları bunlar
qorxutmur. Belə insanlar üçün həyatın ən böyük dəyəri azadlıqdır, azad
olmadan isə insan heç nəyə qadir deyil.
Söz və fikir azadlığı çağdaş dünyanın ən vacib problemlərindən
biridir. Demokratiya yoluna təzə qədəm qoymuş və yaxud qeyri-demokratik
ölkələrdə bu problem əsas müzakirə mövzularından biri olaraq,
qalmaqdadır.
Yanvarın 31-i Azərbaycanın görkəmli siyasi lideri, 1918-ci ildə
qurulmuş Xalq Cümhuriyyətinin banilərindən biri, böyük demokrat,
həyatını Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş Məmməd
Əmin Rəsulzadənin 124-cü doğum günüdür. Bu yazını onun xatirəsinə həsr
edirik.